Страницы

30.11.2021

Fazil Ələkbərovun sonunu gətirən əlbəyaxa döyüşü: Nazir “Cənab sədr”in səbr kasasını necə doldurdu?

Naxçıvan Daxili İşlər naziri Fazil Ələkbərov işdən çıxarılmayıb, öz hesabına məzuniyyətə göndərilib.
Ovqat.com-un Naxçıvan DİN-dəki adının çəkilməsini istəməyən mənbələrdən aldığı məlumata görə, nazirin məzuniyyətdən geri qayıtma ehtimalı yoxdur. Onun barəsində “işdən qovuldu” söz-söhbətinin çıxması da görünür bununla bağlıdır və məntiqlə yanaşanda bu mülahizə əsasən doğrudur.
Fazil Ələkbərovun işdən qovulmasının dərin səbəbləri barədə danışmaq istəməyən mənbəmizin fikrincə, onun işdən qovulmasının çox maraqlı bir bəhanəsi var. Daha doğrusu, onsuz da yaxın günlərdə işdən qovulacağı şübhə doğurmayan Fazil Ələkbərovun “günah kasası” bir ay bundan əvvəl Naxçıvan DİN-nin həyətində Culfa RPŞ-nin rəisi Şərif Hüseynəliyevlə Nazirliyin Maliyyə şöbəsinin rəisi Əbülfəz Vəliyevin arasında baş verən söyüşlü dava-dalaş nəticəsində daşıb. Bu rəzalətdən sonra ona Ali Məclisdən zəng vurub nazir postunu üzüsulu tərk edərək öz hesabına məzuniyyətə çıxması əmri gəlib.
Muxtar Respublikanın yüksək rütbəli polislərinin davasına gəlincə, sən demə, ən ağır söyüşlərin göydə uçuşduğu bu əlbəyaxa döyüşünün əsl günahkarı nə döyən, nə də döyülən tərəf imiş. İddialara görə, döyüş Muxtar Respublika polisində rüşvət mexanizminin məntiqi nəticəsində meydana gəlib. Belə ki, ötən ilə qədər ən xırda inzibati qayda pozuntusuna görə vətəndaşlardan külli miqdarda rüşvət alan Naxçıvan polisi əldə etdiyi “qəniməti” mərkəzləşdirilmiş qaydada bölüşürmüş. Rüşvətin cəmi 10%-i “cinayətkarı” cəzalandıran yerli polis idarəsinə çatır, qalan 90% isə Naxçıvan MR DİN-ə göndərilirmiş. Onun da 40%-i Daxili İşlər Nazirliyinin rəhbərliyinə, 50%-i isə Ali Məclisin sədr müavini Azər Zeynalova gedirmiş.
Bəs Azər Zeynalov həmin pulları nə edirmiş? Tapmacanın bu hissəsini bizim ixtiyarımıza buraxan mənbəmiz onu da etiraf etdi ki, əlində adi bir hadisəyə görə “cinayətkar”lardan külli miqdarda rüşvət alınmasını təsdiqləyən sənədlər nə yazıq ki yoxdur: “Bunun da səbəbi yəqin ki sizə bəllidir. Amerikanın Azərbaycandakı səfirlərindən birinin təbirilə desək, çünki ölkəmizdə rüşvət alarkən heç bir qəbz verilmir. Ona görə də rüşvət faktını sübut etmək qeyri-mümkündür. Amma bu o demək deyil ki, bizim cəmiyyətimiz aydan arı sudan durudur. Bununla belə, Naxçıvanda bir şilləyə görə kimdən nə qədər rüşvət alındığını bilməyən yoxdur”.
Qaynağımız bu barədə bizə konkret adlar çəkərək bəzi məlumatlar da verdi: “Fazil Ələkbərovun qılıncının dalı və qabağl kəsən vaxtlar – 2017-2020 ci illərdə Naxçıvanda polislər at oynatmağa başlamışdılar. İş o yerə gəlib çıxmışdı ki, facebookda Elçibəyin şəkilini layk etdiyinə görə Culfa rayon Bənəniyar kənd sakinini Culfa RPŞ-nin rəisi Şərif Hüseynəliyev çağırıb ondan 15 000 manat pulunu almışdı. Ordubad rayon Polis Şöbəsinin rəisi Əli Nəbiyev Rusiyadan Ordubada gələn vətəndaşları çağırıb qohum əqrabalarına toxunmamaq üçün hərəsindən 3 000-5 000 manat aralığında pul qoparırdı. Maddi durumu aşağı olduğundan Cahan Ticarət Mərkəzindəki ərzaq mağazasından makaron, yağ, düyü, çay oğurlayan vətəndaşı Naxçıvan şəhər Polis İdarəsinə çağıran polis rəisi Mirzə Cəlilov onun yaxınlarından 2500 manat rüşvət almışdı. Şahbuz rayonunda qoşa xətti “tapdalayan” sürücülərin maşınlarını cərimə meydançasına gətizdirən rayon polis rəisi Elnur İsmayılov hərəsindən 1000 manat rüşvət istəyirdi. Su üstündə bir-birləri ilə sözü düşən vətəndaşları Kəngərli rayon Polis Şöbəsinin rəisi şöbəyə çağırıb hərəsindən 2000 manat almışdı. Evində lampa satdığına görə Şərur rayonu Zeyvə kənd sakinini zorla evindən çıxarıb nazirliyə aparan Narkotiklərlə Mübarizə Şöbəsini rəisi Qasım Əsgərov ondan 6000 manat pul almışdı. Şərur rayon Polis Şöbəsinin rəisi Nəriman İbrahimov evində paltar satan vətəndaşın mənzilinə soxulub həmin əmtəələri müsadirə edib, əlavə olaraq da ondan 5000 manat pul almışdı”.
Qaynağımızın iddiasına görə, bu vəziyyət 2020-ci ilə qədər eyni qaydada davam edib. 2020-ci ildə Nehrəm qəsəbəsinin Yasin adlı sakini özünü öldürdükdən sonra Naxçıvan DİN sistemində vətəndaşdan rüşvət almağa son qoyulub.
Qeyd edək ki, mərhum Yasinin intiharının səbəbi barədə ötən il Ovqat.com-da yazı dərc etmişdik. Naxçıvan MR DİN məhrumun polis özbaşınlığı səbəbindən intihar etdiyini inkar etsə də, qaynağımız bu iddianı doğrulayıb: “Babək rayon Polis İdarəsinin qarşısında qonşusuna şillə atan Yasin adlı Nehrəm sakinindən 5000 manat rüşvət istənilmiş, o da bu məbləği tapa bilmədiyi üçün özünə qəsd etmişdi. Özünü yandıran həmin şəxs xəstəxanada dünyasını dəyişmişdi”.
Mənbəmizin iddialarına inansaq, bu hadisədən sonra Naxçıvan DİN özünü yığışdırıb. Hətta Naxçıvan MR Ali Məclisində bu zamanadək alınan rüşvətlərin araşdırılması üçün gizli tədqiqat qrupu yaradılması barədə göstəriş gəlib. Araşdırmalar nəticəsində məlum olub olub ki, təkcə Culfada 1 milyon manata qədər “haqsız rüşvət” toplanıb. Haqsızlığa uğramış vətəndaşlardan ərizələr alınıb və onlar Ali Məclisin sədr müavini Azər Zeynalova göndərilib. Ali Məclis yetkililəri isə Culfanın polis rəisi Şərif Hüseynəliyevi çağırıb ərizələri onun qabağına qoyub və vətəndaşların pulunu qaytarmaq üçün ona 1 milyon manat tapıb gətirməsi əmr olunub. Qaynağımızın fikrincə, əslində Hüseynəliyevdən istənilən pul vətəndaşlara geri qaytarılmayacaqdı. Böyük ehtimalla, Ali Məclisdə həzmi rabedən keçiriləcəkdi.
Digər bir iddiaya görə, əslində vətəndaşlardan alınan rüşvətin geri qaytarılması tələbi və bu işi araşdıran tədqiqat qrupunun yaradılması Fazil Ələkbərovu cəzalandırmaq üçün nəzərdə tutulub. Yığılan pulların geri qaytarılmasının mümkün olmadığını bilən Ali Məclis yetkililəri bu yolla polis rəislərini nazirin üstünə qaldırmaq və onun əleyhinə ifadə almaq istəyirlər. Materialların toplanıb, məhkəmə sisteminə göndəriləcəyi və Fazil Ələkbərovun çox ağır cəzalanacağı da istisna edilmir.
Mənbəmizin dediyinə görə, Ali Məclisdən “yığdığın rüşvəti qaytar” tapşırığını alan Ş.Hüseynəliyev da başılovlu Naxçıvan MR DİN-nə qaçır. Nazirlikdə Fazil Ələkbərov və onun müavini Rəşad İsmayllovla görüşən polis rəisi “vətəndaşlara borcu”nun 90 faizini onlara verdiyini xatırladır və pulu geri istəyir.
Nazir və müavini Rəşad İsmayllov 10+40+50%-lik rüşvət sistemindən xəbərsiz olduqlarını bildirir və polis rəisini yanlarından qovurlar. Çölə çıxarkən Nazirliyin Maliyyə şöbəsinin rəisi Əbülfəz Vəliyevlə qarşılaşan Ş.Hüseynəliyev vaxtaşırı ona göndərdiyi pulu tələb edir. Əbülfəz müəllim də polis rəisini başından etmək istəyəndə ara qarışır, dəftər itir. Hətta yoldan keçən vətəndaşların da böyük maraqla seyr etdiyi bu biabırçı davanı DİN-nin əməkdaşları belə yatıra bilmirmişlər.
Qaynağımız bildirir ki, məlum hadisədən sonra Naxçıvan MR DİN-də “nizam-intizam”ı təmin edə bilmədiyinə görə “öz xoşuyla” “gedər-gəlməz” məzuniyyətinə göndərilən Fazil Ələkbərovdan sonra nazirlikdə böyük miqyaslı “struktur islahatları” aparılıb. Nazirliyin bir neçə şöbəsi ləğv edilib və yerinə hər hansı struktur yaradılmayıb. Ləğv edilən strukturlar bunlardır:
Narkotiklərlə mübarizə şöbəsi,
İnsan alveri ilə mübarizə İdarəsi,
Mütəşşəkkil cinayətkarlıqla mübarizə idarəsi,
Maddi texniki təminat şöbəsi,
Daxili təhlükəsizlik şöbəsi,
Daxili təhqiqatlar şöbəsi,
Təhqiqat şöbəsi,
Xüsusi təyinatlı əməliyyat taboru və s.
Həmin şöbələrin niyə ləğv edildiyi barədə müxtəlif mülahizələr irəli sürülür. Bəzi iddialara görə, Muxtar Respublika rəhbərliyi bu addımla faktiki işsiz qalan polis yetkililəri arasında başqa strukturlarda işə girmək üçün amansız rəqabət yaradıb. İndi kim yaxşı görüm-baxım eləsə, yenidən polis adını daşıya biləcək. Görünür, vətəndaşlardan rüşvət yığmaq ənənəsinə son qoyan Naxçıvan xanlığı azalan gəlirləri polislərin amansız rəqabəti ilə kompensasiya etmək istəyir.
Digər versiyaya görə isə, Muxtar Respublika rəhbərliyinə qohumluqdan başqa heç bir müsbət keyfiyyəti və izgüzar təcrübəsi olmayan Fazil Ələkbərov rəhbərlik etdiyi idarəni elə yaramaz kadrlarla doldurub ki, onları bir-bir işdən çıxarmaq əlavə zəhmət tələb edirdi. Naxçıvan MR rəhbərliyi də məhz bu zəhmətə qatlanmamaq üçün hamısının sərəncamını birdən verib. Mənbəmiz də bu versiyanı təsdiqləyib. O Fazil Ələkbərovun nazir təyin olunandan sonra yüksək vəzifələrə gətirdiyi şəxslərin siyahısını bizə təqdim edib: Əli Nəbiyev, Əşrəf İbrahimli, Rəşad Seyidov, Mirzə Cəlilov, Teymur Quliyev, Elnur İsmayılov.
“F. Ələkbərov öz vəzifəsini icra etməyə başlayanda Daxili İşlər Nazirliyində işləyən peşəkar şəxsləri “Əhməd Əhmədovun adamı” adı ilə xidmətdən xaric etdi. Xaric edilmişlərin yerinə isə Naxçıvan DTX-dan və polis sistemindən özünə yaxın adamları gətizdirdi. Belə ki, Təşkilat İnspeksiya İdarəsinə Rəşad Seyidovu, Xüsusi Təyinatlı Əməliyyat Taboruna Məhəmmədəli adlı zabiti, Şərur rayon Polis İdarəsinə Şahmar Abdullayevi, Maliyyə-Plan İdarəsinə Əbülfəz Vəliyev, Maddi Texniki Təminat İdarəsinə Famil Həsənovu DTX-dan gətirib rəis qoydu. Əlavə olaraq öz əmisi oğlu Nicat Ələkbərovu Mühafizə Polisi Şöbəsinə, qonşusu Əli Nəbiyevi Ordubad rayon Polis Şöbəsinə, bacısı oğlu Elnur İsmayılovu Şahbuz rayon Polis Şöbəsinə, dostu Mirzə Cəlilovu Naxçıvan şəhər Polis İdarəsinə, korrupsioner Şərif Hüseynəliyevi Culfa rayon Polis Şöbəsinə, dostu Teymur Quliyevi Babək rayon Polis İdarəsinə, oğlunun sinif yoldaşı Şahin Qasımovu İnsan Alveriylə Mübarizə İdarəsinə, bibisi oğlu Elməddin Qurbanovu Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə və s. rəis təyin etdi. F.Ələkbərovun təyin etdiyi kadrlar çox acgözdürlər. Vəzifəyə təyin edildikdən sonra zəli kimi xalqı sömürməyə başladılar”.
Göründüyü kimi, Fazil Ələkbərovun təyin etdiyi kadrların siyahısı ilə Naxçıvan MR DİN-də aparılan “struktur islahatları” tam üst-üstə düşür. Ehtimallara görə, “struktur islaharları”nın qurbanı olan bir çox kadrların da F.Ələkbərovla bərabər müttəhimlər kürsüsündə oturması istisna deyil.

