Страницы

12.11.2021

“Qərb Qafqaz xalqlarına vəhşi kimi baxır və onları öz rifahı naminə qurban vermək fikrindədir”


“Ermənistanda get-gedə artan rusofobiya erməni maydanının və Sorosun maliyyələşdirdiyi siyasi qüvvələrin hakimiyyətə gəlişinin nəticəsidir”.
Bu sözləri tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin caliber az saytına müsahibəsində demişdir.
Korovin bildirmişdir ki, Ermənistanda xalqı Rusiyaya qarşı Qərb agentləri yönəldirlər: “Qərbyönümlü şəbəkələr Rusiyaya münasibətdə neqativi qızışdıraraq antirus əhval-ruhiyyəsi formalaşdırırlar. Hakimiyyət isə onlara toxunmur, çünki özləri də onlar kimi Sorosun yuvasından çıxıblar”.
“Qərbin motivasiyası aydındır – Moskva-Tehran geopolitik oxunun formalaşmasının qarşısını almaq. Bununçün Qərb bütün Qafqazı destabilizasiya edəcək, lazım gəlsə Cənubi Qafqazın istənilən dövlətini özünün geopolitik tonqalında yandıracaq. Axı Qərb sivilizasiyası rasizminin nöqteyi-nəzərinə görə, bu regionun xalqları – vəhşidirlər və onları Qərbin rifahı naminə qurban vermək olar”.
Politoloqun fikrincə, Ermənistanın dövlət kimi yaşamasının qarantı Azərbaycan ilə sülh müqaviləsi bağlamaqdan asılıdır.

Комментариев нет:

Отправить комментарий