Страницы

09.10.2021

ANALitikanın pik həddi


Bilirsiz necədi, əvvəllər bizim bolitoloxlar və ANALitiklər havadan danışardılar, gecə yuxuda nə gördülərsə səhər durub onu da ərz edərdilər, hadı-bıdı kinosundakı kimi “rəml atıram fala baxıram” üslubu ilə xalqa üləmalıq eləyərdilər. İndi maşallah çox irəli gediblər, pəpilləşiblər, kvalifikasiyalaşıblar. İndi hərəsinin Rusiya, İran, Ermənistan kəşfiyyatında öz mənbəsi, etibarlı adamı peyda olub. Hansı ağzını açır, deyir mənim filan ölkənin kəşfiyyatında öz adamım, bəhmən ölkənin dövlət aparatında öz etibarlı mənbəm var. Deyirəm də, belə bolitoloxları olan ölkənin təhlükəsizlik strukturlarına ehtiyacı yoxdur, bunlar bütün gizli mətləblərdən momentalnı xəbər tutub xalqa çatdırırlar. Hansı saytı açırsan “Ermənistan kəşfiyyatındakı etibarlı mənbəm”lə, “İran ordusundakı adamlarımız”la, Putinin otağına soxduqları juçokun səs yazılarına kimi maşallah, göz dəyməsin, tfu tfu tfu, doludur. Cümşid bəy ümumiyyətlə deyir İran ordusunda mənə işləyən xüsusi batalyon var, mən hə deyən kimi vurub Tehranı dağıdajaxlar. Sərdar əminin İran ordusunda speçnaz korpusu var ki, personalnı onun komandası ilə işləyir, maşınları Sərdardan mesaj gəlməyincə xoddanmır. Cahandar ağa deyir Rusiyanın tərkibində 2-3 türk respublikası bizdən koordinasiya olunur, çırtma çalıb siqnal verən kimi Rusiyadan ayrılıb Turana birləşəjəhlər. İrəvanın pultu isə Makedon ləqəbli təzə vıpuska bolitoloxumuzun əlindədi. Ermənilərin içindəki adamlarımızın ötürdüyü informasiyalar əsasında ANALitik yazılar hazırlayan bir qrup saytımız da peyda olub göz dəyməsin. İllah da ki, hərbi ekspertlərimiz söküb dağıdırlar, maşallah yağışdan sonra göbələk kimi artıblar (çünki çoxları jurnalistikadan bir şey çıxmadığını görüb birbaşa ekspertçiliyə desant olunublar), 2000-ci illərdən fərqli olaraq fırratmaqla araları yoxdu, konkretdirlər, havadan fikir yürütməyi kənara vızıldadıblar, kişilər sırf xarici ölkələrin gizli kəşfiyyat dannıları əsasında danışırlar. Tay nə istəyirsüz? Belə bolitoloxları olan ölkə heç basılarmı?



Комментариев нет:

Отправить комментарий