Страницы

11.09.2021

Aleksandr Krasnoqorski

— İdarəedici elitalar milli maraqları unutduqca və “dünya ictimaiyyəti” adlı müəmmalı istiqamətə orientasiya olunduqca sıravi vətəndaşların həyatı dözəlməz hala gəlir. Qlobal ağalara təzim edən ölkə prezidentləri, hökumətləri və parlamentləri get-gedə öz ölkələrini nəhəng konslagerə çevirməyə başlayırlar. Onlar bunu qlobal ağaların xammal, covid, rəqəmsal, qanunvericilik kimi layihələrinin həyata keçirilməsinə qatılmaqla edirlər. Zəmanənin fürerləri və qaulyayterləri öz həqiqi ağalarının bütün bəşəriyyət üçün işləyib hazırladıqları metodiçkalara uyğun olaraq  canfəşanlıqla “yeni normallıq” formalaşdırırlar. Amma bilmirlər ki, özləri də tarixin zibilliyinə atılacaqlar; məcburetmə və əzmə sistemi mükəmməl hala gətirildikdən və sərbəst fəaliyyətə başladıqdan sonra bu icraçıların özlərini də kütlənin içinə qatıb ətçəkəndən keçirəcəklər.

Комментариев нет:

Отправить комментарий