Страницы

29.10.2021

Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası
Vüqar Məmmədov:

"Bir neçə telekanaldan gəlib şəhid ailəsi kimi bizi çəkiblər. Mən danışmağa razı olmadım. Çünki onlar istəyəni mən deməyəcəkdim, mən deyəni onlar istəməyəcəkdi.  Məsələn, onlar istəyəcəkdi ki, mən “Vətən sağ olsun” deyim. Gəlin əvvəlcə baxaq görək vətən nə deməkdi? Vətən sənin birgə olduğun toplum, sənə doğma insanların birliyi, öz ərazilərindi. Yaxşı, əgər Azərbaycan bizim vətənimizdirsə, onda bu vətənin hər nemətindən hamıya pay düşməlidi, qoruyanda da hamı birgə qorumalıdır. Yoxsa yeyəndə sən yeməlisən, ölmək lazım olanda mənim uşağım ölməlidi? Xeyr, belə olmamalıdır".

Комментариев нет:

Отправить комментарий