ovqat.com
Rusya Jeopolitik Ekspertiz Merkezi’nden siyaset bilimci Valeriy Korovin:

“Türkiye'de yasaklı olan Nur cemaatinin bazı ağları Azerbaycan'da açık bir şekilde ve çok rahat faaliyet gösteriyor. Azerbaycan'da bu kişilerin yardımıyla Batı yanlısı, Rusya karşıtı ve İran karşıtı kamuoyu oluşuyor. Diğer yandan Ermenistan, siyasi alan, medya topluluğu ve özellikle de sosyal ağlar bakımından tamamen Sorosçu örgütlerin elinde. Ve Ermenistan'daki Rusya karşıtı duygular kritik bir seviyeye ulaşmış, insanları sokaklara iten ve açıkça Rusya karşıtı eylemlerle devam eden vahşi bir histeriye dönüştürmüş durumdadır. Bu anlamda, başta Azerbaycan ve Ermenistan olmak üzere bu ülkelerin sosyal ağlarında ve medya araçlarında gördüklerimizin arka planında üç lider arasındaki eksiksiz samimiyet ve fikir birliği çok tuhaf görünüyor”.

29.11.2021

Manaf Süleymanov, “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”:


“Quba meydanındakı yeməkxanalardan biri də Həsən Pervoyun adı dillər əzbəri «İslam» restoranı idi. O zaman ev, dükan, restoran, mağaza yiyəsinin adı ilə tanınardı. Həsənə də xörəklərin ləzizliyinə görə «Pervoy» ləqəb qoymuşdular. Səkili mərtəbədəki bu restoran səhərdən gecə yarısına qədər müştərilə dolu olardı. Burdakı xörəklər kimi dadlı xörək heç yerdə yox idi; şəhərdəki müştərilərdən başqa ətraf qəsəbə və hətta mədənlərdən, kəndlərdən - Sabunçu, Suraxanı, Ramana, Bibiheybət, Keşlə, Ağşəhər, Qaraşəhərdən faytonda, qazalaqda bu restorana nahara gələr, yeyib-içib qəlyan çəkər, söhbət edər, sövdələşər, mal alıb satardılar. Handa bir dövlətli, tanınmış qoluzorba sövdəgər, tacir, çodar və digər adamlara burda rast gəlmək olardı. Fayton, qazalaq küçəboyu bir-birinin dalınca düzülərdi. Bir gün nahara gələn müştərilər görür ki, «İslam» restoranı bağlıdır; səs-küy salırlar, başlayırlar Həsən Pervoyu axtarmağa. Əlaltılarından birini tapıb soruşurlar, bu nə əhvalatdır... Deyir ki, xəbərim yoxdur, işə gəldim gördüm ki, lələ köçüb yurdu qalıb... Müştərilər dilxor olurlar. Xörəklərin belə ləzzətli olmasının səbəbini Həsən Pervoyun əlaltısı nəql edir: biz hər şeyi hazırlayırdıq, Həsən Pervoy sirrini öyrənməsinlər deyə hamını mətbəxdən çıxardıb əti qazanlara, küpələrə, tavalara özü təklikdə töküb yerbəyer edər, ocağa asandan sonra bizi mətbəxə buraxardı. Deməyinən Həsən Pervoy bütün qablara ölçüsünə, həcminə görə müəyyən miqdarda tiryək sürtüb sonra ət tökərmiş, ədviyyat da əlavə edərmiş; bu qayda ilə az doza ilə müştəriləri tədrislə tiryəki etmişdi. Yaxşı da pul qazanıb dövlətlənmişdi. Həsən Pervoy özü İranın Zəncan şəhərindən idi. Bakıdakı zəncanlıların çoxusu şatır-çörəkçi idilər; onlar da xeyli pul qazanandan sonra gözlənmədən yoxa çıxardılar”.

