Страницы

14.09.2021

Sputnik.az-da erməni kəşfiyyatına işləyən qrup fəaliyyət göstərir?


Hər şey ondan başladı ki, Türkiyə parlamentinin sədri Mustafa Şentop Bakıya gəldi və burda iyulun 28-ində mətbuat konfransı keçirdi.
Mətbuat konfransında hansısa müəmmalı jurnalist Şentopa qeyri-tipik bir sual ünvanladı. Şentop da bu kalibrdə siyasətçiyə xas şəkildə jurnalistin sualını diplomatikcəsinə cavablandırdı.
Lakin həmişə olduğu kimi sputnik.az saytında erməni kəşfiyyatına bağlı qrup bu cavabdan da “ustalıqla” yararlanmağa çalışdı. Onlar yenə də Yerevandakı ağalarının təlimatlarına uyğun şəkildə Rusiya ilə aramızdakı münasibətləri pozmağa cəhd göstərdilər.
Mətbuat konfransında hansısa liberal və turançı jurnalist (sonradan üzə çıxdı ki, elə o da haqqında danışdığımız qrupla əlaqəli şəxsdir və həmin sual da qəsdən, məqsədyönlü şəkildə verilmişdir) Mustafa Şentopa belə bir sual verdi: “Türkiyə ilə Azərbaycan ortaq bir türk ordusu yarada bilərmi?”
İndi isə Şentopun həmin suala verdiyi cavaba baxın:


https://rutube.ru/video/b13849067163b84cd6e211eceaf2deba/

Zatən Mustafa Şentop suala “politkorrekt” cavab verir. Göstərir ki, Bakı ilə Ankara ilə arasında müxtəlif əlaqələr var, amma ortaq türk ordusunun yaradılması haqda heç nə demir.
Şentop bildirir ki, Türkiyə və Azərbaycan arasında müxtəlif anlaşmalar var ki, bu da nəinki Türkiyə və Azərbaycan arasında, elə normal münasibətlərə malik bütün qonşu dövlətlər arasında adi haldır. O cümlədən mərhum Heydər Əliyevin bir millət, iki dövlət sözlərini sitat gətirir ki, bu da hər iki ölkə yetkililəri arasında görüşlər zamanı tez-tez vurğulanan standart yanaşmadır.
Aşağıdakı (obyektiv) xəbər linkindən də aydın görünür ki, parlament sədri ortaq türk ordusunun yaradılması ehtimalı barədə fikir səsləndirməyib.



https://qafqazinfo.az/news/detail/sentop-ortaq-turk-ordusunun-yaradilmasi-ile-bagli-suala-hansi-cavabi-verib-video-331184


Əsl həngamə də Şentopa verilən həmin sualdan sonra başlandı. Erməni kəşfiyyatının sputnik.az-dakı qulbeçələri ortalığa tökülüşüb məsələyə fərqli don geyindirməyə çalışdılar.
Şentop heç mətbuat konrfansından ayağa qalxıb zalı tərk etməmiş sputnik.az saytında Azərbaycanın Türkiyə ilə birgə ordu yaratması, onların birgə az qala Rusiyaya müharibə etmələri haqda yazı peyda oldu!
Özü də maraqlıdır ki, yazı belə hallarda həmişə olduğu kimi (Türkiyə rəsmilərinin çıxışları ilə bağı) Azərbaycan dilində yox, rus dilində yayımlandı. Məqsəd Rusiya ictimaiyyətini Azərbaycana qarşı kökləmək, Azərbaycana qarşı nifrət aşılamaq, dövlətlərimizi üz-üzə qoymaq idi.


https://az.sputniknews.ru/politics/20210728/427561387/Zangezurskiy-koridor-vazhen-i-dlya-Azerbaydzhana-i-dlya-Turtsii---Shentop.html

