Страницы

10.11.2021

Vahabi qazini qətlə yetirdi


Noyabrın 9-u “TikTok” sosial şəbəkə hesabında yazdığı ifadələrə görə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanaraq öldürülən Natiq Ramazanov Vətən Müharibəsinin iştirakçısı olub. Bu barədə onun döyüş yoldaşları məlumat verib. Bildirilib ki, Natiq leytenantdır, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
“Natiq döyüş komandirim olub. Müharibədə olarkən bir övladı dünyaya gəlmişdi. Gələn ay ikinci övladı olacaq”, - döyüşçü dostlarından biri sosial şəbəkədə yazıb.
Mübahisənin dini məzhəb üstündə baş verdiyi ehtimal edilir. Hadisəni törədən şəxsin vahabi təriqətindən olduğu bildirilir.

Комментариев нет:

Отправить комментарий