Страницы

17.10.2021

Müasirlik anlamı

Nurlan Qələndərli

MÜASİRLİK: NƏDİR VƏ NƏ DEYİL?

Hər şeyin mahiyyəti formasında deyil, məzmunundadır, o cümlədən al qırmızı ilə simvollaşdırılmış müasirliyin də... İndi kimsə bəyənmədiyini, yaxud onun baxışlarını, düşüncələrini təqdir etməyəni "müasirlik silahı" ilə hədəfə çevirir. "O müasir deyil", yaxud "müasir olsa, bunu edər(etməz)di" kimi primitiv ittihamlar aktualdır. Əslində isə, müasirliyin anlamını - mahiyyətini və məzmununu anlamadan müasir olmağa çalışmaq absurddur...

MÜASİRLİK NƏ DEYİL?!

* məsuliyyətsizlik deyil: insanın məsuliyyətini dərk etmədən özbaşınalığa yol verməsi - "sərhədləri aşmaq" adı altında dəyərləri ayaqlar altına ataraq öz bildiyini etməsi deyil;
* sərhədləri aşaraq "azadlıq" adı altında azğınlıq "qazanmaq" deyil;
* müasirlik zahirdə (geyimdə, görüntüdə) deyil, daxildə - mahiyyətdədir, düşüncədə, təfəkkürdə və mənəviyyatdadır...

BƏS NƏDİR MÜASİRLİK?!

İbtidai icma, quldarlıq və feodalizm dövrləri insanından fərqli olaraq:
* sivilizasiyanın inkişafının indiki mərhələsində yüksək mədəni dəyərləri mənimsəyərək əməldə nümayiş etdirməkdir;
* insana sayğıdır, toplumun üzvü olan insanın haqqına girməməkdir;
* "güclü olan haqlı deyil, haqlı olan güclüdür" prinsipini qəbul etmək, ona əməl olunmasına çalışmaqdır;
* ədalətli olmaq, özünə rəva görmədiyini başqasına etməməkdir və s.
Ən əsası, o həm də fərd olaraq istədiyini etmək deyil, istənilməyəni etməməkdir...

Комментариев нет:

Отправить комментарий