Страницы

29.08.2021

Sürü psixologiyası hardan formalaşıb?

Əli Məhədzadə

Stoa fəlsəfəsində ən əsas üç hissə götürülmüşdür: Məntiq, fizika və etika.
Azərbaycanda sosial şəbəkələrdə cahil kütlənin yazdığı savadsız cümlələr tamamilə bu üç hissədən kənardır!
Əsas da məntiq və etika.
Facebookda o qədər saxta və fuflo xəbər portalları var ki insanların beyinlərini tamamilə yuyublar.
Misal üçün, mən saxta bir video və ya şəkil paylaşım, yazım ki filan ölkədən filan ölkəyə qanunsuz silah daşınır və ya şəkilin üstündə də montaj edib cümlə yazım ki filan lider filan lideri müharibə ilə hədələdi. Və avam kütlə də araşdırmadan buna inanacaq, siyasi və analitik savadı olmayanlar gülməli utopik sözlər yazacaq, əxlaqsızlar da qeyri-etik küçə sözləri döşəyəcək.
İnkişaf etmiş və etməkdə olan ölkələrdə cəmiyyət o qədər elmi və mədəni sivilizasiyada inkişaf edib ki belə yalan informasiyalara inanmırlar. Amma Üçüncü dünya ölkələrində cəmiyyət elm cəhətdən o qədər geridədir ki hər yayılan məlumata inanır, medianın qurbanı olur və "sürü psixologiyası" ilə idarə edilirlər.
Dostu düşmən kimi, düşməni də dost kimi görürlər.
Çünki üçüncü dünya ölkələrində bir tendensiya var: "Gerçəkləşməyən xəyallar".
Bizim düşüncəmiz daxil olan təsəvvürləri qavrayır və onlardan ümumi məntiqi nəticələr çıxarır. Əqlin bu keyfiyyətlərini stoaçılar "Loqos" adlandırmışdır. Baxın, bizim cəmiyyət "Loqos" mahiyətindən nə qədər uzaqdır!

Комментариев нет:

Отправить комментарий