Страницы

09.08.2021

Avropa ölkələrində qadın zorlamaları və qətlləri ilə bağlı hüquqi nihilizm hökm sürür. Məsələn, İspaniyada qadını qətlə yetirmiş 5 nəfər məhkəmə zalından azad edilmişdi. Hətta 14 yaşlı qızı cinsi istismara məruz qoyan başqa 5 nəfərə sadəcə yüngül cəza verilmişdi. Mədhiyyəyə baxmayaraq, Qərb ölkələrində, xüsusilə də Avropa İttifaqına daxil olan dövlətlərdə qadın zorakılığı və qətlləri sahəsində vəziyyət olduqca acınacaqlıdır. Bu bir daha onu göstərir ki, gender problemləri siyasi deyil, sırf psixoloji xarakterlidir. Qadın qətllərini siyasiləşdirmək, bu hadisələrdə polisi günahlandırmaq istəyənlər isə Avropada daha böyük “balıq” tuta bilərlər. Elə bu Azərbaycanda suyu bulandırmağa çalışan “feminist” trollara da aiddir. Əgər onların məqsədi həqiqətən də qadın qətllərinə etiraz etməkdirsə, buyursunlar Almaniyanı, Fransanı, Britaniyanı ittiham etsinlər, bu ölkələrin polislərini hədəfə alsınlar. Əgər buna cürətləri çatmırsa, demək maliyyələri də, sifarişləri də məhz həmin məkanlardan gəlir!

Комментариев нет:

Отправить комментарий