Страницы

14.08.2021

Nazim Əliəkbərov:
“17 yaşımda məktəbi bitirdim (1989-cu il). İnstituta sənədlərimi verdim və özümə iş axtarmağa başladım. Seçim etmək çətin idi. Soyuducular zavodu, Kondisioner zavodu, Hədiyyələr fabriki, Evtikmə kombinatı. Şərtlər: yarım günlük iş saatı, ev növbəsi, əməkhaqqı, mükafat, 13-14-cü maaş. Sonunda uşaq geyimi fabrikinə nəzarətçi düzəldim. Sovet sistemini görməsəydim, desələr də inanmazdım. Xoşbəxt uşaqlığımız, geniş imkanlı ümüdverici gələcəyimiz, stabil həyat. Səhiyyə pulsuz, təhsil pulsuz, ev pulsuz, 8 saatlıq iş günü, məzuniyyət pulu, sanatoriya və kurortlarda istirahət cüzi məbləğə və s. - bunlar hamısı ancaq
SSRİ və sosialist ölkələrində mümkün idi. Zalım ruslar!

Комментариев нет:

Отправить комментарий