Страницы

22.07.2021

“Ukraynada yaranmış vəziyyət yalnız narıncı rejimi hakimiyyətə gətirən xarici qüvvələrin gözləntilərinə uyğundur. Hər şey Viktor Yuşşenkonun marionet rejiminin hakimiyyətə oturması ilə başlandı. Yuşşenko komandasının funksiyası ciddi geopolitik əhəmiyyət daşıyırdı – Ukraynanı Rusiyadan tam qoparmaq, onun planlı şəkildə Qərbə, daha doğrusu ABŞ-a doğru yönəltmək və avroatlantik strukturlara daxil etmək. Materikdəki güc balansını müəyyən edən geopolitik məsələlər həll edildiyi bir şəraitdə həmişə cəmiyyətin, əhalinin maraqları ikinci plana keçir. Ukraynanın həyatında da həmin maraqların əhəmiyyəti sıfıra doğru yaxınlaşdı. Ukrayna Rusiyanın Avropa ilə yaxınlaşmasının qarşısını alan bufer zona üçün baza elementi olmalıdır, “prokladka” funksiyasını daşımalıdır – amerikan strateqləri tərəfindən Ukraynaya ayrılmış rol bundan ibarətdir. Onların Ukrayna əhalisi üçün heç bir pozitiv proqramları yoxdur. Ukrayna iqtisadiyyatının nə günə qalacağı və sosial proqramlarının taleyinin necə olacağı amerikanları maraqlandırmır. Müstəqil Ukrayna – əslində amerikan maraqları üçün fəaliyyət göstərən “müstəqil bufer zona” deməkdir”. Valeri Korovin

Комментариев нет:

Отправить комментарий