Страницы

13.09.2021

Ortalığa düşmüş politoloq və siyasətbazlarımızın üyüdüb tökdükləri nağıllar barədə

Ruslan Xəlilov

Bunu yazmağa ciddi ehtiyac duydum.
Rusiya - bir aya dağılacaq, imperiyadır, parçalanmalıdır, qeyri-demokratik ölkə yaşaya bilməz - həmişə;
İran - milli azadlıq hərəkatı İranı yıxacaq, Amerika oranı bombalayacaq, Cənubi Azərbaycan Amerikanın köməyilə bizə birləşəcək - həmişə;
Suriya - heç bir ay çəkməz, Bəşər devriləcək - 2015;
Ukrayna - məsələ bitdi, 1 aya Amerika gəlir regiona, Rusiyanın evi yıxıldı - 2014;
Türkiyə - Rusiyanın düşmənidir, Osmanlı Turan ordusu yaradıb, vuruşacaq, rusun belini qıracaq - 2015;
İraq - Şərqdə Amerikanın ən güclü müttəfiqi olacaq - 2013;
Şimali Koreya - məhv oldu, Anerika oranı bombalayacaq, əhali acından ot yeyir, diktura dağılır - 2019;
Belorus - Lukaşenko bir həftəyə yıxılacaq, diktatordur, xalq onu istəmir - 2020;
Venesuela - Maduro artıq yıxıldı, Quaydo gəlir, Rusiyanın eşşəyi öldü - 2020;
Çin - Amerika ilə bir yerdə, Rusiyanı yıxacaqlar, gec-tez, toqquşacaqlar, Rusiya parçalanacaq, məhv olacaq - həmişə;
Qarabağ - rus heç vaxt qoymaz ki, bu problem həll olsun, bircə kənd alsaq, adımı dəyişərəm - həmişə;
Əfqanıstan - Amerika orda silahını buraxdı ki, taliblərin evi yıxılsın, Pəncşir ruslardan kömək alıb taliblərlə vuruşacaq, İran orda şiələrə kömək edəcək, zəifləyib yıxılacaqlar - 2021;
Pakistan - Türkiyə ilə birləşib Rusiyanı məhv edəcək - 2021...
Dar macalda yadıma düşənlər bunlardır.
Nə qədər acınacaqlı olsa da, bütün bunları bizim siyasətbazlar və politoloqlar deyibsə, adi FB istifadəçisindən nə istəyirik? İndi bu qədər yalan yemiş adamlardan nə umaq?
Məncə, dünyanın hərəkət trendindən baş çıxara bilməyən bu debilləri və çobanları oxumasanız yaxşıdır, noolsun ki, qəzetdən, ekrandan düşmürlər.
Onlar daha düzələn deyil, barı siz düzəlin.
P.S. Düzəlməsəniz düzəldəcəklər...

Комментариев нет:

Отправить комментарий