Страницы

04.09.2021

Laba Şərurlu Isfəndiyarı niyə döydü?

“Laba Mübariz”, “Veysəloğlu Aydın” “Şərurlu İsfəndiyar”ı niyə tənbeh etmir?

Tanınmış jurnalist Məhəmmədəli Qəribli tikinti maqnatı İsfəndiyar Axundovla bağlı maraqlı məqamları əks etdirən yazı ilə çıxış edib. Cumhuriyyet.az olaraq həmin yazını olduğu kimi dərc edirik.

”Mən əslən Şərur rayonundanam. Bilirsiniz ki, Azərbaycanda adamın məhz hansı rayondan olduğunu tez-tez soruşurlar.
Artıq neçənci dəfədir şərurluyam deyən kimi “Şərurlu İsfəndiyarın yerlisisən?” sualını verirlər. Yəqin ki, söhbətin hansı İsfəndiyardan getdiyini bildiniz.
Bu şəxs adının qabağına böyük bir rayonun adını yapışdırıb özünə və doğmalarına milyonlar yığmaqla məşğuldu. İş burasındadır ki, öz əməlləri ilə rayonun adını hörmətə mindirmir, əksinə biabır edir.
İstəsəniz internet axtarış sistemində bu adla bağlı sorğu verib yoxlaya bilərsiniz. Qarşınıza ancaq İsfəndiyarın pis əməllərilə bağlı “Şərurlu İsfəndiyar bir evi 3 adama satdı”, “Vətəndaşlar Şərurlu İsfəndiyardan verdikləri pulu ala bilmir” və buna bənzər olan məlumatlar çıxacaq.
Onda sual oluna bilər: İsfəndiyar bir rayonun adını batırırsa, niyə bununla bağlı həmin rayonun hörmətli adamları ona öz iradını bildirmir? İş burasındadır ki, mən buna kəskin etiraz etmişəm, hətta bir neçə yazı da yazmışam.
Yenə dərhal hərəkətə həmkarlarımız keçdi və gedib İsfəndiyardan müsahibə götürdülər. Dedi ki, ona heç Şərur adı lazım deyil, sadəcə adamlar onu iradəsindən xaric belə çağırır.
Həmin müsahibəsində dedi ki, onun əsli heç şərurlu deyil. Həm də etiraf etdi ki, yazıb oxumağı belə bacarmır, ancaq kifayət qədər pulu var. Hətta bütün nəvə-nəticələrinə bəs edəcəyini bildirdi.
Dediklərinin hamısı düzdür, bir şərurlu adını öz istəyilə kleyləmək istəmədiyindən başqa.
Mənə elə gəlir ki, bu məsələdə bizə əslən Şərurdan olan “Laba” ləqəbli Mübariz Pənahov kömək edə bilər.
Mübariz müəllim də əslən şərurludu və pulu İsfəndiyardan da çoxdu. Yadımdadır ötən əsrin 90-cı ilin əvvəllərində Mübariz Naxçıvanda İsfəndiyarı yaxşı döyüb.
Söhbət Mübarizin ələ keçirdiyi muzeyin damının təmiri ilə bağlı olmuşdu. Həmin vaxt Mübariz Şərur rayon Diyarşunaslıq muzeyini özünə idman zalı etmişdi. İsfəndiyar da tikinti idarəsindən birinə rəhbərlik edirdi.
Onda Mübarizin binanın damını təmir etmək tələbini geri çevirmək onun döyülməsi ilə nəticələndi. İndi yaxşı olar ki, Mübariz müəllim gedib İsfəndiyardan bu biabırçılığa son qoymağı tələb etsin.
Şərurdan olan başqa bir tanınmış iş adamı da var. “Veysəloğlu” Şirkətinin prezidenti Aydın Talıbov. Həm Aydın bəy, həm də İsfəndiyar müəllim eyni kəndəndirlər.
İş burasındadır ki, Aydın müəllimin adı İsfəndiyar kimi mənfi reputasiyada hallanmır. Kifayət qədər də xeyriyəçiliklə məşğuldur. Ancaq heç vaxt adının reklam olunmasını istəməyib.
Yalnız mən bir neçə tənqidi məqalə yazandan sonra Aydın müəllim çıxıb müsahibə verdi.
Mən bu adları ona görə çəkirəm ki, bu adamları da doğulub boya-başa çatdıqları rayonun adının pis mənada hallanması narahat etməlidir.
Mənim gücüm bu məsələni ictimailəşdirməyə çatır. Bunu da edirəm”.

Комментариев нет:

Отправить комментарий