Страницы

15.11.2021

Aleksandr Lukaşenko:

— Avropa Birliyini çox da şişirtmək lazım deyil. Təqribən 500 milyon əhalidən ibarətdir, amma nə öz təhlükəsizlik sistemləri var, nə orduları var. ABŞ-dan asılıdırlar. Hətta iqtisadi baxımdan belə öz maraqlarını təmin edə bilmirlər. Avropalılar amerikanların Şərqi Avropa dövlətlərindəki dağıdıcı fəaliyyəti ilə əlaqədar qaz təminatı ilə bağlı problemlər yaşayırlar. Putinin xoş məramı olmasaydı onlar indi soyuqdan donurdular. Onlar özlərinin adi tələbatlarını belə müstəqil surətdə təmin edə bilmirlər. Avstraliya ilə məsələni yadınıza salın. Amerika onun "quyruğunu basan" kimi Fransa 90 milyardından oldu. 500 milyondan çox əhaliyə və böyük iqtisadi resurslara malik Avropa Birliyi nəhəng bir güc olmaq əvəzinə ABŞ-ın oyuncağıdır. Amerikanlar gəmiləri ilə Avropaya yaxınlaşanda əlləri əsməli və icazə alıb yaxınlaşmalı idilər. Lakin ABŞ Avropa İttifaqı ilə öz müstəmləkəsi kimi davranır.

Комментариев нет:

Отправить комментарий