Страницы

02.11.2021

Allah eşqi


Dayanmışam Sədərək bazarında, gözləyirəm ki taksi adam yığsın. 15-20 dəqiqə gözləməli oldum. Yaxındakı taksidə pul qabı tapdılar, içində 1000 manat pul vardı. Sürücü güclə 3 adam yığmışdı, dedi getmirəm ta ki pulun yiyəsi gəlməyincə. Müştərilərini digər maşına verdi ki camaatı yubandırmayım, sən bunları götür çıx. O da bundan halallıq istədi, yığıb getdi. Bazarın gözətçisi namazdan gəldi, ora-bura zəng vurdu. Administrasiya da xəbərdar oldu. Deyəsən maşının nömrəsini mikrofonla elan etdilər. Bir qadın gəldi, ağlayırdı. Xatırladılar bir-birilərini sürücü də, qadın da. Qadın pul qabının içindəkilərini saydı, mühafizəçi və sürücü yoxlayıb qaytardılar əmanəti qadına. Qadın kişilik edib pulu uzatdı cavanlara ki, nə qədər istəsəniz götürün, ana südü kimi halal edirəm. Bir qəpik də almadı, "20 yanvara 4 nəfər" deyə-deyə adam çağırmaqda davam etdi.
Bu səhnədə o qədər Allah eşqi, ixlas, əxlaq var idi ki  izləyənlərin demək olar hamısının gözləri doldu. Fikirləşdim axı niyə bu gözəl xalqa zülm edirsiz, ay zalımlar?! Balaca qucaq açasan bu millətə, səni əllərində gəzdirib dədənə rəhmət oxuyarlar. Heyif bizdən...

Rasim Hüseynov

Комментариев нет:

Отправить комментарий