Страницы

29.10.2021

Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası
Vüqar Məmmədov:

"Hərdən internetdə rastımıza çıxır, hansısa oliqarxın milyonlarla ölçülən villalarını göstərirlər. O villladan mənə pay düşürmü? Mənim ora girmək ixtiyarım varmı? Təbii ki yox. Deməli onun dövləti də vətəni də öz mülkünün olduğu ərazidir. Bəs mənə pay düşən hardandı? Öz qazancımla, öz zəhmətimlə qazandıqlarım, əldə etdiklərim. Onda deməli ailəm və evim mənim vətənimdi. Bu gün mənim vətən hesab etdiyim ailəmdə hər şey qaydasındadırmı? Qoruya bilmişəmmi bu vətənimi? Xeyr. Bu gün mənim ailəmin sevinci, ilk övladım aramızda yoxdu. Deməli qoruya bilməmişəm.
Məni qalib saymaq olarmı? Yox. Mən bu mücadilədən məğlub ayrıldım.
Qalib gələnlərsə öz mülkünü, yəni dövlətini qurmaq üçün daha böyük dövləti, Azərbaycanı çapıb talayan,  sonra da vətənpərvərliyini “sübut etmək” üçün dövlətdən oğurladığı pulla aldığı, bir neçə yüz minilik maşınından və yenə dövlətdən oğurladığı pullarla tikdiyi, dəyəri milyonlarla ölçülən villasının balkonundan bu dövlətin rəmzi olan bayraq sallayan, sonra da tirka verib, “əsgərimiz irəli” deyərək öz yaxınını küncdə-bucaqda gizlədənlərdi. Bu tip, vətənpərvərliyini bayrağı başı üzərində gəzdirməklə, yaxud status yazmaqla “sübut etmiş” adamlar məni bu yazılarıma görə “neprav” da çıxarda bilərlər".

Комментариев нет:

Отправить комментарий