28.11.2021

BİRLİKDƏ QƏRBİ REGİONUMUZDAN QOVUB RƏDD EDƏCƏYİK


Valeri Korovin

Qərb müharibələr yolu ilə planetin istənilən regionunda öz hegemonluğunu bərqərar etmək istəyir. Müharibə ABŞ-ın həmin regiona soxulması üçün əsas verir. Amerikan polittexnoloqlarının dünyanın hər yerində konflikt yaratmaq və müharibə ocağı alovlandırmaq istəyi də bundan qaynaqlanır. Rusiyanın Qarabağda sülh yaratması Qərb polittexnoloqlarında böyük narazılıq yaratmışdır. İmzalanmış üçtərəfli müqavilələr Qərbi və regiondakı amerikan şəbəkələrini qane etmir. Onlar həmişə olduğu kimi bir neçə istiqamətdən eyni vaxtda hərəkət etməklə vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Antirus təbliğat sel kimi axır. Həm Azərbaycanda, həm Ermənistanda, həm də Türkiyədə Rusiyaya qarşı qaralama kampaniyası aparılır. Rəsmi mətbuatda müəyyən qədər hədd gözlənsə də saytlarda və sosial şəbəkələrdə yalan informasiyalar fonunda nüftət dalğası aşıb daşır. Əsas hədəf – Rusiya sülhməramlılarıdır. Onlar regionda real sülhün yeganə qarantıdırlar ki, bu da dediyimiz kimi Qərbi və amerikan polittexnoloqlarını qane etmir. Çalışırlar ki, həm Azərbaycan, həm Ermənistan tərəfini rusofob ritorika ilə qızışdırsınlar, rus sülhməramlılarını regionda nifrət mənbəyinə çevirsinlər. Hər tərəfə bir cür nağıl quraşdırıb danışırlar. Ermənilərə yeridirlər ki, Rusiya müharibədə onlara lazım olan dəstəyi vermədi, azərbaycanlılara yeridirlər ki, ruslar ermənilərə kömək edirlər. Hər iki tərəfi qızışdırırlar ki, müharibəyə yenidən başlamaq lazımdır. Bu məsələdə əsas xeyir güdən ABŞ-dır. Heç kim fikirləşmir ki, müharibənin yenidən başlanması kimin maraqları çərçivəsindədir.
Hər üç ölkə rəhbərliyinin əsas vəzifəsi regionda sülhü möhkəməndirmək, destabilizasiyaya gətirib çıxaran bütün faktorları aradan götürmək, Qərb şəbəkələrinin işlərə burun soxmasının qarşısını almaqdır. Amerikan şəbəkələrini neytrallaşdırmaq, amerikanların təlimatı ilə qurulmuş antirus təbliğatının maliyyə mənbələrini qapamaq, Avrasiya inteqrasiyası proyektlərinin realizasiyası üçün möhkəm özül yaratmaq - bunlar region ölkələri liderlərinin məsuliyyət zonasıdır. Müharibə şəraitində və ya saqqız kimi uzanan konfliktlər fonunda Avrasiya inteqrasiyası mümkün deyil – bunu Vaşinqtonda gözəl anlayırlar. Avrasiyaçı proyektlər, onların uğurlu realizasiyası ABŞ-ın postsovet məkanında, o cümlədən Qafqazda apardığı atlantik geopolitika üçün təhdiddir.
Xüsusən Ermənistan həddən artıq çətin vəziyyətdədir. 44 günlük müharibədən sonra ölkə məhv olmaq, xəritədən silinmək həddinə gəlib çatıb. Bu, Ermənistanın Qərbə meyllənməsi ilə əlaqədardır. Ermənistanda fəaliyyətdə olan siyasi təşkilatlar hamısı Qərb polittexnoloqları tərəfindən yaradılmışdır. Ermənistanda Sorosa bağlı olmayan partiya yoxdur.
Ermənistan Qərbyönümlü istiqamətdən ayrılmasa, dövlət kimi Yer üzündən silinəcək. Ermənistan dəqiq müəyyənləşdirməlidir Qərbin tərəfindədir, yoxsa Rusiyanın. Əks təqdirdə Ermənistanı gələcəkdə böyük problemlər gözləyir. Əgər Ermənistan dövlət kimi qalmaq istəyirsə, Qərb ilə oynaşmağa son qoymalıdır. Qərbin nəzərində Ermənistan israf materialı, onun sakinləri isə vəhşi və varvarlardır.
Paşinyan öz siyasi orientasiyasını dəyişməlidir. O açıq-aydın şəkildə Avrasiya inteqrasiyası layihələrini dəstəkləməlidir və Ermənistana Qərbin müdaxiləsinə son qoymalıdır. Paşinyan xarici agentlər haqqında qanun qəbul etməli, ölkədə fəaliyyət göstərən minlərlə amerikan QHT-sini Belorusda olduğu kimi bağlamalı, ölkəyə diplomat adı ilə doluşmuş, əslində isə kəşfiyyat işləri ilə məşğul olan saysız-hesabsız amerikalını ixtisara salmalıdır. O cümlədən rusofob elementlərin dərsini verib ağıllandırmalıdır. Bu aydın və birmənalı addımlar atılmasa Rusiya erməni dövlətinin saxlanmasına heç bir qarantiya verməyəcək. Ermənistanın 2 yolu var. Ya Avrasiya proyektlərinə qatılaraq Rusiyanın müdafiəsi altında olacaq, ya da amerikan geopolitik maraqları tonqalında yanacaq.
Avrasiya inteqrasiyasının əsas motoru məhz Rusiyadır. Rusiya – Avrasiya xartlendidir, tarixin coğrafi mehvəridir. Rusiyanın regionda aktiv iştirakı, güclü pozisiyası, Moskvanın realizasiya etdiyi aydın və ölçülü-biçili avrasiyaçı geopolitik modeli olduqca vacibdir. Bütün bunlar olmasa region yenidən amerikan geopolitik kontrolu altına düşə bilər.
Bu gün Qafqazın söz sahibi Rusiyadır. Rusiya – Avrasiyanın geopolitik mərkəzidir. Rusiya sülh, əmin-amanlıq və inkişaf mənbəyidir. Rusya bizim gözlərimiz qarşısında formalaşmaqda olan gələcək çoxqütblü dünyanın Avrasiya sivilizasiyasının cazibə mərkəzidir.
Qərb öz destruktiv modelləri, müharibələri, özündənrazılığı, sivilizasiya razismi və dünyaya yiyələnmək arzusu ilə Avrasiyadan rədd olub getməlidir. Qərb əslində yerdə qalan bəşəriyyəti öz maraqları çərçivəsində istismar etmək, ənənəvi Qərb müstəmləkəçiliyi ruhunda çapıb talamaq niyyətindədir ki, bu niyyətini demokratiya və insan hüquqları kimi gəlişigözəl sözlərlə pərdələmişdir. Amerikan mərkəzli dünyada yalnız Qərb “insanı” (postinsan) hüquqlara malikdir, yerdə qalanlar isə Qərb maraqları çərçivəsində amerikan istismarının obyektləridir. Əsrlər boyu belə olub, belə də olacaq, heç nə dəyişməyəcək. Əgər biz istəsək Qərbi çox asanlıqla öz evimizdən rədd edərik. Əgər biz sülh, əmin-amanlıq və inkişaf istəyiriksə, yığışaraq onu öz ümumi Avrasiya evimizdən qovmalıyıq. Və bunu edəcəyik də. Əgər Qərb könüllü şəkildə rədd olub getməsə, biz ona bunda kömək edəcəyik. Birlikdə onu çölə tullayacayıq. Əks təqdirdə bizim regionda sülh, əmin-amanlıq və inkişaf olmayacaq. Heç vaxt olmayacaq.

27.11.2021

Ermənistanda hərbçilərin arvadları və qızlarını cinsi istismar edən “Əziz Muradov” - Film kimi CİNAYƏT

Ermənistanda film kimi bir cinayətin detalları üzə çıxıb.
İkinci Qarabağ Müharibəsindən sonra itkin düşən erməni hərbçilərin qohumlarına özünü azərbaycanlı “Əziz Muradov” kimi təqdim edən Ermənistan vətəndaşı həbs edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində özünü “Əziz Muradov” olaraq təqdim edən erməni milliyətindən olan şəxs itkin düşən hərbçilərin qadın qohumları ilə əlaqə saxlayıb. “Əziz Muradov” itkin əsgərlərin doğmalarına onların Azərbaycanda harada saxlanıldığı və saxlanma şəraiti barədə yalan məlumatlar verib. Özünü azərbaycanlı kimi təqdim edən həmin şəxs itkin düşənlərin qadın yaxınlarından- arvadları, qızları, bacıları və analarından ona özlərinin çılpaq fotolarını, videolarını göndərmələrini tələb edib. Əks halda o əsir götürülən erməni əsgərləri öldürməklə və ya təhqir etməklə hədələyib.
Məlumata görə, Facebook istifadəçisi olan həmin erməni 16 yaşından kiçik qız da daxil olmaqla bir qrup qadını istismar edib və onları hədələyib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həbs ediyi “Əziz Muradov” törətdiyi əməli etiraf edib və üzr istəyib.
"Facebook-da azərbaycanlı kimi - Əziz Muradov ad və soyadı ilə qeydiyyatdan keçdim. Fürsətdən istifadə edib itkin düşənlərin valideynlərindən, bacılarından və arvadlarından onların çılpaq fotolarını istədim. Məqsədim həmin qadınları öz şəkilləri ilə şantaj etmək, onları qardaşlarına, oğullarına və ya ərlərinə göstərməklə hədələmək idi. Həmin qadınları hədələmişdim ki, əgər çılpaq şəkillərini göndərməsələr, əsir düşən oğullarına, qardaşlarına, ya da ərlərinə zərər verəcəm. Törətdiyim hərəkəti etiraf edirəm, peşmanam, bunu cinsi ehtiyacdan ötrü etmişəm”, - deyə “Əziz Muradov” istintaqa ifadəsində bildirib.
“Əziz Muradov”un hədəfinə düşən erməni ailələrdən birinin Qaraxanyanlar olduğu bildirilir. Bu ilin yanvar ayında aparılan axtarış tədbirləri zamanı müharibə iştirakçısı, 43 yaşlı Arsen Qaraxanyanın meyiti tapılıb. 4 uşaq atası olan Arsen Hadrut sakini olub. Ailəsi üç ay ondan xəbər ala bilməyib. Erməni hərbçinin arvadı bildirib ki, ərindən 3 ay xəbər çıxmayanda onlar “Əziz Muradov”dan Arsen haqda “məlumat” öyrəniblər. Belə ki, “Əziz Muradov” Qaraxanyanlara bir video göndərib. Yazıb ki, “Arsen sağdır, bizimlədir”. “Soruşduq ki, səhhəti necədir, dedi “yaxşıdır, amma onunla heç bir əlaqəsi yoxdur”, - deyə Arsenin arvadı istintaqa bildirib.
İtkin düşən hərbçinin qardaşı Karen deyib ki, “Əziz Muradov” ona Arsenin arvadı ilə danışmaq istədiyi bildirib: “Mən bilmirəm qardaşımın arvadının adının Varduhi olduğunu necə öyrəndi. Sonra o şəxs qardaşımın həyat yoldaşı ilə danışmaq istədi. Ancaq qardaşım arvadı özünü azərbaycanlı kimi təqdim edən şəxslə danışmaqdan imtina etdi, dedi ki, türklərdən qorxur. “Əziz Muradov” ayın 15-inə kimi bizimlə əlaqə saxladı, əvvəl yazırdı ki, “Arsen sağdır, onu 7 il həbsdə saxlayacağıq”. Biz ona yazdıq ki, qardaşımla danışmaq istəyirik. Amma həmin şəxs qardaşımın arvadı ilə danışa bilməyəndən sonra dedi ki, “mənə daha sual verməyin, Arsen artıq öldürülüb”.
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu işlə bağlı izahat verən onlarla zərərçəkmişin olduğunu bildirib. Axtarışlar nəticəsində təqsirləndirilən şəxsin mənzilindən istifadə etdiyi mobil telefon, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilib.
Milli Təhlükəsizlik Xidməti “Əziz Muradov”un hansı maddə ilə ittiham olunduğunu açıqlamayıb.
Artıq “Əziz Muradov”un gerçək adı açıqlanıb və ona verilən cəza elan olunub. Belə ki, erməni qadınlarını cinsi istismara məruz qoyan bu “azərbaycanlı” əslində Ermənistan vətəndaşı olan Alik Ayrapetyan imiş. Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib və nəticədə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, hüquq-mühafizə orqanları müharibə ilə bağlı 1600-dən çox cinayət işini araşdırır. 560 nəfərə qarşı adam öldürmə, adam oğurluğu, oğurluq, qəsdən əmlakı məhv etmə və ya zədələmə, terrorçuluğu maliyyələşdirmə, milli, irqi və ya dini ədavəti qızışdırma, qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə ittihamları irəli sürülüb. /turkustan/

-- ƏƏƏ YOX EE MƏN BUNU QƏLƏBƏ SAYMEYRAM
-- ƏƏƏ YOX EE QARABAĞI BİRDƏFƏNNİK İTİRDİH
-- ƏƏƏ YOX EE RUSDAR XANKƏNDİNƏ STEPANAKERT DER
-- ƏƏƏ YOX EE RUSDAR ERMƏNNƏRƏ RUS PASPORTU PAYLAYAJAX
-- ƏƏƏ RUSA VERDİH DANA QARABAĞI
-- ƏƏƏ XANKƏNDİNİ DƏ ALMIŞDIX RUS QOYMADI DANA
-- ƏƏƏ YOX EE MİHARİBƏ İLƏ ALARDIX KƏLBƏJƏRİ NEYNERDİX                                          
-- ƏƏƏ YOX EE HƏLƏ ZƏNGƏZUR QALIF EY
-- ƏƏƏ YOX EE QAZAXIN KƏNDLƏRİ NOOOLDU?
-- ƏƏƏ YOX DAYNA!!!

