Страницы

06.10.2021

Politoloq Nəzakət Məmmədova Putin haqqında


Çox şadam ki, məni bu adamla 3 cəhət birləşdirir: ikimiz də ədalət simvolu olan Tərəzi bürcüyük, saatı sağ qolumuza taxmağı xoşlayırıq və xəyanəti əsla bağışlamırıq)))
Putinə simpatiyam var: çünki bu adamın xarizması təkcə böyük dövlətin lideri olmasından qaynaqlanmır - keşməkeşli həyat məktəbi keçmiş ağıllı siyasətçidir. Bacarıqlı kəşfiyyatçı olub, bu, çox şeydən xəbər verir.
44 günlük savaşda ən azı Xankəndinə qədər susdu, "Qarabağ Azərbaycan torpağıdır!" dedi.
Bəzi azərbaycanlılar üçün bəlkə də 10 noyabrdan sonra o xoş adam hesab olunmaya bilər, əsas odur ki ölkəsi üçün yaxşı prezidentdir.
Öz camaatını ac qoymur, ölkədə bespredel yoxdur, yetim rus uşaqlarını xaricə övladlığa verilməsinə qadağa qoyib, üstəlik... uşaqpulu da verir.
Öz zəifliyimizə görə kiminsə güclü olduğu üçün qınamayaq. Bu, ədalətli deyil...

Nəzakət Məmmədova






Комментариев нет:

Отправить комментарий