Страницы

04.10.2021

Suriyada terrorçular arasında toqquşma: çeçen döyüşçülərini qırdılar


Suriyada terrorçu qruplaşmalar arasında növbəti silahlı toqquşma baş verib.
İdlib şəhərində “Həyat Təhrir əş-Şam” qruplaşmasının üzvləri “Cünd əş-Şam” qruplaşmasına mənsub çeçen döyüşçülərinin olduğu ştaba basqın ediblər.
Çeçen döyüşçüləri hücumçulara şiddətli müqavimət göstəriblər və nəticədə onların təhlükəsizlik qüvvələrinin komandiri Anuar Hamidini öldürüblər.
Lakin “Həyat Təhrir əş-Şam” qruplaşması üzvləri say çoxluğu hesabına çeçenlərin ştabını darmadağın ediblər. Tanınmış çeçen səhra komanditi Müslim əş-Şişaninin rəhbərlik etdiyi ştab tam dağıdılıb.
Xatırladaq ki, “Həyat Təhrir əş-Şam” qruplaşmasının komandiri Əbu Məhəmməd əl-Culani digər qruplaşmalar qarşısında tələb qoymuşdur ki, onun rəhbərliyi altına keçsinlər və dəstələrini onun qruplaşmasına birləşdirsinlər. Lakin həmin silahlı dəstələr Culaninin Qərb ilə əlaqələrini əsas gətirərək bundan imtina edirlər.
Müxaliflərin “Suria TV” kanalı xəbər vermişdir ki, bir çox radikal qruplaşmalar görüş keçirərək “Həyat Təhrir əş-Şam”ın Türkiyə dövləti tərəfindən maliyyələşdirildiyini bildirərək kəskin şəkildə ona qarşı çıxmışlar. Görüşün inisiatoru olan “Cəbhət Ənsar əd-Din” qruplaşmasının komandiri Əbu Abdulla əş-Şami bildirmişdir ki, o Culani likvidasiya olunana qədər mübarizə aparacaqdır.

Комментариев нет:

Отправить комментарий