Страницы

01.08.2021

Bu yanğını ruslar söndürəcək, hələ üstəlik içinizdəki millətçiliyi və pantürkçülüyü də həmçinin!


Dünyada heç bir dövlətə yanğın, sel, qasırğa və qeyri fəlakətlər arzulamamışam. Çünki bundan ən çox aşağı sinif olan vətəndaşlar əziyyət çəkir.
İllər uzunu pantürk və millətçilər Rusiyanın çökəcəyindən danışıb az qala hər yerinə xına qoyaydılar. Bu gün isə Türkiyənin çətin günündə Rusiya dünyada analoqsuz Be-200 yanğınsöndürən 3 təyyarəsini Türkiyəyə göndərib.
Əbləh yığını hələ anlamır ki, Rusiyanın bölgədə nə qədər önəmli rolu və dayağı var.
Deməli, başınıza və dalınıza yaxmaqla deyil: Türkiyənin yanğın söndürməyə belə avadanlığı yox imiş!
İzrailin modeli olan dronların maketini dəyişərək adını "Bayraktar" qoyub Azərbaycana 5 milyon dollara sırımaqdansa, iki yanğınsöndürən təyyarə düzəltmək lazım idi.
Bu yanğını ruslar söndürəcək, hələ üstəlik içinizdəki millətçiliyi və pantürkçülüyü də həmçinin!
Allah Türkiyə xalqının zəhmətkeş sinifinə səbr versin. Heç bir xalqa faciə və fəlakətin üz verməyinə sevinmirəm. Ağır dərddir.
Ərdoğan və kapitalizm var olduqca Türkiyənin baş bəlaları tükənən deyil.

Əkrəm Məlikov

Комментариев нет:

Отправить комментарий