Страницы

19.10.2021

Vətən müharibəsini qanlarıyla yazan oğullar sözün əsl mənasında dastan yazdılar


Xocavənd uğrunda gedən döyüşlər zamanı çəkilmiş videodan foto kadr...
Şəkildəki Lerikimizin fəxri, Kəlvəz kəndində anadan XTQ-nin giziri Şəhidimiz Tağıyev Ramiqdir. Yaralı döyüş yoldaşı Lerikimizin fəxri XTQ-nin giziri Şəhid Həşimov Tərzanı döyüş meydanından çıxartmağa çalışır. Arxadaki tüstülər ard-arda düşən mərmilərdən geriyə qalan "mənzərədir". Həmin videonu izləyənlər bilir, xarici filmlərdə gördüyümüz döyüş səhnələri var, hansı ki Oskar mükafatına layiq görülən, o filmlər bu canavarların etdiklərinin yanında heç nədir. 
Təsəvvür edin, eyni anda həm döyüşürsən, həm də yaralı döyüş yoldaşını ərazidən çıxartmağa çalışırsan. Bir ümid - bəlkə onu xilas etmək mümkün oldu. İllərdir birgə, çiynini çiyninə verdiyin silahdaşın, qardaşdan irəli döyüş yoldaşın göz görə-görə qollarında Şəhadətə ucalır. Amma sən maksimum təmkinli və soyuqqanlı olmalısan. Düşdüyün yerin cəhənnəmdən fərqi yoxdur, lakin sən o cəhənnəmdən sağ çıxmağı bacarmalısan - özündən əvvəl döyüş yoldaşların üçün bunu etməlisən. Başqa seçimin yoxdur. Elə belə də oldu, Ramiq bu döyüşdən sağ çıxdı. Çünki onu irəlidə Şuşa uğrunda gedən döyüşlər gözləyirdi... Həmin döyüşlərə isə daha hirsli, daha emosianal qatıldı.  Gücünü, canını, qanını qoydu. Döyüş meydanında tarix yazdı, lakin bir qədər sonra geridə itirdiyi dağ qardaşlarına qovuşdu. Şəhadət şərbətini içmək Tağıyev Ramiqə də nəsib oldu.
Vətən müharibəsini qanlarıyla yazan oğullar sözün əsl mənasında dastan yazdılar.
Gələcək nəsillərə bu miras mütləq ötürülməlidir ki, bu oğulların zəhməti, qanı, canı bahasına yenidən qazanılmış Vətən torpağı bir daha işğal qoşunlarına yar olmasın...

"LERİK" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий