Страницы

01.08.2021

“Nəhayət, mən Rusiyaya gəlib çatdım. Gördüklərimin hamısı gözəldir. Başqa ölkələrdəkinə oxşamır. Kökündən gözəldir. Onlar hamını ayağa qaldırmış, hərəkətə gətirmişlər... Əgər buraya gəlməsəydim, həyatımın məqsədini tamam yerinə yetirilmiş hesab etməzdim... Onların qeyri-adi cəsurluğu gözə çarpır... Məni möcüzələr yarada bilən Avropa elmləri valeh edir, lakin burada gördüyüm nəhəng işlər məni daha çox heyran qoyur... Onu da qeyd etmək lazımdır ki, Rusiya bir çox illər dəhşətli aclıq çəkmiş, burada çoxlu miqdarda adam ölmüşdür. Lakin xaricdən köməyin olmamasına baxmayaraq, onlar bu zərbəyə davam gətirə bilmişlər... Bir dəfə mən İngiltərədə olanda, ilk dəfə bir ingilisdən Rusiyada xalqın rifahını yaxşılaşdırmaq üçün necə qeyri-adi işlər görülməkdə olduğunu eşitmişdim... Gördüklərimin hamısı məni təəccübləndirdi. Səkkiz il ərzində maarif bütün əhalinin mənəvi simasını dəyişmişdir... Onların yaymaqda olduqları maarifin əsas məqsədi insan tərbiyə etmək cəhdindən ibarətdir... Rusiyada insan fikrinin böyük hərəkəti duyulmaqdadır. Mən heç bir ölkədə təhsilin burdakı kimi böyük ölçüdə yayıldığını görməmişəm... Onlar dünya miqyasında xadimdirlər. Buna görə də onlara böyük zəka lazımdır... Əgər mən öz gözlərimlə görməsəydim, heç vaxt inanmazdım ki, onlar cəmisi 10 il ərzində nəinki yüz minlərlə adamı cəhalət və həqarət zülmətindən çıxarmış, onlara savad öyrətmiş, həm də onlarda insana ləyaqət hissi tərbiyə etmişlər. Onların bütün səyləri öz xalqının xeyrinə yönəldilməklə yanaşı, həm də eyni dərəcədə başqa xalqların xeyrinə yönəldilmişdir”.

Rabindranat Taqor, “Rusiya haqqında məktublar”, 1930-cu il










Комментариев нет:

Отправить комментарий