26.11.2021

Regionda "Böyük Orta Doğu Projesi" həyata keçirilir

Aftandil Babayev

Xatırlayırsınızsa Qərbin "Böyük Orta Doğu Projesi" deyilən bir proyekti var idi. Proyektin əsəs hədəfi Yaxın Şərqdə 4 dövlətin ərazisi hesabına Kürdistan dövləti yaratmaq idi.
Qərb demək olar İraq və Suriyadakı müharibələrlə bu iki dövlətdə öz məqsədinə çatıb. Orda mərkəzi hakimiyyətləri zəiflətməklə kürd müxtariyətlərini silahlandirib, xeyli gücləndirdi.
İndi qalıb iki dövlət: İran və Türkiyə. İranla məsələ onsuz da aydındı. Neçə illərdi İranı zəiflətməyə çalışırlar, amma İran hələ ki dirənir.
Türkiyə ətrafında bü gün baş verən proseslər isə göstərir ki, Qərb hələ də bu proyekt həyata keçirməyə çalışır.
Təsəvvur edin Turkiyəyə 70-ci illərdə istehsal olunan F-16 ları satmayan ABŞ Türkiyənin düşməni Yunanıstana ən müsair F-35 ləri verir.
Halbuki Türkiyə həmin F-35-lər üçün 1,5 milyard dollar pul xərcləmişdir!
İndi də dollar məsələsi ilə Türkiyəni vururlar.
Kimsə buna görə Ərdoğanı günahlandıra bilər, amma bu Ərdoğanlıq bir məsələ deyil.
Ərdoğanın ən böyük səhvi ABŞ-a öz qonşuları olan Suriya və İraqı darmadağın etməyə kömək etməsi oldu. Ondan sonra olanlar isə regionu azı yarım əsr geriyə atdı.
Azərbaycan da bu prosesdən kənarda deyil. Fikir versəniz Türkiyədən istifadə etdikləri kimi Azərbaycandan da İrana qarşı istifadə etməyə çalışırlar. O vaxt da Ərdoğan Əsədə qardaş deyirdi, bir neçə aydan sonra Əsədə dikatator deməyə başladı. Bizdə də dostluq sərhədi deyilən İran sərhədi 2 ay keçməmiş ən yüksək səviyyədə Ermənistana narkotik daşımaqda ittiham olundu. Türkiyəyə Hələbi boyun almışdılar, bizə isə Zəngəzuru. Qısası vəziyyət qəlizdi.
Bu prosesə mane olan yeganə amil Qafqazda Rusiya faktorunun olmasıdı - buna görə nə ABŞ, nə İngiltərə, nə də İsrail Türkiyədən istifadə etdikləri kimi Azərbaycandan istifadə edə bilmirlər hələ ki.

23.11.2021

Belorus prezidenti Aleksandr Lukaşenkonun Bi-Bi-Si-nin müxbirinə müsahibəsindən:

“Mən tüpürmək belə istəmirəm siz mənim barədə nə fikirləşirsiniz! Məni Avropa İttifaqı seçməyib. Mənə vacib deyil siz məni legitim hesab edirsiniz, ya yox. QHT-ləri niyə bağladığım barədə isə heç sual da vermə. Birbaşa deyəcəm: sizin maliyyələşdirdiyiniz bütün əclafların başını kəsəcəyik! Onlar heyvanların müdafiəsi adı altında pərdələnirdilər, amma ölkədə inqilab etmək üçün sizdən pul alırdılar. Stiv, qulaqlarını aç yaxşı eşit! Bizdə Qərbdən maliyyələşən əclaflara yer yoxdur. Nə vaxt Putin Navalnı ilə danışıqlar stoluna oturacaq, onda mən də Tixanovskaya ilə danışıqlar stoluna oturacam”.

22.11.2021

Səfər Mehdiyevdən xalqa düşmənçilik: Gömrük dərmanın qiymətin necə şişirdir?

“Azərbaycan hökumətinin gömrük siyasətini illərdir tənqid edirik, amma faydasızdır, siyasətin fəlsəfəsi dəyişmir. Gömrüyün əsas vəzifəsi, fəlsəfəsi daxili istehsalçıları qorumaq, daxili istehsalı stimullaşdırmaqdır – bir daha, əsas vəzifəsi budur, yerdə qalan bu vəzifəni yerinə yetirmək üçün atılan yan addımlardır”.
aztoday.az bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli açıqlayıb. Onun sözlərinə görə, ölkədə yerli istehsalı olmayan və ya çox cüzi olan mal və məhsullara 15% gömrük rüsumu və 18% ƏDV tədbiqi məntiqsiz olmaqla yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir.
“Dərman pereparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dəramanlara rüsum və vergi tədbiq olunur ki, bu da qiymətləri artıran əsas amillərdən biridir. Bu mövzuya yenidən nədən toxundum?! Bu gün rəsmi məlumat yayıblar ki, ölkədə əczaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb, keçən ilin ey dövrünə görə artım 90,2% təşkil edir. Az qala sevinmişdim, məsələni araşdırmaya başladım ki, hər şey aydın oldu: Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 milyon manatlıq əzcaçılıq məhsulları istehsal edilib, tərkibi də əsasən nədir?! Bəli, düz tapdız, tibbi maska və dezinfeksiya üçün tibbi spirt – vəssalam. Bəs yaxşı ölkədə bu ilin 10 ayında nə qədər əzcaçılıq məhsulları satılıb?! Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə əzcaçılıq məhsullarının satışı 36,3% artaraq 758,6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 milyon manatlıq əzcaçılıq məhsulları satılıb, bunun cəmi 8 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatını isə xaricdən almışıq və əzcaçılıq məhsullarının qiymətində azı 35% rüsum-vergi var. Yəni bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik. Dövlət hökumət niyə rüsum-vergi yığır?! Bəli, vətəndaşına sağlıq, təhsil, sosial xidmətlər göstərmək, infrastrukruru yeniləmək, vətəndaşın ölkə daxilində və sərhədlərimizdə təhlükəsizliyini təmin etmək üçün. Yaxşı, vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35% rüsum-vergi niyə ödəsin ki?! Səhiyyə xərclərini azaldın, zatən qeyti-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri də aşağı salın – vəssalam. Niyə sağ qulağı sol əllə qaşımağa davam edirsiniz ki?! Məsələn, bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətandaş əlavə 200 milyon manata yaxın ödəyib, bunu ödəməsin, siz də səhiyyə xərcində 200 milyon manat azaldın – zatən vətəndaşdan topladığınız vergini vətəndaşa hesabat verərək xərcləmirsiniz, heç olmasa vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın. Daha açıq desəm, neftən gələn gəlirləri büdcəyə tranfert edib xərcləyin, dövlətin ehtiyaclarını ordan qarşılayın, amma gömrük-vergi güzəştləri ilə cibimizə ziyan vurmayın, nə zaman bizim ödədiyimiz rüsum-vergilərin xərclənməsi ilə bağlı bizə şəffaf məlumat verəcəksiniz, Parlamentin buna nəzarət etmək imkanı olacaq, o zaman danışarıq…”

21.11.2021

Valeri Korovin: Türklər slavyanlarla və fin-uqorlarla birgə Avrasiya sivilizasiyasının formalaşmasında həlledici rol oynamışlar


Məlum olduğu kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana Türk dünyasının xəritəsini bağışlayıb. Həmin xəritəyə Rusiyanın böyük hissəsi də – Krım, Kuban, Rostov vilayəti, Şimali Qafqaz respublikaları, Şərqi Sibir daxil edilib. O cümlədən bu xəritəyə Balkan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çinin Uğurıstanı, Monqolustan və İran əraziləri də salınıb.
Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin həmin məsələyə münasibət bildirmişdir. Politoloqun russian rt com saytında dərc olunmuş məqaləsini ixtisar olunmuş şəkildə sizə təqdim edirik.

“Türk dünyası doğrudan da çox böyükdür. Amma onun əsas hissəsi Rusiyada yerləşir, xeyli hissəsi postsovet məkanı ərazisindədir ki, bura Rusiyanın strateji maraqları zonasıdır və vahid Avrasiya sivilizasiyasına aiddir. Hansının ki mərkəzində Avrasiya xartlendi, yəni öz minillik tarixi ilə əzəli Rusiya dayanır.
Ümumiyyətlə türk xalqlarının məskunlaşdığı, qədim türk köçəri tayfalarının varislərinin yaşadığı Türk dünyası məkanının indiki Türkiyə Respublikasına heç bir aidiyyatı yoxdur. Türkiyə Respublikası – Birinci Dünya Müharibəsi nəticəsində dağılmış Osmanlı İmperiyasının kiçik bir hissəciyidir.
Əsl türklər isə Qumilyova görə eynidilli və etnik qrup kimi 1-ci minilliyin başlanğıcında Altayda və Cunqariya ərazisində meydana çıxmışlar ki, bura Türkiyədən çox-çox uzaqdır. Versiyalardan biri isə türklərin soykökünü hunlara bağlayır.
Türklər slavyanlarla, fin-uqorlarla və digər Avrasiya xalqları ilə Avrasiya sivilizasiyasının formalaşmasında həlledici rol oynamışlar, Göy Orda da daxil olmaqla çoxlu dövlətlər və imperiyalar yaratmışlar, onların varisləri bütün Avrasiya kontinentinə yayılıb.
Lakin bütün bunlar müasir Türkiyə Respublikasına ərazi iddiası üçün heç bir əsas və xüsusi hüquq vermir. Xronoloji cəhətdən müasir Türkiyənin nə türklərin ilk mənşəyi ilə, nə də türklərin mədəniyyət və ənənələrinin qorunub saxlanması ilə heç bir əlaqəsi yoxdur. 
Türkiyə millətçilərinin belə yersiz ədaları Ərdoğanı namünasib vəziyyətə salır, xüsusən də nəzərə alsaq ki, türk millətçilərinin iddia etdikləri ərazilərə Çinin Sincan-Uyğur avtonom dairəsi də aiddir. Ərdoğan Çinin timsalında özünə düşmən qazanmağı heç arzulamazdı. Bundan başqa o Rusiya ilə də münasibətləri korlamaq istəməzdi. Yəqin özünü qoçaq oğlan hesab edən Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalının bu məsələyə öz baxışları var.
Türkiyənin hazırkı siyasi elitalarında ən azı 3 istiqamət var. Birincisi atlantik vektordur ki, ABŞ-a və Qərbə meyllənib. İkincisi Rusiyaya orientasiya olunmuş və Avrasiya inisiativlərində iştirak edən avrasiyaçı vektordur. Üçüncüsü millətçi vektordur ki, Türkiyə maraqlarına ziyan vurur, hər dəfə həm Türkiyənin, həm də Ərdoğanın dünya arenasında mövqelərini zəiflədir.
Bundan başqa Fətulla Gülənçi şəbəkələr də var. Hətta Türkiyəyə xaricdən import olunmuş radikal islamçılar da var. O cümlədən Türkiyədə bölücülüklə məşğul olan çoxlu sayda xırda ideoloji və siyasi istiqamətlər var.
Belə bir vəziyyətdə Türkiyə liderinin əsas məşğuliyyəti milli birliyin və vəhdətin saxlanılması, müasir Türkiyə dövlətçiliyinin heç olmasa minimal stabilliyinin və davamlığının qorunması olmalıdır. Daha dərdi-səri nə tarixi cəhətcə, nə də sivilizasiya sarıdan nəinki indiki Türkiyəyə, heç Osmanlı İmperiyasına heç bir aidiyyatı olmayan ərazilərə baş vurmaq olmamalıdır.
Türkiyənin daxilində siyasi parçalanmaların və ideoloji çarpışmaların kəskinləşdiyi indiki şəraitində “neoosman imperiyası” kimi mifoloji proyektlərin ortalığa atılması və ya “türk dünyası” məsələsinin müzakirə olunması nəinki heç bir tarixi əsasa malik deyil, həm də syasi cəhətdən çox təhlükəlidir”.

