Страницы

27.09.2021

Bu qədər böyük bir missiyanın daşıyıcısı olan qadının son dönəmlərdə kiminsə xoşuna gəlmək, müasir görünmək, seksual hesab olunmaq üçün dodaq gelinə, sinə silikonuna, qaş tatuajına ehtiyac duyması və yalnız bunlarla gündəmə gəlməsi ironik deyilmi?
Qloballaşma dövrünün ən böyük fəsadlarından biri cəmiyyətləri dəyərlərindən uzaqlaşdıraraq manqurtlaşdırmaq siyasətidir. Çünki ənənəsi, milli dəyərləri, bağları olan insanları istədiyin kimi idarə etmək asan iş deyil.
Bütün dünya televiziyaları bizə bir şeyi aşılayır: əgər məşhur, varlı və uğurlu qadın olmaq istəyirsənsə rəqqasə, müğənni, aktrisa, ən pis halda, prodüser olmalısan. Bu gəncliyə örnək olan şəxslər isə bir müddət sonra insan alverində mühakimə olunurlar…

Rəfiqə Əlisəfa

Комментариев нет:

Отправить комментарий