Страницы

09.08.2021

İsrailin öz əlaltıları vasitəsilə ölkəmizə qarşı apardığı informasiya müharibəsinə daha bir nümunə

İsrail İranla düşməndir deyə bizi də İranla düşmən etmək istəyirlər

Başının üstündə İsrail bayrağı gəzdirən Elçin Alıoğlu deyilən qərəzli birinin İran haqqında dediyinin heç biri səmimi ola bilməz.
İsrail adlanan qəsbkar "dövlət" İranla düşməndir deyə, onun düşmənlərini bizə düşmən kimi göstərməyə imkan verməməliyik.
Minilliklərdir tarixi, mədəniyyəti, dini bir olan xalqlar arasındakı, indi isə iki mehriban qonşu dövlətin arasınıdakı münasibəti hər hansı bir əldəqayırma "dövlətin" pozmasına imkan verməməliyik.
Nə biz burdan köçə bilərik, nə də onlar. Biz əbədi bu torpaqlarda mehriban, dost kimi yaşayıb və çoxşaxəli əlaqələr qurmağa qərarlıyıq. Türkiyə ilə, Rusiya ilə də həmçinin...
Alıoğlu kimi İsrail əlaltılarının yazısı sizi çaşdırmasın. Onların məqsədi Azərbaycanı dörd tərəfi ilə düşmən edib ölkəni blokadaya salmaqdır.
Deməli, İranın Ermənistandakı səfiri ölkəsi ilə olan sərhəd bölgəsinə gəlib, orda baş verən hadisələrdən bir qonşu kimi narahatdır və hər iki qonşu dövlətini təmkinli olmağa çağırıb. Bunu da bu müəllim götürüb öz bildiyi kimi qərəzli formada yazıb, İranı bizə düşmən kimi göstərir.
Əslində İran istəmir ki, öz burunlarının ucunda yeni bir münaqişə ocağı yaransın. Çünki bu münaqişə onların da maraqlarına ziddir və iqtisadi inkişafa mənfi təsir göstərir. Ümumiyyətlə heç kim istəməz yaxınlığında hər hansı bir münaqişə yaransın və əlbəttə dörd tərəfində münaqişələr, müharibələr olan İran heç razı olmaz. Heç biz də razı olmarıq ki, qonşuluğumzda bizləri narahat edən hər hansı bir münaqişə yaransın. Ona görə də belə açıqlamaları normal qarşılamaq lazımdır. 
Alıoğlu kimi təxribatçıların sözlərinə isə aldanmayın. Bax burdan da göründüyü kimi o İran səfirinin sözlərini təhrif edib, üstünə də beş-on "söz" əlavə edərək bu xalqa "yedizdirib". Belələrinin anında cavbını verib susdurmaq lazımdır!

Afik Əli

Комментариев нет:

Отправить комментарий