Страницы

25.09.2021

Sionistlərin Bakıda sinaqoq və məktəb sevdası: Bakıda İsrail rejimini təbliğ edən məktəbin fəaliyyəti bərpa olunub


Bakıda sionist rejimin ideologiyasının təbliğ edən "Xabad-Or-Avner" məktəbinin fəaliyyəti bərpa olunub.
Bunu SəhərAzəri Report portalına istinadla xəbər verib. Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili tədris edilir.
Belə məlumatlar da vardır ki, İsrail səfirliyinə bağlı həmin məktəbdə işğalçı rejimin ideologiyası və qondarma dövlətin Fələstin xalqının torpaqları hesabına necə qurulması tədris olunur, məktəblilərdə həmin rejimə sevgi aşılanır.
Qeyd edək ki, müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.
Yəhudi məktəbinin dövlət hesabına modernləşdirilib istifadəyə verilməsi elə bir haldadır ki, Bakıda uşaqlar və yeniyetmələrin İranlılar Məktəbində təhsil almasına adətən süni problemlər yaradılır.

Комментариев нет:

Отправить комментарий