Страницы

12.01.2022

Rus ordusu Qazaxıstana niyə girib deyənlərə

Fizuli Zaidov

Rus ordusu Qazaxıstana girməsi liberal camiəni lərzəyə və təşvişə salıb.
Əsəbləşiblər ki, Rus ordusu Qazaxıstana niyə girib? 
Birincisi Rus ordusunu ora Qazaxıstanın legitim hakimiyyəti dəvət edib.
İkincisi Rusiya da, Qazaxıstan da Kollektiv Təhlükəsizlik blokunun üzvüdürlər.
Üçüncüsü Qazaxıstan hakimiyyəti nə etməlidir, buraxmalıdır xalqın narazılığıdır deyə küçələrdə terror əsdirilsin, binalar, maşınlar, ticarət mərkəzləri, hökumət binaları yandırılsın, ölkəyə milyardlarla ziyan vurulsun?
Ya  da ki hökumət 10 min, 100 min, lap olsun 1 milyon olsun, insan küçələrə çıxıb deyə dövləti başsız qoyub qaçmalıdır?
Nə etməlidir hakimiyyət?
O küçələrə çıxanlar qazax xalqının hamısınımı təmsil edir?
Qazaxıstanın 19 milyona yaxın əhalisi var. Tutaq ki, son etirazlarda təxmini 100 min adam iştirak edib. Bizimkilərin əksəriyyətinin düşüncəsiylə götürsək bu 100 min nəfər olur qazax xalqı, qalan 18 milyon 900 min nəfər isə vətən xaini, satqın, rus köləsi və s. Hardan bilirsiniz o 100 min nəfərin haqlı, düz olduğunu, yaxud da xarici qüvvələr tərəfindən idarə olunmadıqlarını? Əgər Tokayev görsəydi ki, həqiqətən bu hərakatın arxasında xalq var, heç vaxt cürət etməzdi ki, onlara qarşı ordu yeritsin. Yaxud da əgər siz dediyiniz kimi bu hərəkatda milyonlar iştirak etsəydi Tokayev Rusiyadan 2-3 min əsgər deyil, 10 min, 100 min əsgər istəyərdi. Elə Qazaxstana gətirilən rus hərbçilərinin sayından görünür ki, həqiqətən ortada dolaşan, dağıntılara və ölümlərə səbəb olan 10-15 minə yaxın adam var, onları da dənləyəcəklər bir-bir.
Rusiya ora getməsin - Amerikamı, İngiltərəmi, Fransamı gəlsin?! Bu dövlətlərin demokratiya gətirəcəm deyə Liviyada, Suriyada, İraqda, Yəməndə, Misirdə elədiklərini bilmirsiz bəyəm?! 
Hakimiyyətin dəyişdirilməsi üçün sivil yollar var - ilk öncə seçki. 
Nümayişlər də dinc şəkildə olmalıdır, necə ki 1988-ci ildə 2-3 ay müddətində Bakıda olan nümayişlər kimi.
Hakimiyyəti zor gücünə çevirmək istəyən istənilən hərəkatdan xeyir gəlməz və arzuolunan deyil.
İstənilən çevriliş ölkəni ABŞ-ın əsarəti altına salır - müasir dünyanın qanunu budur.
İndi artıq zəmanə həmin zəmanə deyil. Birdəfəlik anlamaq lazımdır ki, Rusiyanın birbaşa maraq dairəsində olan postsovet ölkələrində kiminsə gəlib at oynatmağı üçün 10-15 başı olmalıdır. Buraların yiyəsi Rusiyadır.
Avropanın göbəyində, nüvə silahına sahib Ukraynanın başına gələnlər hamıya nümunə olmalıdır.

Комментариев нет:

Отправить комментарий