Страницы

01.12.2021

Valeri Korovin:
“Azərbaycan, Türkiyə və Ermənistan rəhbərliyinin əsas vəzifəsi regionda sülhü möhkəməndirmək, destabilizasiyaya gətirib çıxaran bütün faktorları aradan götürmək, Qərb şəbəkələrinin işlərə burun soxmasının qarşısını almaqdır. Amerikan şəbəkələrini neytrallaşdırmaq, amerikanların təlimatı ilə qurulmuş antirus təbliğatının maliyyə mənbələrini qapamaq, Avrasiya inteqrasiyası proyektlərinin realizasiyası üçün möhkəm özül yaratmaq - bunlar region ölkələri liderlərinin məsuliyyət zonasıdır. Müharibə şəraitində və ya saqqız kimi uzanan konfliktlər fonunda Avrasiya inteqrasiyası mümkün deyil – bunu Vaşinqtonda gözəl anlayırlar. Avrasiyaçı proyektlər, onların uğurlu realizasiyası ABŞ-ın postsovet məkanında, o cümlədən Qafqazda apardığı atlantik geopolitika üçün təhdiddir.
Xüsusən Ermənistan həddən artıq çətin vəziyyətdədir. 44 günlük müharibədən sonra ölkə məhv olmaq, xəritədən silinmək həddinə gəlib çatıb. Bu, Ermənistanın Qərbə meyllənməsi ilə əlaqədardır. Ermənistanda fəaliyyətdə olan siyasi təşkilatlar hamısı Qərb polittexnoloqları tərəfindən yaradılmışdır. Ermənistanda Sorosa bağlı olmayan partiya yoxdur.
Ermənistan Qərbyönümlü istiqamətdən ayrılmasa, dövlət kimi Yer üzündən silinəcək. Ermənistan dəqiq müəyyənləşdirməlidir Qərbin tərəfindədir, yoxsa Rusiyanın. Əks təqdirdə Ermənistanı gələcəkdə böyük problemlər gözləyir. Əgər Ermənistan dövlət kimi qalmaq istəyirsə, Qərb ilə oynaşmağa son qoymalıdır. Qərbin nəzərində Ermənistan israf materialı, onun sakinləri isə vəhşi və varvarlardır.
Paşinyan öz siyasi orientasiyasını dəyişməlidir. O açıq-aydın şəkildə Avrasiya inteqrasiyası layihələrini dəstəkləməlidir və Ermənistana Qərbin müdaxiləsinə son qoymalıdır. Paşinyan xarici agentlər haqqında qanun qəbul etməli, ölkədə fəaliyyət göstərən minlərlə amerikan QHT-sini Belorusda olduğu kimi bağlamalı, ölkəyə diplomat adı ilə doluşmuş, əslində isə kəşfiyyat işləri ilə məşğul olan saysız-hesabsız amerikalını ixtisara salmalıdır. O cümlədən rusofob elementlərin dərsini verib ağıllandırmalıdır. Bu aydın və birmənalı addımlar atılmasa Rusiya erməni dövlətinin saxlanmasına heç bir qarantiya verməyəcək. Ermənistanın 2 yolu var. Ya Avrasiya proyektlərinə qatılaraq Rusiyanın müdafiəsi altında olacaq, ya da amerikan geopolitik maraqları tonqalında yanacaq”.

Комментариев нет:

Отправить комментарий