Страницы

15.11.2021


Politoloq Nadir Qocabəyli:
“Hər bir normal düşünə bilən, ağlı yerində olan, siyasətdən, məntiqdən başı çıxan, anlayışı olan bilir ki, sülhməramlılar heç bir ermənini tutub Azərbaycana, heç bir azərbaycanlını da tutub erməniyə verməzlər. Ağzında sülhməramlı deyirsən ey, davaməramlı, araqarışdıran məramlı demirsən... Tutaq ki, rus sülhməramlısı erməni təxribatçını tutub verdi sənə, sən də onu yaxşıca "obrabotka" elədin. Bununla onun sülhə verdiyi pay, töhfə nə qədər olur? Belə bir yolu tutan barışdırıcı ola bilərmi? Ya da əksinə... Sülhməramlı hər iki tərəfdən olan cinayətkarı tutub, məhz onun özünə verməli və mühakimə olunmasını tələb etməlidir. Buna nəzarət də edə bilər və prosedur düzgün aparılmadıqda iradlarını bildirər, qınayar, bəyanat verər və s. Yoxsa başlayıblar ki, ermənini bizə verməliydi. Camaatın da başını piyləyib, özünü qaza gətirirlər. Qardaş, rus onu sənə verə bilməz. Çünki bu sülhməramlı missiyasına, məramına, məntiqinə uyğun deyil. Qanunlar da məntiqə əsaslanır. Hər halda sülhməramlılar da hansısa qanun, müqavilə əsasında burda fəaliyyət göstərirlər və o qanun bizim hökümətlə razılaşdırılmadan tətbiq oluna bilməz...”

Комментариев нет:

Отправить комментарий