“Qərb bizimlə əməkdaşlıq etmək istəmir? Cəhənnəmə istəsin! Bu bizə lazımdı ki?”

Rusiya Federasiyanın prezidenti Vladimir Putin

20.11.2021

“Moskva Paşinyandan tələb edir ki, Köçəryanı təcrid etsin”

Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, Azərbaycanla sərhəddə, Laçın və Kəlbəcərdə noyabrın 16-sında baş vermiş döyüşlərdən sonra Yerevanda, hakim dairələrdə görünməmiş miqyasda antirusiya isteriyası başlayıb. Baş nazir Nikol Paşinyanın tərəfdaşları Rusiyanı açıq-aşkar “erməniləri satmaqda” günahlandırırlar və hətta KTMT-dən, Avrasiya Birliyindən çıxmaq haqda çağırışlar səsləndirirlər.
“Bizim informasiyamıza görə Rusiya bu prosesləri diqqətlə izləyir və Yerevandakı bu isteriyanın koordinatoru kimi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryanı görürlər. Mənbələr bildirirlər ki, Paşinyan Rusiyaya loyallığını sübut edə bilmək üçün Köçəryanı nəinki komissiya sədri vəzifəsindən, eləcə də ümumiyyətlə siyasi proseslərdən təcrid etməyə hazırlaşır”, - qəzet belə yazır.
Bildirilir ki, Paşinyanın komandasında Rusiyaya münasibət məsələsində iki qruplaşma yaranıb. Onlardan birincisi- qərbyönümlülər tələb edirlər ki, Ermənistan KTMT və Avrasiya İttifaqından çıxsın. Paşinyana daha loyal olan digər qrup isə bu prosesləri bloklayır, Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə çalışır. /virtualaz.org/

“Bizim yerimiz zibillikdir” - Erməni politoloq öz xalqını təhqir etdi

"Erməni xalqı deyirdi ki, biz uşaqlarımızı Qarabağa göndərmək, döyüşmək istəmirik. Döyüşmək istəməyənin axırı budur. Bilirsiniz nə var? Ümumiyyətlə, sizin yeriniz zibillikdir, deməli dövlət sahibi olmağa haqqınız yoxdur. Döyüşə bilməyənə heç kim hörmət qoymur".
Yenisabah.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq Andranik Mihranyan deyib.
Politoloq erməni xalqının bu duruma düşməsinin səbəbinin elə özləri olduğunu deyib. "Yeganə tərəfdaşımız Rusiya idi. Biz ona arxa çevirdik. Ötən ilki müharibədə Rusiyanı xəyanətdə günahlandırdıq. Axı qadınlarımız oğullarını döyüşə yollamadılar. “Uşaqlarımız Qarabağa getməsin, uşaqlarımız döyüşə getməsin” - deyirdilər. Belə olan halda rus gəlib bizi qoruyacaq? Özü-özünü qorumayanı heç kim qoruyası deyil. Bundan əmin ola bilərsiniz. Görün Rusiyadan nə qədər uzaq düşmüşük ki, Moskva son hadisələri də "sərhəd olayları" adlandırır. Əgər döyüşmürsənsə, bir daha deyirəm, sənin yerin zibillikdir", - deyə Mihranyan öz xalqını təhqir etməkdən də çəkinməyib.

“Bu işdə Tağı Əhmədovun oğlu da iştirak edib” - 2 milyonluq sələm çəkişməsi


“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan Səadət Xəlilovun məhkəməsi keçirilib.
qafqazinfo az xəbər verir ki, məhkəmədə Tağı Əhmədovdan pulların alınaraq biznesə yatırılmasında vasitəçi olan Soltan Əliyevlə təqsirləndirilən şəxs üzləşib. Bu zaman T.Əhmədovun oğlu Ruslan Əhmədovun da adı hallanıb. Məlum olub ki, pulların sələmə verilməsində R.Əhmədov da iştirak edib. Lakin bu alış-veriş üçün heç bir halda qəbz verilməyib.
Prosesdə təqsirləndirilən S.Xəlilovun ifadəsi dinlənilib. O bildirib ki, Tağı Əhmədovdan pulları S.Əliyev vasitəsilə götürüb: “Soltanla 2016-cı ildə görüşdük. O vaxt mən mərmər biznesi ilə məşğul olurdum və mənə də investor lazım idi. Soltan dedi ki, onlara lazım olan pul olsa, Tağı Əhmədovda olacaq. Gedib Tağı müəllimlə görüşdük. Dedi ki, “sizə 1 milyon manat verə bilərəm. Ayda 10 min manat faiz verəcəksiz”. Biz də razılaşdıq. Mərməri İrandan alıb Qazaxıstana satırdıq. Tağı müəllim əvvəlcə bizə 200 min pul verdi. Bir çox adamların adını çəkdi, gördü ki, bu sahədəki şəxsləri tanıyıram. Dedi “3 milyon versəm, işləyə bilərsən?” Soltan dedi, “lap 10 milyon da verə bilərsiz, mən bu kişiyə qarantiya verirəm”. İkinci dəfə Tağı müəllim bizə girov qarşılığında pul verməyə razı oldu. Qulunun (Qulu Muxtarov, iş üzrə digər təqsirləndirilən şəxs) vasitəsilə əldə etdiyimiz qiymətli daşı girov qoyub pul götürdük. Daşı geoloq tanışıma yoxlatdırdım, həqiqətən orjinal yaşıl yaqut daşı idi. Elmlər Akademiyasından sertifikatı da var idi. İnternetdə araşdıranda gördüm ki, dəyəri milyonlarla dollardır. Tağı müəllim dedi ki, üç sellofan torba götürüb YAP-ın Yasamaldakı binasına gəlin. Mən və Soltan içəri girib pulları götürdük. Bir dəfə 1 milyona yaxın, sonra 800 min manat götürmüşük. Amma sonra işlər pisləşdi. Xaricdəki mallarla bağlı ödənişdə problemlər yarandı, faizləri ödəməkdə çətinlik çəkdim. Buna görə də artıq söz-söhbət yarandı. Bir dəfə faiz ödənişində problemlər yarananda Tağı Əhmədovun qohumları elə Soltan Əliyevin yanında məni döydülər. Götürdüyümüz puldan 234 min manat qaytarmışam”.
Zərərçəkmiş Soltan Əliyev isə Səadət Xəlilovu onları şantaj etməkdə günahlandırıb. O Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, 1 milyon 92 min manat da faiz pulu tələb edir.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Belə ki, Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes qurmaq adıyla alıblar. Pulun onlara verilməsini T.Əhmədovun tanışı Soltan Əliyev təşkil edib. Ona görə də iş üzrə zərərçəkmiş qismində S.Əliyev tanınıb.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.
Məhkəmə araşdırması davam etdirilir.

Amin Nəzərli

19.11.2021

"Elə qonaqlar var idi ki, redaksiyalarına belə yemək göndərirdilər, menyuda olmayan içkilər istəyirdilər"

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Pravda.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs - "Altun" restoranın inzibatçısı olmuş Şahin İbrahimov dindirilib. O təqsirləndirilən şəxslərdən yalnız Vüqar Səfərlini tanıdığını deyib: ““Altun”da inzibatçı kimi işləmişən. 2018-ci ildə KİVDF-nin tədbirini keçirirdik. 350-400 tədbirin keçirilməsi nəzərdən tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərilik edirdi. Tədbir başlamamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Vüqar müəllim tədbir başlamamışdan 250-270 nəfərlik stol açdırırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirirdik. Təbdir qutarandan sonra şou proqram olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi".
Prokurorun sualları cavablandırıan şəxs bildirib ki, təbdirdən 10-15 gün qabaq onlara məlunat verilib: "KİFDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou proqramı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürürdülər. Şou proqramın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünki biz o qiymətə musiqi ansamblı və müğənni gətirə bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar müəllim, ya da nümayəndəsi götürürdü".
Daha sonra "Xəmsə" restoranının icadarı Bəxtiyar Fətullayev ifadə verib. O da bildirib ki, tədbirlərin keçirilməsini üçün tenderdə iştirak edib: "Tenderlə bağlı elan vermişdilər. Şərtlər açıqlanmışdı. Biz də sənədlərimizi vermişik, tenderdə qalib gəlmişik. Biz müqavillər imzaladıq. Tədbirinin keçirilməsi ilə bağlı 400 nəfərlik hazırlıq görmüşük. Hətta bir gün qabaqdan zalı boş saxlatdırmışdılar. Tədbirinin sonunda akt tərtib olunub. Səhəri gün ödənişlər olub. Heç bir qanunsuz iş görməmişəm. Özümü təqsirli bilmirəm".
Prokurun suallarını cavablandıran şəxs deyib ki, 400 nəfərlik stol açılsa da, tədbirə daha çox şəxs gəlib: "Çünki elə qonaqlar var idi, gəlib yarım saat oturub gedirdi. Orda elə qonaqlar var idi ki, redaksiyalarına belə yemək göndərirdilər, menyuda olmayan içkilər istəyirdilər. Biz tanınmış adamlar çox olduğu üçün çalışırdıq bütün dediklərini edək. Çünki biz reklam olunurduq. KİV-lər bizi reklam edirdi, ondan sonra çox toylar tuturduq".
B. Fətullayev qeyd edib ki, danışılan məbləğdən 8 faizi geri qaytarılıb: "Biz menyuda bir nəfəri 60 manata nəzərdə tutmuşduq. Sonradan məlum oldu ki, 8 faiz artıq pul hesabımıza ödənilib. Ona görə də biz həmin pulu geri qaytarırdıq".
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Valeri Korovin: Rus İmperiyasının cazibəsi önündə heç bir təfəkkürlü, yaradıcı və hissiyyatlı insan dayana bilməz


Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin “Zavtra” qəzetinin saytına məqalə yazaraq gələcəkdə yaranacaq Rusiya İmperiyasında idarəetmə sisteminin necə olacağına aydınlıq gətirmişdir.
“Rusiya üçün yeni imperiya proyekti” adlı məqaləsində müəllif göstərir ki, gələcəkdə Rusiya imperiyaçılığı strateji və mədəni-məişət səviyyəsi olmaqla 2 növ idarəetmə səviyyəsini nəzərdə tutur: “Strateji səviyyədə idarəetmə odur ki, imperiyanın mərkəzləşdirilməsini, birliyini və təhlükəsizliyini təmin edən ciddi nəzarət olunan vertikal qurulur. Lakin imperiya elitalarının nəzarətində yalnız o sahələr olacaq ki, bunlar müdafiə qabiliyyəti, təhlükəsizlik, ərazi bütövlüyü, makroiqtisadiyyat, infrastruktur məsələləri və imperiyanın informasiya siyasəti ilə bağlıdır – yəni strateji sahələr. Bütün qalan məsələlər isə yerlərdə həll olunacaq, yəni mədəni-məişət səviyyəsinə aid ediləcək. Xalqlar, etnoslar, mədəni avtonomiyalar və icmalar öz yaşayış parametrlərini özləri müəyyənləşdirəcək, öz varlıqlarının məişət, iqtisadi və hətta hüquqi formalarını plüral şəkildə özləri realizasiya edəcəklər. Burda bir şeyi qeyd etmək vacibdir. Hansısa siyasi atributlara və siyasi özünütəyinetməyə eyham da ola bilməz, belə ki siyasət, hakimiyyət məsələsi, siyasi təşkilatlanma tam imperiya elitalarının kompetensiyasında olacaq. Onlar da öz növbəsində imperiyanın etnoslarının, xalqlarının, avtonomiyalarının və icmalarının məişət həyatına, yaşam tərzinə, mədəni və dini xüsusiyyətlərinin nizamlanmasına qarışmayacaqlar. Müdaxilə yalnız o zaman olacaq ki, təhlükəsizliyə, ərazi bütövlüyünə, imperiya infrastrukturuna hansısa təhdid ortalığa çıxacaq və yaxud imperiya subyektləri arasında hansısa böyük konflikt baş verəcək. Beləliklə, bizim yanaşmada mədəni, etnik, dini, dil, hətta hüquqi rəngarənglik formaları imperiya çərçivəsində - normaldır. Hər xırda detalına kimi bütün məsələlərə müdaxilə edən, məişət işlərinə kimi bütün işləri reqlamentasiya və nizamlamaqla məşğul olan, hamıya eyni yanaşmalar tətbiq edən milli dövlətçilikdən fərqli olaraq bizim imperiya mədəni-məişət məsələlərinə qarışmayacaq. Bizim imperiya – rəngarəngliyin strateji birliyidir, onun vəhdətinin, stabilliyinin və davamlılığının qarantı da bundadır”.
Korovin məqaləsində imperiya yaradan xalq kimi rus xalqının roluna da toxunub: “Keçmişdə olduğu kimi gələcəkdə də rus xalqı imperiya yaradan xalq kimi mərkəzdə durur. Orqanik, kollektiv, etnosların üstündə dayanan icma kimi rus xalqı şərqi slavyanların, fin-uqorların və türklərin vahid birliyini özündə ehtiva edir. Bu xalqların mütəşəkkil sosial birliyi tarixə rus xalqı adı ilə düşüb. Nəticədə çoxlu dialektlərdən və ləhcələrdən ümumi dil yaranıb, kontinental imperiya dövlətçiyini quran vahid mədəni mühit formalaşıb”.
Korovin yeni imperiyanın perspektivləri barədə isə bunları demişdir: “Gələcəkdə bu cür yeni Rus İmperiyasının qurulması – özü özlüyündə çox maraqlı, kreativ və intellektual prosesdir. Bu imperiyanın təcəssümü, həyata keçirilməsi, realizasiyası və yaradılması – həddən artıq həyacanverici, riqqətəgətirən və valehedicidir. Bizim önümüzdə böyük Rus İmperiyası dünyası durur ki, onun cazibəli və möhtəşəm manifestasiyası qarşısında heç bir təfəkkürlü, yaradıcı və hissiyyatlı insan dayana bilməz”.

18.11.2021

Gömrük məmurunun "Duty Free" biznesi

"Gömrük orqanlarında xidmət keçən və həmin qurumu öz şəxsi biznes mühitinə çevirən çox sayda oliqarxlaşmış məmurlar var. Bu məmurlardan biri də Teymurov Arazxan Əbülfət oğludur. Hələ Gömrük orqanlarına Aydın Əliyevin rəhbərlik etdiyi dönəmdə ulduzu parıldayan və gömrük orqanlarında möhkəmlənən Arazxan Teymurov öz yaxın qohumlarını Gömrük orqanlarında müxtəlif vəzifələrə təyin etdirib".
Bunu arqument.az-a göndərdiyi şikayət məktubunda narazı sahibkarlar qeyd ediblər. 
Onların sözlərinə görə, Arazxan Teymurov öz doğma xalası oğlunu və hətta oğlunu gömrük orqanlarında mühüm vəzifələrə təyin etdirib: "Teymurlu Nicat Arazxan oğlu 2017-ci ildə gömrük orqanlarında xidmətə qəbul edilib. Arazxan Teymurov və onun qohumları xüsusi ilə qaçaqmalçılıq yolu ilə sürətlə varlanır. Öz vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək gömrük orqanlarında çalışan qohumları vasitəsilə "Duty Free" biznesi yaradıb". 
Onlarn sözlərinə görə, "Duty Free" təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir: ""Rüsumsuz satış”, yəni malların dəyərini artıran ƏDV-lər olmadan satış deməkdir. Bu səbəbdən "Duty Free" məhsulları adi mağazalardakı məhsullardan daha ucuz olur. Buna görə də qanunsuz yollarla gömrük nəzarətindən keçirilən  və gömrük rüsumuna tabe tutulmayan, eyni zamanda ölkə ərazisində vergiləndirilmədən və aksiz markası olmadan həyata keçirilən ticarət qaçaqmalçılıqdır. Əfsuslar olsun ki, bu gün gömrük orqanının bəzi əməkdaşları bu cür qaçaqmalçılıqla məşğuldur və dövlət büdcəsinə bu cür yolla külli miqdarda ziyan vurmaqdadır.  Arazxan Teymurov və qohumları Bakı və Sumqayıt şəhərləri ərzazisində öz şəbəkələrini yaradıblar. Xüsusi ilə Bərdənin Xanağalı kəndindən olan gömrük əməkdaşlarının fəaliyyətinin bu istiqamətdə yoxlanılması hüquq mühafizə orqanlarının işini asanlaşdıra bilər". 
Məktubda qeyd olunur ki, xaricdən gətirilən və gömrük rəsmiləşməsi olmadan ətirlərin və kosmetik məhsulların satışı bu şəbəkənin fəaliyyət dairəsinə girir.   
Müəlliflər qeyd edirlər ki, "Gənclik” ATSC-nin müdiri Ərəstun Teymurov Gömrük Komitəsinin vəzifəli şəxsi Arazxan Teymurovun qardaşıdır. 
Bildirilir ki, "Gənclik” ATSC-nin səhmdarlarından biri ölkədən milyonlarla vəsaitin xaricə daşınmasında adı hallanan məhşur bankirlərdəndir. 
Yazıdakı iddialarla bağlı Arazxan Teymurovdan münasibət öyrənmək mümkün olmayıb. 
 
miq.az

ABŞ dünya liderliyini itirir

Cəmil Şirvanov

Bayden dədə deyib ki, ABŞ 21-ci əsr üçün dünya liderliyi baxımından həlledici məqamdadır. Yəni yaxın zamanlarda ya bu liderliyi itirəcəklər, ya da möhkəmləndirməlidirlər. Bir sözlə ölüm-dirim mübarizəsi.
Məncə amerikanlar çoxdan bu liderlik itkisi qorxusunu hiss edirlər. ABŞ çoxdan liderliyini itirməli idi. Lakin itirmədi. Bu prosesi ən azı 30-40 il yubada bildi. ABŞ-ın öz iqtisadi-siyasi sistemində olan problemlər və bu problemlərlə birlikdə dünya imperiyası layihəsinin uzlaşmaması ucbatından məhv olması çoxdan başlamışdı. Hələ 70-80-ci illərdə ABŞ analitikləri dərk edirdilər ki, ya SSRİ-ni məhv etməlidirlər, ya da özləri məhv olacaqlar. SSRİ-nin daxilindəki satqınlar və sistem problemindən istifadə edərək onun süqutuna nail olmaqla ABŞ nəinki iqtisadi böhrandan çıxdı, hətta "Klinton Epoxası" deyilən qızıl bir dövr yaşadı. Buna səbəb isə SSRİ və onun nəzarət etdiyi regionlara ABŞ-ın girməsi idi.
Lakin indi vəziyyət dəyişib. ABŞ-ın planetar imperiyası layihəsinə ən azı iki ölümcül təhlükə var- Rusiya və Çin. Ölümcül olmayan təhlükələr də var. Bu təhlükələr ölümcül olmasalar da ABŞ-ın planetar imperiya layihəsi üçün ciddi maneələrdir və ABŞ heç cür bu maneələri aradan qaldıra bilmir ki bilmir. Bunlara Hindistan, İran, Venesuela və s. ölkələri misal göstərmək olar.
Beləliklə, yaxın illər ABŞ üçün həlledici olacaq. Eləcə də bütün dünya üçün.
ABŞ ya planetar imperiya layihəsindən əl çəkib milli imperiya layihəsinə keçid edərək çoxqütblü dünya nizamı ilə barışmalı, ya da fəsadları uzun illər, bəlkə də heç vaxt aradan qalxmayacaq zərbələr almalıdır.

