Страницы

04.11.2021

Rusiya və Belorusiya birləşdilər: Avrasiya Birliyinin yaradılmasına start verildi


Putin və Lukaşenko İttifaq Dövlətinin inteqrasiyası haqqında fərman imzaladılar.
Lukaşenko İttifaq Dövlətinin vahid media holdinqini yaratmağı təklif etdi.
Putin və Lukaşenko İttifaq Dövlətinin Hərbi doktrinasını təsdiq etdilər.
Rusiyanın Dövlət Dumasında isə SSRİ-nin bərpası haqda danışıqlar aparıldı.
Rusiya ilə Belarusun yaratdığı İttifaq dövlətinə əvvəllər Sovet İttifaqının tərkibində olmuş başqa ölkələr də qoşula bilər. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov ura.ru saytına müsahibəsində belə deyib.
Onun sözlərinə görə, İttifaq dövləti başqa keçmiş sovet respublikaları üçün cəlbedici olmalıdır. “Bu, sərhədlərin olmaması, bir-birinin ərazisində hər hansı icazə almadan  oxumaq, işləmək imkanı, sürücülük vəsiqəsini başqa dilə tərcümə etməməkdir”, - Kalaşnikov əlavə edib.
Deputat hesab edir ki, növbəti mərhələdə vahid parlament yarana bilər. Onun sözlərinə görə, İttifaq dövlətinin Ali dövlət şurasının yaxın günlərdə keçiriləcək online-sammiti məhz bu mövzulara həsr ediləcək.
Xatırladaq ki, artıq Rusiya prezidenti Vladimir Putin və Belarus rəhbəri Aleksandr Lukaşenko İttifaq dövlətinin yaradılması barədə müqavilənin bəndlərinin həyata keçirilməsinə dair bir sıra sənədləri və proqramları təsdiqləyiblər.

Комментариев нет:

Отправить комментарий