Şentopun səsləndirdiyi fikirlər kontekstdən çıxarılaraq mahiyyəti dəyişdirilmişdi (xatırladaq ki hələ bu yazının ilkin variantının üzərində dəfələrlə düzəlişlər apararaq “abra” salmağa çalışmışlar). Spikerin fikirləri sputnik.az-ın teleqram kanalına da əsas hissə ixtisar olunmaqla qoyulmuşdu. Yayımlanan materiallarda Şentopun guya vahid Turan ordusunun yaradılmasına artıq başlandığı barədə olmayan fikirləri öz əksini tapmışdı.
Jurnalist Aleksandra Zuyeva hazırladığı bu materialda rus oxuculara belə bir fikir aşılamağa çalışırdı ki, guya Azərbaycan, Türkiyə və Pakistan birləşərək Rusiyaya qarşı hansısa hərbi birlik formalaşdırırlar.
Məsələni şişirtmək və Kremlin nəzərinə çatdırmaq üçün ermənilər əllərinin atında olan bütün kütləvi informasiya vasitələrindən və resurslardan istifadə etdilər. Hətta erməni jurnalistlər məsələ ilə bağlı Putinin mətbuat katibi Peskova sual ünvanladılar və tez-tələsik onun cavabını özlərinin “Ria Novosti” informasiya agentliyinin populyar saytına qoydular (13:24, 29.07.2021 tarixdə, yəni Şentopun müsahibəsindən cəmi bir gün sonra günorta radələrində).

https://ria.ru/20210729/armiya-1743430664.html

Sputnik-dəki erməni ajanları eybəcər hala saldıqları bu xəbəri təcili Rusiya ictimaiyyətinin və dövlətinin nəzərinə çatdırmağa nail oldular. Beləcə ilk baxışda adi görünən məsələ şişdi və ermənilərə lazım olan məcraya yönələrək “dramatikləşdi”.
İndi isə diqqət! Aleksandra Zuyevanın həmin materialı heç yarım saat keçməmiş erməni kəşfiyyatının saytında peyda olur!
Sputnik.az-da həmin təxribat xarakterli yazı dediyimiz kimi 28.07.2021 saat 11:34-də dərc olunmuşdu. Elə həmin gün saat 12.06-da daha eybəcər formaya salınmış halda erməni kəşfiyyatının Azərbaycan dilində yaratdığı 1lurer.am saytına otuzduruldu və artıq burdan tirajlanmğa başlandı. Xəbərdə deyilirdi ki, Mustafa Şentop Ortaq Türk ordusunun yaradılması istiqamətində danışıqlar aparıldığını bəyan edib.


https://www.1lurer.am/az/2021/07/28/Ortaq-Türk-ordusunun-yaradılması-istiqamətində-də-bir-sıra-danışıqlar-aparılır-Mustafa-Şentop/525107

Beləcə Ermənistanda, Rusiyada və Azərbaycanın özündə ölkəmizə qarşı işləyən təbliğat maşının iştirakçıları növbəti dəfə bir-birlərinə pas ötürərək ölkəmizi gözdən salmağa və Rusiya ilə yeni müstəvidə formalaşmaqda olan münasibətlərimizi korlamağa cəhd göstərdilər.
1lurer.am saytının redaksiyası Yerevan, Hovsepyan küçəsi, bina 26-da yerləşir. Sputnik az-ın mənşəyi bilinməyən jurnalistlərinin hazırlaqdıqları xəbərlər burda yenidən “obrabotka” olunaraq daha “effektiv” şəkildə dövriyyəyə buxarılır.
Turan ordusu yaradılmayacaq, Allah Azərbaycanı o gündən qorusun. Bizim kifayət qədər öz güclü ordumuz var və yolumuz da bəllidir. Turan ordusu pantürkistlərin xəstə təxəyyülünün məhsuludur, Qərb dairələri tərəfindən ortaya atılıb və indi də bu köhnəlmiş mövzunu erməni kəşfiyyatı ilə əlaqəli qüvvələr Azərbaycanı nüfuzdan salmaq və Rusiya ilə əlaqələrini pozmaq məqsədilə tirajlamaqdadırlar.
O ki qaldı birgə hərbi təlimlərə, Peskovun da dediyi kimi Rusiyanın “bu məsələ ilə bağlı həm türk, həm də azərbaycanlı partnyorlarla requlyar əlaqələri var”, yəni məsələ tam nəzarətdədir və Rusiyanın öz razılığı ilə keçirilir. Odur ki, nə Yerevanda oturub bu hadisələri idarə edən erməni kəşfiyyatı məmurları, nə onların sputnik.az-ın redaksiyasına yerləşdirdəkləri qulbeçələri (eləcə də onlarçün “ələkçinin qıl verəni” rolunu oynayan bəzi yerli pantürkçülərimiz) özlərini əbəs yerə yırtıb dağıtmasınlar – bu cür ucuz gedişatlara Rusiya-Azərbaycan münasibətlərinə xələl gələn deyil.
Ermənistan hökumətinin Qərbin dalına sabunsuz girməsindən və Rusiyaya qarşı çıxardığı saysız-hesabsız oyunlardan sonra Rusiyanın yenidən Ermənistanın başını tumarlayıb nazı ilə oynamasına ümid edənlər 44 günlük müharibədən nəticə çıxarsınlar.
Düzdür, sputnik.az bir az keçməmiş xəbərin yalan olması barədə təkzib verdi. Amma bu təkzibi harda verdi? Sputnik.az-ın teleqram kanalında xırda bir yazı ilə - 2 cümlə ilə bildirildi ki, Şentop birgə türk ordusunun yaradılması barədə heç nə deməyib.