17.11.2021

Satqın Abbasovun xəyanətləri və 500 dollara şərəfini satan seperatçılar – SATQININ İFADƏSİ

Musavat.com Fəxrəddin Abbasovun DTX-da və məhkəmədə dindirilən zaman verdiyi ifadələri tirajlayıb.
Fəxrəddin Abbasov DTX-da nələr danışıb?
Fəxrəddin Abbasov DTX-da dindirilən zaman deyib ki, Rusiyanın Moskva şəhərində yaşamaqla elmi və analitik fəaliyyətlə məşğul olub. Rusiyada fəaliyyət göstərən müxtəlif xəbər portalları üçün Cənubi Qafqaz, İran, Türkiyə və Yaxın Şərq ölkələrindəki geosiyasi proseslərlə yanaşı, Azərbaycanda gedən siyasi proseslər, Azərbaycanda yaşayan talışların hüquqları, problemləri, tarixi, öz müqəddaratını təyin etmək haqqı barədə məqalələr yazıb.
2002-2005-ci illərdə Sankt-Peterburq şəhərində “Toliş” qəzetinin baş redaktoru olub. Həmin qəzetin 25 buraxılışı olub və ancaq talışların tarixi, mədəniyyəti, folkloru, dili, adətləri, mətbəxi haqda məqalələr çap edib.
Abbasov ifadəsində Azərbaycan dövlətini özünə düşmən bildiyini və hazırda da həmin fikirdə olduğunu bildirib.
İfadəsində F.Abbasov erməni Qarnik Asatryanla tanışlığı haqda danışıb.
Bildirib ki, 2001-ci ildə internetdə Asatryanın talışlar haqqında yazdığı arayışı oxuyub və həmin arayışda talışlar haqqında bir çox səhv məlumatların, yəni talışların işlətdikləri sözlərin bəzilərinin erməni sözü olduğunu bildirdiyini görüb.
Abbasovun sözlərinə görə, Asatryan özünü İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri kimi təqdim edib.
“Mən həmin yazıya kəskin bir cavab yazdım. Bu söhbətlər 2004-cü ildə baş verib. Həmin yazıdan sonra Asatryan mənə zəng elədi”, – deyə Abbasov ifadəsində bildirib.
Fəxrəddin Abbasov deyib ki, Asatryan onun ev telefonunun nömrəsini hardan tapdığını deməyib.
“İlk zəngində dedi ki, cavab yazımı yenicə oxuyub. Mənimlə tanış olmaq, yazdığı arayışa görə üzr istəmək üçün zəng etdiyini bildirdi. Bundan sonra mənə bir neçə dəfə zəng elədi. Bütün zənglər də onun tərəfindən İrəvandan edilirdi. Hər zəng edəndə ümumi söhbətlər edirdik. Asatryan İran ermənisi olduğunu, valideynlərinin evdə ermənicə yox, farsca danışdıqlarını demişdi. 2005-ci ilin fevralında zəng edərək mayın 19-21 tarixlərində Ermənistanda “Beynəlxalq talışşünaslıq” konfransının keçiriləcəyini dedi. Məndən həmin konfransda talışların iştirak etmək istəyinin olub-olmamasını soruşdu. Mən ondan konfransın siyasi, yoxsa elmi xarakter daşıdığını soruşdum. Dedi ki, elmi xarakter daşıyır. Mən talış hərəkatının beynəlxalq aləmə çıxışının həmin vaxt çox zəif olduğunu, ermənilərin beynəlxalq əlaqələrindən, informasiya vasitələrindən istifadə etməyin vacibliyini nəzərə alaraq konfransda iştirak etmək istədiyimi dedim. Sonra konfransın proqramına daxil etməsi üçün vazaru@yandex.ru elektron poçt ünvanımdan qarnikasatryan@gmail.com elektron poçt ünvanına “Тalış ədəbi dilinin formalaşmasının bəzi problemləri” başlığını göndərdim. Talışların internetdə ünsiyyət qurduqları forumda məlumat verdim və konfransda kimin iştirak etmək istədiyini soruşdum. Həmin vaxt forumda olan Lənkəran rayonunun Şağlaser kənd orta məktəbində tarix müəllimi işləmiş, 1990-cı illərin əvvəllərində Rusiya Federasiyasının Yekaterinburq şəhərinə köçərək ailəsi ilə orada yaşayan Zahirəddin İbrahimov mənimlə gəlmək istədiyini dedi. Biz birlikdə İrəvana getdik. Həmin konfransa İrandan, Avropa ölkələrindən, Gürcüstandan, Rusiyadan iştirakçılar gəlmişdi. Konfrans 3 gün davam etdi, amma vaxt məhdudiyyəti olduğu üçün məruzə edə bilmədim. Lakin çıxışlar etdim. Çıxışlar yalnız elmi mövzuda, yəni talışların dili, tarixi, mədəniyyəti, demoqrafiyası və sair mövzuda idi. Konfrans bitdikdən sonra Zahirəddin İbrahimov Rusiyaya qayıtdı. Mənim pasportumda problem yarandığı üçün 3 gün İrəvan şəhərində qaldım. Sonra problem həll edilmədi və 18 gün orda qaldım”.
Fəxrəddin Abbasov həmin ərəfədə görüşlərini də davam etdirib.
O Ermənistan Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb, Ermənistanın 2 televiziya kanalına müsahibələr verib. “Sonra İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının dekanı Manukyan soyadlı şəxs məni və Asatryanı İrəvan şəhərində dördmərtəbəli bir imarətə apardı. Orda Samvel Andranikoviç Babayan adlı erməni generalla tanış olduq. Samvel Babayan dedi ki, Azərbaycan ordusunda xidmət edən talışlar vasitəsilə onlara ordu haqqında məlumat toplayım. Bunu edəcəyim təqdirdə talışların azadlıq hərəkatında bizə maddi dəstək verəcəklərini dedi. Amma mən həmin təklifdən imtina etdim. Həmin görüşdən sonra Moskvaya qayıtdım”, – deyə F.Ababsov ifadəsinə əlavə edib.
2005-ci ilin iyul ayında Moskvadan Bakıya gələn Fəxrəddin Abbasov 2008-ci ilin oktyabr ayınadək Binə qəsəbəsində yaşayıb. Həmin dövrdə fərdi qaydada həyət evlərinin dam örtüklərinin vurulması ilə məşğul olub, eyni zamanda 2006-cı ilin mart ayından talışların qədim adətlərinin adı ilə bağlı olan “Şəvnışt” (Gecə qonaqlığı) qəzetini çap etdirib. Sonra Moskvaya köçərək orada yaşamağa başlayıb.
Abbasov ifadəsində 2009-cu ildən etibarən “Müstəqil Talışıstan” ideyası ilə çıxışlar etməyə başladığını bildirib. O talış xanlığının indiki Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının ərazisində yaradılmalı olduğunu öz çıxışlarında söyləyib: “Mən talışlara müraciət edərək birləşib öz haqlarını tələb etmələri üçün çağırışlar etmişəm. Lənkəranın “Talış Respublikası”nın paytaxtı olacağını, həmin vaxt çatdıqda isə Azərbaycan adlı dövlətin olmayacağını demişəm”.
2010-cu ildən etibarən Rusiyada yaşamaq icazəsi alan Fəxrəddin Abbasov ifadəsinin davamında ermənilərlə növbəti danışığının 2015-ci ildə baş tutduğunu deyib: “Xatırlamadığım nömrədən zəng gəldi. Mənə Asatryandan salam gətirdiyini, biznesmen olaraq tikinti işi ilə məşğul olduğunu, öz işlərinə görə Rusiyaya gəldiyini və mənimlə görüşüb tanış olmaq istədiyini bildirdi. Onu evə dəvət etdim. Həmin şəxs özünü Aleksandr kimi təqdim etdi. Söhbətin istiqamətini talış mövzusuna yönləndirdi. Onun Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olduğunu hiss etdim. Lakin evimə qonaq gəldiyi üçün birbaşa bunu onun üzünə demədim. Ümumi söhbətdən sonra mənimlə yenə görüşmək istədiyini dedi, amma mən imtina etdim”.
F.Abbasov ifadəsinin davamında kütləvi informasiya vasitələrində yazdığı bir çox məqalələrində, eləcə də video-görüntülü çıxışlarında Dağlıq Qarabağın orada yaşayan ermənilərin torpağı olması və ermənilərə məxsus olması haqda fikirlər səsləndirdiyini də etiraf edib.
O bu fikrini belə əsaslandırıb. Deyib ki, bu mövqeyi ilə ermənilərin talış hərəkatına dəstəyini qazanmaq istəyib: “Bunun nəticəsi kimi ABŞ-da yaşayan erməni varlı iş adamlarından birinin İrəvanda ofis binası alaraq, orda “Talışıstan milli televiziyası”nı yaratmasına və maliyyələşdirməsinə nail oldum. Mən də çıxışlar hazırlayıb həmin kanala göndərirdim. Televiziyanın yaradıcısı və rəhbəri Asatryan idi. Bundan əvvəl 2013-cü ildə “Talışıstanın səsi” radio kanalı fəaliyyətə başlamışdı. Radio Şuşa şəhərindəki ötürücü qurğu vasitəsilə yayımlanırdı. Bu layihənin də rəhbəri Asatryan idi. Amma həmin layihə uğurlu olmamışdı. Radio yaradılan ərəfədə Qarnik Asatryan məni ora dəvət etdi. Amma sənədlərdə problem olduğu üçün gedə bilmədim. 2014-cü ildə Asatryan mənə zəng edərək azərbaycanlı Zabil Məhərrəmovun İrəvanda onun yanında olduğunu dedi. Asatryan Zabil Məhərrəmovu təxminən 2013-cü ildə fəaliyyət göstərən “Zabil TV” internet televiziya kanalında işlədiyi dövrdən tanıdığını bildirdi. Həmin ərəfədə bir neçə dəfə Zabillə görüşdük. Sonra bildim ki, Zabil həmin televiziya kanalında işləməyə başlayıb. Kanal yeni yaradılanda məndən veriliş aparmaq üçün Azərbaycan talışı tapmağımı istədi. Mən isə özümün yaratmadığım işə qol qoymayacağımı dedim. Amma onların ikisi ilə də mütəmadi olaraq danışırdım. Zabil 500 dollar maaş alırdı. Maaşının azlığından şikayət edirdi. Mən də Asatryana zəng edib Zabilin maaşını qaldırmasını istədim. O da maaşı 1000 dollar elədi. Kanal işə başlayanda iki-üç dəfə rus dilində mətnlərin titrlərini talış dilinə tərcümə edilməsində Zabil Məhərrəmova kömək etmişəm. Asatryanın xahişi ilə isə cənubi Qafqaz regionunun geosiyasi prosesləri ilə bağlı analitik video-çıxışlar hazırlamışam. Çıxışlarıma görə pul almamışam”.
Abbasov ermənilərə bu və digər formada göstərdiyi dəstəyin səbəbin belə izah edib: “Məqsədim gələcəkdə dünyada yaşayan bütün ermənilərin də talış hərəkatına dəstəyini qazanmaq idi”.
Fəxrəddin Abbasov ifadəsində göstərib ki, bir müddət sonra Zabillə Asatryan arasında problemlər yaranıb: “Zabil Qarnik Asatryan üçün başağrısı olmuşdu. Çünki Zabil teleulduz olub artıq heç nəyi bəyənmirdi. Zabil Məhərrəmova İrəvanda birotaqlı mənzil, yeməyini bişirən, paltarını yuyan dul qadın verilmişdi. Bir gün Asatryan zəng edərək Zabilin pul üçün hay-küy saldığını dedi. Bildirdi ki, Zabil oğlunun sənəd işləri üçün 2 min dollar istəyir. Zabil belə bəhanələrlə Asatryandan dəfələrlə pul alıb. Uzun müddət Zabil televiziyaya tək nəzarət etmək üçün mübarizə apardı. Deyirdi ki, kanala rəhbərliyi özü etməlidir. Bir müddət sonra Zabil dedi ki, Asatryanın yerinə elmlər namizədi, dosent Vardan Voskanyan rəhbər olub. Vardan Voskanyanla da danışığımız oldu. Mən ondan Zabilə 3 min dollar aylıq maaş verməsini istəmişdim. Mənə məlumat verəcəyini dedi. Sonra məlum oldu ki, onlar Zabili kanaldan uzaqlaşdırıblar. Zabili işə buraxmadılar, 3 gün ərzində də ölkəni tərk etməsini tələb etdilər. Zabil Moskvaya qayıtdı. Onunla görüşəndə Ermənistanın ortasında oturub ermənilərlə dava etdiyi üçün tənbeh etdim. Zabil Məhərrəmov 10 gün mənim evimdə qaldı. Onun yeməyini bişirdim, paltarını yudum, çimizdirdim ki, sonra “qulluğumda durmadı” deməsin. Amma Zabil feysbukda “Fəxrəddin Abbasov mənim evimi yıxdı” yazırdı. Yazırdı ki, guya Ermənistanda ona çatacaq pulu kəsib mənə verirmişlər”.
İfadəsinin davamında Abbasov İlhamə Cəfərzadə adlı aparıcı haqda da danışıb. Bildirib ki, “Talışıstan milli televiziyası”nın “türk verilişləri” redaksiyasının aparıcılarından biri olan İlhamə Cəfərzadə adlı şəxs erməni aktrisa Marietta Vartanyan olub.
“O hicab geyinərək gözünə eynək taxıb veriliş aparırdı. Həmin kanalda heç vaxt talışlar işləməyib. Yalnız Zabil idi. Asatryan verilişlər üçün türk tapa bilmirdi. Deyirdi ki, türk dilində, Azərbaycan dilində bilən çoxsaylı ermənilər var, amma onlar erməni ləhcəsi ilə danışdıqları üçün istəmir. Ona İrəvanda ərləri erməni olan xeyli azərbaycanlı qadının olduğunu dedim. Asatryan isə bir nəfərin olduğunu, amma çirkin olduğunu söylədi. Həmin qadının gözünə eynək taxmasını, başına da hicab bağlamasını məsləhət verdim ki, beləcə türkə oxşayacaq. Eynəklə normal intelligent insana oxşayacağını dedim. Həmin qadını İradə kimi təqdim elədi”, – deyə Abbasov söyləyib.
İfadədəsinin sonunda Moskvada saxlanılması haqda danışan Fəxrəddin Abbasov bildirib ki, kirayədə yaşadığı mənzilə gələn polis əməkdaşı onun axtarışda olduğunu deyib.
Abbasov Rusiya Federasiyasının miqrasiya qanunvericiliyin tələblərini pozduğu üçün məhkəmə tərəfindən 5000 rubl cərimələnməklə ölkəni tərk etməli olması barədə qərar qəbul edilib.
Fəxrəddin Abbasov məhkəmədəki ifadəsində özünü qətiyyən təqsirli bilmədiyini deyib.

