Страницы

26.10.2021

“Qərbə bağlı qüvvələr Rusiya sülhməramlılarıının regionda olmasından narazıdırlar və bu sahədə aktiv pozucu iş aparmaqdadırlar. Rusiyanın regionda artan nüfuzu ilə barışmaq istəmirlər, sülhməramlıların getməsinə, regionda sülh və əmin-amanlığın pozulmasına çalışırlar. ABŞ və Fransa danışıqlar prosesinin davam etdirilməsini tələb edərək süni şəkildə hər iki xalq arasında yenidən konflikt yaratmağa can atırlar. Həm Ermənistanda, həm də Azərbaycanda informasiya çatışmazlığı fonunda faktlar təhrif olunur və Rusiyanın timsalında monstr obrazı yaradılır. Məsələn, Azərbaycanda insanları inandırırlar ki, Rusiya “bizim qələbəmizi oğurladı”, müharibəni axıradək aparmağa və Ermənistanı darmadağın etməyə imkan vermədi. Ermənistanda isə revanşist qüvvələr, radikal partiyalar və liderlər kütləvi şüurlara yeridirlər ki, Rusiya Ermənistanı güclü düşmənlə- Azərbaycanla təkbətək qoydu və ona kömək etmədi. Azərbaycan sosial şəbəkələrində və mass-medalarında müəyyən şəxslər, ictimai-siyasi xadimlər, bəzi radikal partiya liderləri, jurnalistlər, hüquq müdafiəçiləri aktiv antirus təbliğatı aparırlar. Sosial şəbəkələrdən aktiv istifadə edən müəyyən bir kəsim bu təbliğata inanır. Əlbəttə bütün bunlar xarici qüvvələr tərəfindən Rusiyanı regiondan sıxışdırıb çıxarmaq məqsədilə edilir. Təlqin olunur ki, Azərbaycanın bütün problemlərində Rusiya və İran günahkardır. Lakin əhalinin çoxu Rusiyanın timsalında regionda sülh və əmin-amanlığın qarantını görürlər. Rusiya sülhməramlılarının dislokasiyası təkcə Qarabağda deyil, bütün regionda sülhün təminatı deməkdir... Rusiya sülhməramlıları əsasən müşahidə postlarında xidmət aparırlar, təmas xəttində atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər. Onlar regionda dinc həyatın bəra olunmasına yardım edirlər. Onlar Azərbaycana enerji təchizatı və su təminatı sistemlərinin, sosial obyektlərin və yaşayış evlərinin bərpası işində, ərzağın, tikinti materiallarının və avadanlıqların daşınmasında kömək edilər. Rusiya sapyorları ərazilərimizi, yollarımızı minalardan təmizləyir, partlayıcı əşyaları zərərsizləşdirirlər. Onlar həyatlarını riskə ataraq, bəzən canları bahasına döyüşlər getmiş ərazilərdən minlərlə silah-sursat taparaq təhlükəsiz hala gətirmişlər. Rusiya sülhməramlıları o cümlədən humanitar aksiyalar həyata keçirirlər. Azərbaycan prezidenti İlham Əliyev də onların işini uğurlu xarakterizə edərək bildirmişdir ki, biz onların fəaliyyətindən razıyıq”.

Politoloq, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova

Комментариев нет:

Отправить комментарий