https://t.me/AzeSputnik/12300

Bu təkzib sputnik.az-ın teleqram kanalında ötəri şəkildə dərc olundu və onu heç kəs oxumadı. Ən əsası:
Aleksandra Zuyevanın təxribatçı yazısı (bu təkzibdən sonra da) saytdan götürülmədi və kütləvi şəkildə də məhz bu yazı oxuculara çatdırıldı.
Təkzibdə bildirilirdi ki, guya sputnik.az bu xəbəri oxu.az-dan götürdüyünə görə yanlış formada anlayaraq yaymışdır. Amma axı Aleksandra Zuyevanın yazısında oxu.az-ın adı da çəkilmir; Şentopun videosu qoyulmuşdur və bu video əsasında onun sözləri interpretasiya olunaraq reallıqdan uzaq formada təqdim edilmişdir.
Bu təxribatçı xəbərin ilkin mənbəyi sputnik.az-ın redaksiyası olmuşdur; sadəcə olaraq onlar özlərinin Yerevandakı ağalarının təlimatlarına uyğun şəkildə hərəkət etmişlər.
Sputnik.az-dakı axçilər köhnə jurnalist fəndindən uğurla istifadə edərək həm sonrakı məsulliyyətdən yaxa qurtarmağı hədəflədilər, həm də quraşdırdıqları yalanın “ayaq tutub yeriməsinə” nail oldular.
Ermənilər quraşdırdıqları bu xəbəri Rusiyanın əlləri çatan bütün KİV-lərinə ötürdülər və “ictimailəşdirməyə” çalışdılar. Məsələn, Rusiyanın populyar lenta.ru saytında bu xəbər hətta Suriyadakı terrorçuları xatırladan şəkillə dərc olundu ki, “lazımi” effekt əldə edilsin.

https://lenta.ru/news/2021/07/28/armiya/?utm_medium=social&utm_source=twitter

Xəbərdə sputnik.az-a istinadən deyilir ki, Mustafa Şentep Türkiyə və Azərbaycanın müştərək türk ordusu yaratmaq barədə danışıqlar apardığını bildirmişdir!
Xırda bir xəbərin necə quraşdırılıb yayılması arealı timsalında görürük ki, erməni kəşfiyyatı ölkəmizin media sahəsinə nə dərəcədə nüfuz etməyə çalışır və dövlətlərarası münasibətlərə xələl gətirməyə hansı cəhdlər göstərir.
Erməni qüvvələri bu gün sputnik.az-dakı təsir agentlərindən Azərbaycana qarşı kibersilah kimi istifadə edirlər. Efirə hər dəfə yeni-yeni dezilər buraxırlar və Azərbaycanı beynəlxalq arenada diskreditasiya etməyə çalışırlar.
Spunik.az saytı Azərbaycana qarşı hazırlanmış yüzlərlə belə təxribatçı materiallarla doludur.
Sputnik.az-dakı ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı bu cür təxribatlardan istifadə etmişlər və edəcəklər. Dövlətimiz bu cür diversiya və sabotajlara qarşı diqqətli olmalıdır.
Aram Qabrelyanovun qucağında oturub, onun çubuğu ilə idarə olunan qrup müəyyənləşdirilməli və ifşa edilməlidir.

Комментариев нет:

Отправить комментарий