Страницы

01.12.2021

Türklər Mübariz Mənsimovun başına gətirdikləri oyunları Ülviyyə Əlizadənin də başına gətirirlər – Marmarisdə tikdiyi yaxta tərsanəsini əlindən alırlar

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yerləşən və Avropanın ən iri gəmi tərsanəsi hesab edilən “DSV Yatçılık” şirkətinin ortaqları arasında qanlı çəkişmələr yaşanır. Bu şirkətin sahibi azərbaycanlı biznesvumen Ülviyyə Əlizadədir (digər adı Hülya Əlizadə Kuçeruk). Onun türkiyəli ortaqları şirkəti tamamilə ələ keçirmək istəyirlər.
Tərəflər arasında çəkişmə bir neçə dəfə bıçaqlı, dəyənəkli davalarla müşaiyət olunub.
Hülya Əlizadə deyir ki, türkiyəlilər tərəfindən təhqir olunub, fiziki hücuma məruz qalıb.
“4 ildir sərmayə öhdəliyini yerinə yetirmədiyimi iddia edirlər. Amma bu qadın nəyi ödəmədi deyə soruşanda cavab vermirlər. 2005-ci ildən bəri bütün fəaliyyətim şəffaf olduğu halda, ailəmlə burada yaşadığım halda çirkli pulların yuyulması iddiası ilə böhtana məruz qalmışam. Oktyabrın 1-dən bu yana şirkətə əllləri zopalı, silahlı, bıçaqlı insanlar gəlib-gedir, amma heç bir tədbir görülmür, araşdırma aparılmır”, - azərbaycanlı biznesvumen bildirir.
Hal-hazırda tərəflər arasında məhkəmə gedir. Oktyabrın əvvəllərində “Marmaris Yapı İnşaat”ın nümayəndələri qeydiyyatsız yaxtanın olub-olmadığını yoxlamaq üçün tərsanəyə baş çəkəndə “DSV Yatçılık” şirkətinin mühafizəçiləri tərəfindən döyülüb, bıçaqlanıblar. Bu zaman 4 nəfərin yaralandığı bildirilir. Qarşıdurmaya yenə jandarma müdaxilə edib.

Комментариев нет:

Отправить комментарий