Страницы

03.08.2021

Liboşların və faşistlərin hakimiyyətə gəlməsinə imkan vermə, nolar!


Həə. Qəşəng anektodlar deyim, siz də gülün.
Deməli, Ukraynanın Səhiyyə naziri deyib ki, təcili surətdə apteklərin dekommunizasiyasını həyata keçirməliyik: apteklərdə Sovet İttifaqı ilə bağlı nə varsa yığışdırılmalıdır.
Ukraynanın Təhlükəsizlik Şurasının sədri təklif edib ki, ərazi bütövlüyümüzü təmin etmək üçün hər oblastda 80 min adama silah paylanılsın.
Azadlıq Radiosunun Ukrayna xidmətinin diktoru isə lap konspiroloqların şahı imiş. Deyib ki, "Şaxta Baba" SSRİ-də həyata keçirilən siyasi repressiyaları gizlətmək üçün həyata keçirilən uğurlu bir xüsusi əməliyyat idi.
 
P.S. Sonda cənab Prezidentimizdən bir şeyi xahiş edirəm. Nolar?! Liboşların və faşistlərin hakimiyyətə gəlməsinə imkan vermə. Sən monarxiya qur, ömürlük rəhbər ol, hakimiyyət səndən sonra oğluna keçsin, buna da razıyam. Təki yuxarıda qeyd etdiklərim rəhbərliyə gəlməsinlər. Mən dəlixanada yaşamaq istəmirəm. Türmədə yaşamaq üstüaçıq dəlixanada yaşamaqdan yaxşıdı.

Cəmil Şirvanov

Комментариев нет:

Отправить комментарий