Страницы

06.11.2021

Politoloq Nəzakət Məmmədova:
NATO-ya üzv olan ölkələrin vətəndaşları nə qazanıb?

“Balkan ölkələrini, Şərqi Avropa ölkələrini, məsəlçün Çexiya, Slovakiya və Macarıstanı götürək. Avropanın özünün mərkəzində yerləşən ölkələrdi, Avropa coğrafiyasının yaxın ölkələridi. Neçə illərdi bunlar NATO-ya da, Avropa İttifaqına da üzv olublar. Baxın görün bu gün onların vəziyyəti nə yerdədi! Hələ mən Avropa İttifaqının üzvü olan Ukrayna kimi slavyan ölkəsini demirəm a! Bu ölkələrin vətəndaşları, məsəlçün macarlar, slovaklar, çexlər, xorvatlar, Balkan ölkələrinin vətəndaşları gedib Qərbi Avropa ölkələrində ya xadiməçilik edirlər, ya aşbaz işləyirlər, ya da küçə süpürürlər. Onlara ikinci dərəcəli işləri gördürürlər. Avropada tualet təmizləyirlər, fəhlə işləri görürlər, evlərdə dayəlik edirlər, xəstələrə baxırlar, aşbazlıq edirlər. Onlara ikinci dərəcəli insan kimi baxırlar və onların əməyindən ucuz işçi qüvvəsi kimi istifadə edirlər. Qərbi Avropa onları özlərinə bərabərhüquqlu saymır. Baxmayaraq ki onlar da Avropadı. İndi görün Ukrayna, bir slavyan ölkəsi gedib Avropaya inteqrasiya eləsə, elə bilirsiz Ukrayna xalqı bundan gəlir götürəcək? Sadəcə bu böyük oliqarxların maraqlarıdı”.

Комментариев нет:

Отправить комментарий