Страницы

29.08.2021

Vaksinə əks göstəriş sertifikatını kimlər, necə əldə edə bilər?

Nazirlik: "Hər hansı xəstəliklər üzrə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".

Koronavirus əleyhinə vaksinə görə əks göstəriş sertifikatının kimlərə veriləcəyi geniş müzakirə mövzusuna çevrilib. Sosial platformada bəzən koronavirusa əks göstərişi olanlara belə əks göstəriş sertifikatı verilmədiyi, onların vaksin olunduğu, bu səbəbdən də ölüm hallarının baş verdiyi narazılıqlara səbəb olub.
Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Ədəbi-dram verilişləri" Baş redaksiyasının rejissoru Arzu Mövludun və onun həyat yoldaşının peyvənddən sonra vəfat etməsi isə peyvənd olunanların sağlamlıqları yoxlanıldıqdan sonra vaksin olunmaları problemini daha da aktuallaşdırıb.
Arzu Mövludun bacısı Zümrüd Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bacısınn alergiyası olduğundan vaksin onun səhhəti üçün təhlükəli olub. Bununla belə ona koronavirus əleyhinə peydənd vurulub. O həkimə alergiyasının olduğunu söyləsə də, yoxlanılmayıb. Peyvənd olunandan sonra halı pisləşərək dili qatlanıb. Təcili yardım gələnədək xəstə həyatını itirib. Z.Məmmədova bildirib ki, mərhumun həyat yoldaşı da ürək çatışmazlığından əziyyət çəksə də peyvənd olunub. O da peyvənddən sonra dünyasını dəyişib: "Mənim bacım və bacımın əri koronavirusdan vəfat etməyiblər. Peyvənd vurdurduqdan sonra ölüblər", - deyə Z. Məmmədova fəryad edib.
Qeyd edək ki, əks göstəriş sertifikatını almaq üçün polikilinikalara yaxınlaşan vətəndaşlara müxtəlif cavablar verilir. Əks göstəriş sertifikatı almaq üçün ərazi üzrə polikilinikaya müraciət edən vətəndaşlardan birinə bildirilib ki, bu sertifikat ancaq süd verən analara və hamilə qadınlara verilir. Digər hər hansı xəstəlikləri olanlara verilmir. Sputnik Azərbaycan peyvəndə əks göstəriş sertifikatının hansı xəstəlikləri olanlara şamil olunduğunu araşdırıb.
Səbail rayonu 33 saylı polikilinikadan Sputnik Azərbaycan-a bildirilib ki, əks göstəriş sertifikatı allergik təsiri olan, süd verən analara, hamilə qadınlara, epleptik tutmaları olanlara, eləcə də onkoloji xəstəliyin 4-cü fazasında olanlara verilə bilər. Amma bu sənədi almaq üçün həmin xəstəliklərin olduğu həkim rəyində təsdiqini tapmalıdır.
Binəqədi qəsəbəsi 35 saylı polikilinikanın sahə həkimi, terapevt Emin Dadaşzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində diş çəkdirən, antibiotik vurulan şəxslərə koronavirus əleyhinə vaksin vurula bilər. E. Dadaşzadə deyir ki, peyvənd üçün əks göstəriş dəri xəstəlikləri olan, insult keçirən şəxslərə də verilə bilər. Bunun üçün vətəndaş ərazi üzrə sahə polikilinikasına müraciət etməlidir. Bu zaman xəstənin şikayətləri dinlənilir, müayinə edilir. Bundan sonra o təkrar müayinə üçün ixtisaslaşdırılmış və mərkəzi xəstəxanaya yönəldilir. Orda həkim xəstəni müayinə edərək vaksinə əks göstərişi olan xəstəliyinin olub-olmadığı barədə rəy verir. Bu rəy Səhiyyə Nazirliyinə göndərilir. Orada diaqnoza əsasən təsdiqləndikdən sonra pasiyentə əks göstəriş sertifikatı verilir.
E.Dadaşzadə deyir ki, insult keçirən şəxs mütləq ixtisaslı tibb müəssisəsində nevropatoloq tərəfindən müayinə olunmalıdır. Bundan sonra ona vaksinin əks göstəriş olub-olmadığı barədə rəy yazılır.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, polikilinikalara süd verən analara və hamilə qadınlara peyvəndin əks göstəriş olduğuna dair tövsiyyə göndərilib: "Hər hansı xəstəliklər üzrə isə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".
Nazirlikdən həmçinin bildirildi ki, peyvənd məntəqələrində vaksin vurulmazdan öncə həkim tərəfindən vətəndaşların şikayətləri dinlənilir.
Vətəndaşlar isə peyvənd üçün əks göstəriş sertifikatının əldə olunmasının çətin olduğunu bildirirlər. 10 gün əvvəl öd əməliyyatı keçirən Fərqanə Səfərova adlı vətəndaş deyir ki, cərrahi əməliyyat keçirdiyi üçün ona üç ay vaksin əks göstəriş olsa da, ərazi üzrə polikilinika bu sənədi vermir. Səbəb kimi isə ona işləmədiyi, evdar qadın olduğu göstərilir. /sputnik.az/

Комментариев нет:

Отправить комментарий