Страницы

18.08.2021

Döyüşçü od püskürdü: O şəhidlərimiz Kərbala hadisəsi, Məhərrəmlik ayı olmasaydı şəhidliyin nə olduğunu hardan biləcəkdilər?!


Döyüşçü qardaşımız Kamil Bəhramzadə yazır

Sizdə ağıl var?!
Bir müharibədə ki parolumuz "Ya Məhamməd, Ya Əli" ola!
Döyüşdən öncə motivasiya üçün İmam Hüseyni yada salırdıq.
Döyüşə girərkən isə "Allahu Əkbər" sədaları ilə girirdik.
İndi gəlmisiz Məhərrəmliyə dil uzadırsız?!
Yox, şəhidlərin ili çıxmamış toy etdik də, niyə indi toy olmur?) Nə qədər cahil, zəlil adamlarmışsız!
O şəhidlərimiz Kərbala hadisəsi, Məhərrəmlik ayı olmasaydı şəhidliyin nə olduğunu hardan biləcəkdilər?! Mübariz kimi oğlanlar "Ya Hüseyn" deyib getdi qabağa, ay debillər!
İkincisi də, belə şəhid düşünənsiz, çıxıb etiraz edərdiz ki, toy olmasın!
Nə qədər gic adam olasan ki, şəhidlərin şəhidlik məqamına ucalmağına səbəb olan bir müqəddəs aya dil uzadasan!
Bütün gün Tiktokda gic-gic videolar çəkin, kafe restoranlarda kef edin, Məhərrəmlik gəlincə diliniz çıxsın?!
Hansınız şəhid balasına bir oyuncaq alıb apardız?!
Hansınız bir şəhidin adından ehsan verdiz?!
Mənim döyüşçü yoldaşlarım, qazi dostlarım var ki, zülmlə dolanır!!!
Belə şəhid çox istəyənsiz?! O qazi və döyüşçülər də şəhidlərin qardaşıdır da - niyə maraqlanmırsız?!
İndi gəlmisiz artislik edirsiz!..
Adam olun. Hörmət etməyi, susmağı, boş-boş danışmamağı öyrənin.
Sonra şəhidlər haqqında fikir bildirin!

Комментариев нет:

Отправить комментарий