Страницы

29.07.2021

Türkiyə Azərbaycanı da Əfqanıstan məsələsinə çəkmək istəyir

Rüstəm İsmayılbəyli

Azərbaycan mətbuatı bunu çox yazmadı, heç müzakirəyə açılmadı, amma dünən Türkiyə parlamentinin sədri Mustafa Şentop dedi ki, Kabil hava limanını qorumaq barədə Azərbaycanla danışıqlar gedir.
Məsələ bundan ibarətdir ki, bütün NATO və amerikan qoşunları Əfqanıstanı tərk edir, Taliban hər gün Kabilə doğru irəliləyir və ABŞ Türkiyədən istəyib ki, Kabildəki beynəlxalq hava limanını qorusun.
Taliban da açıq-açıq cavab verib ki, Türkiyə daxil olmaqla istənilən xarici qoşunu işğalçı statusunda görüb, mübarizə aparacaqlar.
Türkiyə də Azərbaycanı söhbətin içinə çəkmək istəyir.
Nəyə gücümüz çatar, bilmirəm, amma mümkün olduğu qədər buna qarşı çıxmaq lazımdır.
NATO-nun, ABŞ-ın itki verməkdən bezdiyi, qalmaq istəmədiyi Əfqanıstanda, Talibana qarşı nəyisə qorumaq Azərbaycan əsgərinin vəzifəsi ola bilməz.
Əfqanıstan bizim məsələmiz deyil, olmayıb, olmamalıdır.
SSRİ-nin, ABŞ-ın bacarmadığı, minlərlə itki verdiyi Talibanın qabağına hansısa siyasi reytinq naminə Azərbaycan əsgəri qurban kimi qoyulmamalıdır.

Комментариев нет:

Отправить комментарий