Əli Həsənovun oğlu ilə bağlı ŞOK AÇIQLAMA: O nəzarət edirdi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nadir Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.
O prokurorun jurnalistlər üçün inşa olunan binaların tikintisi zamanı qiymətlərin şişirdilməsi, həmçinin qeyri-qanuni işlərin görülməsi ilə bağlı suallarına təkzibedici cavablar verib: "Bizim orada qeyri-qanuni etdiyimiz nə isə olmayıb. Qiymətlərin şişirdilməsini də görməmişəm. Mən həmin işlərdə yalnız texniki məsələlərlə məşğul olmuşam. Bizim layihədən kənar bir armatur da qoymaq ixtiyarımız yox idi. Bu, cinayət olardı. Layihədə necə yazılıb, biz də elə etmişik. Mən qiymət qoyan deyiləm".
Dövlət ittihamçısının binaların tikintisi zamanı keyfiyyətsiz materiallardan istifadə edilməsi ilə bağlı sualına cavabında isə Nadir Məmmədov materialların alınmasına Əli Həsənovun oğlu Şamxal Həsənlinin nəzarət etdiyini bildirib: "Hər hansı material alanda buna Şamxal Həsənli nəzarət edirdi. Materiallar barədə onunla “e-mail” vasitəsilə əlaqə saxlayırdıq. Üçüncü binada isə demək olar bütün materialların alınmasına Şamxal Həsənli özü tək nəzarət edib. Mən orda maaşa da işləməmişəm. Mənə dedilər, sənin oğlunu xaricdə işə düzəldəcəyik, ona görə işlədim".
Prosesdə müdafiəçilərdən biri ittiham aktında Nadir Məmmədovla Vüqar Səfərlinin əlbir olduqları barədə qeyd olunanlara münasibət bildirməsini istəyib. Təqsirləndirilən şəxs suala cavabında cinayət işində özünün və Vüqar Səfərlinin heç kim olduqlarını bildirib: "Vüqar Səfərli kimdir, Nadir kimdir? Biz hambalıq. Mədəni dildə buna hambal deyirlər. Siz bu sualla bağlı Şamxal Həsənlidən soruşun, o sizə deyəcək".
Məhkəmədə daha sonra təqsirləndirilən şəxs "Altun Saray" restoranının direktor müavini Təmkin Xəlilov ifadə verib. T. Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Təhminə Yaqubovanı tanıyır. Onun sözlərinə görə, restoranda KİVDF tərəfindən əlamətdar günlərdə tədbirlər keçirilib: "Tədbir üçün 400 nəfərlik yer sifariş olunurdu. Əsas zallarda 250-300 nəfər olsa da, digər köməkçi zallarda da adamlar olurdu. Tədbirdə iştirak edənlər də əsasən nazirlər, icra başçıları və digər şəxslər olurdu. Təkcə AzTV-dən dörd böyük avtomobil işçi gəlirdi. Hesablama Palatası onu hesablamayıb. Onlar başqa zalda otururdu. Bundan başqa da stollar olurdu ki, ora bahalı içkilər, yeməklər verilirdi. Tədbirlərin keçirilməsi barədə isə Vüqar Səfərli və Təhminə xanımla müzakirə aparırdıq".
Təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətli məqamlar olduğu üçün hakim əvvəlki ifadəni elan edib.
T. Xəlilov ibtidai istintaqa ifadəsində bildirib ki, hər il üç dəfə tədbir keçirilirdi: “Tədbirlərin keçirilməsi üçün isə 350-400 nəfərlik yer sifariş olunurdu. Buna görə də hər dəfə bizə artır pul köçürülürdü".
Təqsirləndirilən şəxs "Xəmsə" restoranının icarədarı Valeh Orucov da Təmkin Xəlilovun ifadəsinə bənzər ifadə verib.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

“Əli Həsənovun baldızı 685 mini nağdlaşdırdı” - Şirkət direktoru

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərdən Nadir Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.
Jurnalistlər binasının tikintisində podratçı şirkət “Portos” MMC-nin icraçı direktoru olan N.Məmmədov ona elan edilmiş ittihamlarla razılaşmayıb: “Tikinti vaxtı bizim layihədən kənara çıxmaq səlahiyyətimiz olmayıb. Çünki layihə Fövqəladə Hallar Nazirliyinin Qiymətləndirmə İdarəsi tərəfindən təsdiq olunub bizə gəlirdi. Biz də icra edirdik. Tikinti ərazisi sürüşmə zonasıdır. Ora görə də binanın dayaqları üçün 3 qat artıq torpaq tökmüşdük. Bu da layihədə nəzərdə tutulmamışdı. Odur ki, tikintiyə ayrılan puldan əlavə 3 faiz nəzərə alınmayan xərclər çıxıb. Binaların tikinti normaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi var. Biz də buna əməl etmişik. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada ziyana getməyimizə baxmayaraq, ən bahalı materiallardan, liftlərdən, oboylardan istifadə etmişik. Bu gün də gedib o evlərə baxa bilərsiz”.
N. Məmmədov bildirib ki, tikinti zamanı bir haldan başqa bütün ödənişlər köçürmə yolu ilə olub: “Həm mal-materialların alınması, həm fəhlələrə maaşlarının verilməsi köçürmə yolu ilə olub. Yalnız bir dəfə ikinci binanın tikintisi zamanı təsisçi 685 min manat pulu nağdlaşdırdı. Mən onda dedim ki, belə etməyək. Çünki pulu nəğdləşdirəndə puldan 30 faiz tutulurdu. “Portos” MMC ikinci binanın tikintisində 3,2 milyon ziyana düşüb. Mən orda maaşa işləmirdim. Oğlumu xaricə işləməyə aparacaqdılar. Bu sözə görə işləmişəm”.
N.Məmmədova ünvanlanan “Təsisçi kim idi?” sualına “Əli Həsənovun baldızı Gülər Vəliyeva” deyə cavab verib.
Təqsirləndirilən şəxs “Sizin Vüqar Səfərli ilə qazanc məqsədi ilə əvvəlcədən hər hansı razılaşmanız olubmu?” sualına isə belə cavab verib: “Finans məsələlərinə Şamxal Həsənli baxırdı. Bu sualı ona verin. Mənim Vüqar Səfərli ilə hər hansı qazanc məqsədli əvvəlcədən razılaşmam olmayıb. Kimin kimlə əlaqəsi var, hər şeyi Şamxal Həsənli bilir. Biz bilirsiz orda nə olmuşuq? Hambal!”
Proses noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.