Страницы

24.01.2022

Sovetin və indinin əsgərliyi

Nadir Qocabəyli

Sovet əsgərliyində də "Dedovşina" vardı, amma 2 il xidmət edib qayıdan general kimi gəlirdi. Uniforma damdar, furajka boyunun ardında, bığlar Koroğlu misalı, özün də buğa kimi...
Sovet ordusunda sıravi əsgərin çətin günləri yeni çağırışçılar gələnəcən olurdu. Ondan sonra əlini at qulağının dibinə. Kimsənin səninlə işi yoxdur. Mən cəmi 6 ay "dnevalnı" olmuşam, ondan sonra növbətçi olur, dnevalnılara əmr verirdim. Özü də heç rütbəm də yox idi. Dikbaş olduğum üçün komandir məni serjantlıq oxumağa göndərmədi. Zabitlər hörmətimi saxlayırdı.
Amma indi baxıram, il yarım xidmət edib evə qayıdan əsgərlərin çoxu konslagerdən gələnə oxşayır. Arıq, çəlimsiz, hürküdülmüş, baxışları ürkək... Adam istər-istəməz düşünür: bunlara orda neynirlər? Axı il yarım xidmət edən əsgəri orduda kim bu günə qoyur? Sonra da deyirlər ki, bütün günahlar rus-sovet hərbi sistemindədir, NATO sisteminə keçsək, hər şey düzələcək. Axı Sovet sistemində, dediyim kimi, belə şey olmayıb...
Şəkillərə baxın. Birincisini yenə gedəndə, ikincisini 1 il xidmət etdikdən sonra çəkdirmişəm. Yanımdakı təzə gəlmiş azərbaycanlı idi, qonşu rotada xidmət edirdi. Tapşırmışdım ki, heç kəs ona gözün üstə qaşın var deməsin. Dembel şəklimi tapmadım, tapsam onu da əlavə edəcəyəm. Özünüz müqayisə edin... 
Bu gün bir əsgər şəkli paylaşmışdılar, ona baxdım, yazığım gəldi. Elə bil faşist əsirliyindən qayıdıb...

Комментариев нет:

Отправить комментарий