Страницы

01.11.2021

ABŞ məhv edilməlidir

Bütün hindu tayfalarının Böyük Başçısı Kaqaxi Oksford, Kembric və Ayova universitetlərində təhsil alıb. Amerika faşizminə qarşı mübarizə aparan Leonard Peltierin dostu və silahdaşı olmuşdur. O jurnalistlərə çox az müsahibə verir, kanadalı jurnalist Arcil Terner onun müsahibə verməyə razılaşdığı çox az jurnalistlərdəndir. Aşağıda Kaqaxinin müsahibədə müasir dünyadakı vəziyyət barəsində fikirlərini təqdim edirik.

“Vaxtilə Plutarx yazırdı ki, Roma sərkərdəsi və dövlət xadimi Katon Senatdakı bütün nitqlərini (onların mövzusundan asılı olmayaraq) bu cümlə ilə yekunlaşdırırdı: “Karfagen məhv edilməlidir” (Ceterum censeo Carthaginem esse delendam). Mən Katonu yaxşı anlayıram, çünki mənim damarlarımda qətlə yetirilmiş əcdadlarımın qanı axır. Düşünürəm ki, əgər Karfageni ABŞ-la əvəz etsək, müasir dövrümüzün real təsvirini alarıq.
Mən ABŞ-ın yerində yeni Roma yaratmağı arzulayıram, ədalətli - dürüst və xeyirxah. Yəqin Qərb təhsili ilə hindu tərbiyəsinin ahəngi insanda nəsə xüsusi bir şey əmələ gətirir. Bunu özüm barəsində söyləyirəm.
Tamamilə aydındır ki, Birləşmiş Ştatlar dağılmalıdır. Özü də ABŞ-da vətəndaşlığa malik olan insanlar tərəfindən. O insanlar tərəfindən ki, Ukrayna hadisələrindən sonra dünyanın onlara İraqdakı, Liviyadakı və Suriyadakı hadisələrdən sonra olduğundan daha çox nifrət etdiyini anlayırlar. ABŞ-ın əlaltısı Pyotr Poroşenko Ukraynanın cənub-şərqindəki şəhərlərində və qəsəbələrində yüzlərlə qadın, uşaq və qocanı öldürdüyü zaman özünün bizanssayağı sakitliyini saxlayan Putin məhz buna arxalanır. Bundan əlavə, mən düşünürəm ki, ABŞ məhv edilməlidir.
***
İkinci Dünya Müharibəsinin bitməsindən sonra ABŞ hər 15 aydan bir dünyanın müxtəlif regionlarında müharibəyə başlamışdır. Yüz minlərlə, bəlkə də milyonlarla doğulmamış uşağın məsuliyyəti onların boynundadır. ABŞ rəhbərliyi bu ölkəni quranların ideyalarına xain çıxdı. ABŞ rəhbərliyi Amerika Konstitusiyasını satdı. Tezliklə hər bir amerikalının dünyanın hər yerində təqib ediləcəyi an gələcək. Heç kim onlarla nüvə silahı ilə vuruşmayacaq. İnsanların nifrəti onları məhv edəcək. Hindu qisası yüzilliklər sonra gəlir. ABŞ məhv ediləcək.
***
ABŞ müasir dövrümüzün Karfagenidir. Nəyin romalılarda adi halda Karfagenə qarşı kütləvi nifrət oyatdığını xatırladım: hər şeydən əvvəl karfagenlilərin kütləvi şəkildə sələmçiliklə və vasitəçiliklə məşğul olması. Onlar varlı pozğunların günah və ehtiraslarını təmin etməkdən ötrü romalılardan onların qızlarını və oğlanlarını qəpik-quruşa alırdılar. Romalılar Karfageni məhv etmək üçün kütləvi şəkildə könüllü qatılmışdılar. Tarix təkrarlanacaq, ABŞ-da da bütün qalan dünyanı özlərinə qarşı qaldırıblar. İndi bütün dünya iqtisadiyyatı bir neçə yüz ailənin maraqlarını təmin etmək üçün düyünlənib. Bu gün ABŞ bütün dünyada dövlət səviyyəsində sələmçiliklə, oğraşlıqla və qətllərlə məşğuldur. ABŞ məhv edilməlidir.
***
Müasir dünyadakı bütün pisliklər, bədbəxtliklər və ölümlər ABŞ-la əlaqəlidir. Bilin ki, əgər evinizdə su yoxdursa və kanalizasiya tutulubsa, ABŞ günahkardır. Sizin ölkənizdə layiqli həyat şəraiti təmin etməyə məhz ABŞ mane olur. Əgər hardasa qohumlarınız vaxtında tibbi yardım almayıb həyatlarını itirirlərsə, bunda da ABŞ-ın təqsirli olduğunu bilməlisiniz. Əgər sizin oğlunuz həyatda öz yerini tapa bilməyibsə, yenə ABŞ təqsirkardır. Əgər qızınız fahişəyə çevrilibsə, siz bunda da ABŞ-ın təqsirkar olduğunu bilməlisiniz. Nə qədər ki Yer üzündə ABŞ var, nifrət, ölüm və aclıq daim olacaq. ABŞ mövcud olduğu müddətdə dünyada müharibələr dayanmayacaq. ABŞ məhv edilməlidir.
***
Tezliklə milyardlarla insan başa düşəcək ki, planetdəki bütün bədbəxtliklərin əsas mənbəyi vaxtilə bizi, hinduları azad və xöşbəxt həyatdan məhrum edən ölkədir. İndi bizim siu, dakota, viyoto, seminol, apaçi, komançi və sayını bizim göllərimizin sahillərindəki nəhəng palıd ağaclarının budaqlarındakı külək xışıltısı ilə müqayisə edə biləcəyimiz digər tayfaların kişilərinin, qadınlarının, uşaqlarının yerində bütün bəşəriyyət dayanıb. İnanıram ki, tezliklə o an gələcək ki, amerikan pasportu onun sahibinin kütləvi insan qətllərində iştirak edib-etməməsinin araşdırılması məqsədilə dünyanın istənilən ölkəsində həbsə almaq üçün səbəb olacaq. Yəni əvvəlcə həbsə salınma, istintaq, sonra məhkəmə. Bəşəriyyət amerikan qətllərindən sonra ABŞ-a qarşı sanksiyalar tətbiq etməlidir. Çünki o ölüm gətirən yırtıcıdır. ABŞ məhv edilməlidir. Gec və ya tez insanlar anlayacaqlar ki, müasir dünyanın bütün bədbəxtliklərinin təqsirkarı ABŞ-dır. Dünyanın sülhsevər tayfaları Vaşinqtondan olan sifəti solğun cəza verənlərin vəhşi rejiminə son qoymalıdırlar.

Tərcümə: Günel Muradova         eco-socialistsofazerbaijan.blogspot.com

Комментариев нет:

Отправить комментарий