Страницы

09.09.2021

Ərə gedən hər 100 qızdan 90-ı cadu olunur

Tanınmış psixoterapevt və parapsixoloq Paşa Yaqub cəmiyyətdə birmənalı qarşılaşmayacaq sensassion açıqlamalar verib.
O PublikaTV-yə müasir cəmiyyətimizi başına götürmüş cadugar fenomeni barədə danışıb.
Pisixoloqun fikrincə cadugarlığa meyl Sovet dövləti dağılandan sonra yaranıb və böyük fəsadlara səbəb olub: “Pis, neqativ enerjilər cəmiyyətdə kəskin surətdə yayılıb. Görürsüz nə qədər əsəb xəstələri var? Hamısı pis enerjilərin yaratdığı streslərdən gəlir. Çünki Sovet hökuməti dağılandan sonra çoxlu falçılar və cadugarlar meydana çıxdı. Camaat başladı onlara müraciətlər eləməyə, hamı axın-axın onların yanına getdi, onlardan kömək istədi. Onlar isə neqativ enerji ilə işləyirdilər. Verdikləri əşyalarda, saplarda, düyünlərdə qara enerji var. İnsanlar bunları gətirirlər evə, sonra bunlar başlayırlar pis enerji verməyə; bu əşyalar ev sakinlərinin həm işlərini tormozlayır, həm də bədənlərinə xəstəlik verir. Bəzi uran kimi maddələr var ki şüa verir, bax onların da verdikləri şeylər o cürdür - mənfi enerji yayır, bir evə düşdüsə hamıya pis təsir edir. Neqativ enerji kompüterə telefona düşən virus kimidir. Kompüterin texnologiyasında yazılıb ki, ildə bir dəfə, 6 ayda bir dəfə bu virusu təmizləməlisən, format eləməlisən. İnsan da elədir; hər 6 aydan bir dəfə, ildə bir dəfə təmizlənməlidir ki, neqativ enerji bədənindən çıxsın.
Paşa Yaqubun fikrincə müasir cəmiyyətimizdə hər 100 qızdan 90-ı cadu olunur və bu yolla bədbəxt olur: “Cadu özü də neqativ enerjidir, onu adama virus ötürən kimi ötürürlər, o da insanın həyatını dondurur. Kompüteri donduran kimi dondurur. Necə ki virus kompüterdə müəyyən faylları, proqramları sildiyi kimi tilsim olunmuş adamın qəlbinə dolur, qəlbində sevgi hissini silir. O adam heç kimi sevə bilmir, heç kəsə inanmır. Qıza nə qədər elçi gəlirlər, amma o saat beyninə dolur ki, bu adam yəqin məni bədbəxt edəcək, həmin qıza qorxu, həyəcan gəlir. Fikirləşir ki, bununla mən bədbəxt olacam. Ona görə də həmişə ailə qurmaqdan imtina edir. Demək belə adama bəla gələcək, bu bəlanın artıq əsas qoyulub və o adamın başı üstündə bəla gəzir. O bizlərə müraciət edir və biz onu təmizləyirik. Yox əgər o buna əhəmiyyət vermirsə, nə vaxtsa 5 gündən sonramı, 5 ildən sonramı onu tutacaq. Neqativ enerji yüklənmiş adam üstündə bomba gəzdirən adama bənzəyir – bomba nə vaxtsa partlamalıdır. Bilmirsən 5 gündən, ya 5 ildən sonra partlayacaq. Partlayıb onun həyatına pis təsir eləyəcək. Ya sağlamlığını, ya da xoşbəxtliyini əlindən alacaq. Neqativ enerji itmir, ötürülür. Fizikanın qanununa görə enerji itmir, enerji birindən digərinə ötürülür. Qız vaxtı qıza yüklənən neqativ enerji uşağına ötürülür. Və yaxud görürsən ki, bir qıza 5 dənə elçi çıxır. Bu 5 elçidən bir də görürsən biri-ikisi başlayır falçılara müraciət eləməyə. Qız hə demirsə, başqasına meyl eləyirsə, bu da gedir bir ekstrasensə deyir ki, bunu belə elə, beynində işlə, qız mənə hə desin. Eləyirlər də; qız həmin oğlana hə deyir. Cadugar başlayır neqativ enerjini onun beynində işləməyə, həmin enerjini ona ötürür. Qız da o birisinə nifrət etməyə və bunu sevməyə başlayır. Qız bunu sevir və ailə də qurur. Amma yüklənmiş mənfi enerji bədənində qalır. Həmin neqativ enerjini bətnindəki uşağa da ötürür, nəticədə uşaq xəstə doğulur. Ömrü boyu ana uşağına baxıb ağlayır ki, bu niyə belə oldu? Ailə quran 100 qızdan 90-ının üstündə cadugarlar kənardan işləyirlər. Ya xainliklə işləyirlər ki, o qız ailə qura bilməsin, ya da məsələn 2-3 namizəddi, elə edirlər ki, bunu seçsin. Bu istiqamətdə üstündə işləyirlər. Enerjini ötürürlər. İstər zəlzələdən, ya vəlvələdən – o enerji qıza ötürülür və bu doğulan uşaqda özünü göstərir. Nəticədə uşaq xəstə doğulur, onda əqli gerilik olur. Belə qızların hamiləliyi əsəbi, çox gərgin keçir. Onlar əsəbi olurlar, ağlayırlar. Görürsən ki hamilə qadın heç bir səbəb olmadan əsəbləşir, ağlayır. Çünki ona neqativ enerji daxil olub, onu ağladan odu. Və bu uşağa təsir edir. Ana hansı halı yaşayırsa uşaq da eyni halı yaşayır və eyni şeylə doğulur. Uşağın da günü ağlamaqla, əsəblə keçir. Özlərinə kartla baxdırırlar. O kartın özündə böyük enerji olur. Мerdikləri informasiya da düz olur. Karta baxmaqla, kofe ilə söz deyirlər və dedikləri də düz olur. Amma onlar informasiyanı şeytandan alırlar, enerjiləri qara enerjidi. Onların yanından qayıdandan sonra adamın başı ağrıyır, müxtəlif ağrılar baş verir, əsəbi olur, öz-özünə əsəbləşir. Çünki yanına getdikləri cadugarlar şeytanla işləyirlər, cinlərlə əlaqəli olurlar, onların da enerjisi insanın psixologiyasını pozur. Cadugarlar özləri də əsəbi olur, yanlarına gələnləri də əsəbi eləyirlər”.

Комментариев нет:

Отправить комментарий