Страницы

06.01.2022

Sovet hökuməti qədər ağılsız birisi çətin tapılar

Aftandil Babayev
 
Həqiqətən dünyada Sovet hökuməti qədər ağılsız birisi çətin tapılar.
Neftimizi alırdı, buraxırdı planlı dövriyyəyə. Əmtəə kimi müvafiq dəyər müəyyən edilirdi və ittifaq boyu benzin tələbatı hara lazımdır göndərilirdi.
Neftin ekvivalentində isə ittifaqın digər ölkələrindən olan resursları planlı mübadilə edirdi. Məsələn, bizdən neft alıb Stavropolun taxılını, Sibirin taxtasını, Norilskin metalını, hətta Xəzərin kürüsünü, Alyaskanın qırmızı balığını gətirirdi qapına.
Neftin ekvivalentində zavodlar, fabriklər durmadan tikilirdi. Kolxozlara traktor, kombayn pulsuz verilirdi. Kilometrlərlə suvarma kanalları çəkilirdi. Kommunal xərclər az qala pulsuz idi.
Nəyinə lazımdır? Bunları edirdin ki, sənə sonunda cani, işğalçı desinlər?!
Stalinin daçasında qulluq edən əsgərlər deyirdi ki, günün əksər zamanı otağından işıq gəlirdi. Daima haqq-hesabları kontrol edir, gecə saat 3-də hansısa zavodun müdirinə zəng edirdi ki, iqtisadiyyatda axsama, əyrilik olmasın.
Keçən dəfə facebookda biri yazmışdı ki, Stalinin qəbrinə işəmək istəyirəm.
Ay axmaq Stalin, buna dəyərdimi?
Nəyinə lazım? Get Yaltada dincəl də! Çıxart Nikolayın sarayından məzuniyyətə göndərdiyin işçiləri, kef elə də! 5 günlük dünyadı, dünyanın hakimisən, düşmüsən zavod-proletar üzərinə. Dünyanın dərdi sənəmi qalıb? Qarşılığında da tarixdə ancaq repressiya ilə yadda qalmısan.
Moskvadan oturub planlı iqtisadiyyat qurur. Nəyinə lazım? Biraz ağlın olardı, Bakıda neftayırma zavodu tikməzdin. Aparıb Moskvada tikərdin, bizdən nefti xammal kimi alıb, benzini neçə qat dəyərinə bizə satardın. 
Bugünkü Türkiyə qədər ağlın yoxdurmu?
Nəticədə nə oldu? Dağıldın getdin.
Üstəlik də bütün dünya demokratdır, təkcə sənə isə imperialist deyirlər.

Комментариев нет:

Отправить комментарий