Страницы

11.07.2021

Suriya tələbələri rus dilini öyrənəcəklər


Suriyanın Latakiya şəhərinin Tişrin Universitetində rus dili kafedrası açılacaq. Kafedranın məzunları ölkənin ali və orta məktəblərində rus dilini tədris edəcəklər.
Suriya gəncləri rus dilinə böyük maraq göstərirlər. Təkcə Tişrin Universiteti rus dilinin öyrənilməsi kursuna il ərzində hər dəfəsində 400-700 tələbə götürməklə 5 dəfə qəbul həyata keçirir. Ölkə məktəblərinin çoxunda rus dili ikinci dil kimi tədris olunur. İldən ilə Rusiyaya oxumaq üçün daha çox tələbə göndərilir. Kvota 500 yerə olsa da, Rusiyada oxumaq istəyənlərin sayı 5 dəfə çoxdur.
Tişrin Universitetinin tələbəsi Zəkəriyyə jurnalistlərə belə demişdir: “Rus dilini sevirəm. İlk dəfə bu dili youtube kanalındakı roliklərdə eşitmişəm. Rusiyaya getmək və orda oxumaq istəyirəm. Universitetdə rus dili kursuna yazılmışam. O cümlədən Suriya məktəbləri üçün rus dili proqramını öyrənirəm. Gələcəkdə işləyərkən lazım olacaq”.

Комментариев нет:

Отправить комментарий