Страницы

28.02.2022

Если бы Россия не помогла шиитам в борьбе, то они не смогли бы осилить ведение продолжительной войны против ИГИЛ

Фуад Гараев
эксперт Евразийского Движения Азербайджана

За считанные месяцы неизвестная группировка вырвалась на мировую авансцену. Слово «ИГИЛ» выучили все. Условия для их появления зрели давно. Но изначально никому в голову не приходило, что кто-то тайно поддерживает террористов и не догадывались о том, что страны, которые считаются антитеррористической коалицией США и других 69 стран спонсировали и снабжали террористическую группировку ИГИЛ. Имеются доказательства, что в составе ИГИЛ были высокопоставленные боевики, выполняющие приказы от ряда турецких чиновников, которым была выгодна военный конфликт в Сирии и в Ираке для уничтожения шиитов.
Хочу внести ясность о «протурецких формированиях». Всем известно, что в Турции большинство населения относиться к суннитскому течению и в стране доминирует ваххабитский мазхаб. Стремительное наступление ИГИЛ в Сирии и захват террористами значительных територий Сирии был радостной новостью для большинства ваххабитов Турции. Поток добровольцев вступить в ряды ИГИЛ из Турции и из других стран, а также поддержка со стороны США и Турции ИГИЛ стали причиной расширения зоны боевых действий в Ирак.
Ваххабиты с давних времён враждуют с шиитами и всеми силами стараются уничтожить шиизм и все его течения. Президент Сирии и большинство населения исповедуют шиитское течение Алавизм. Саудовская Аравия и Израиль с давних времён стараются уничтожить Иран, население которого на 70% - 80% составляют шииты, враждебные к Саудовской Аравии и Израилю.
Если бы Россия не помогла Сирии, Ирану и Хезболле в борьбе, то они не смогли бы осилить ведение продолжительной войны против ИГИЛ.
Именно вмешательство России в сирийский конфликт дало сильнейший толчок в унтчтожении терроризма в Сирии.
Россия, Иран, Хезболла и Сирийская Арабская Армия практически уничтожили ИГИЛ и перекрыли пути доставок вооружений для террористов.
Без российского вмешательства Иран, Хезболла и Сирийские войска по сей день продолжали бы военные действия против ИГИЛ. 
Россия, помогая Башару Асаду Ирану и Хезболле в прямом смысле спасла шиизм от уничтожения.
В отличие от западной международной коалиции во главе с Вашингтоном, демонстрирующей, по мнению американского издания The New York Post, негативные и противоположные заявленным целям результаты в Сирии, «намерения Москвы в отношении Дамаска предельно ясны и правомерны - Россия решительно поддерживает своего союзника на Ближнем Востоке, основываясь на Договоре о помощи». Москва доказывает, что законный режим Асада безопаснее и надежнее, чем амбиции разрозненных оппозиционных группировок, которые используют в своих целях исламистские террористы и «борцы за халифат».
Некоторые критики спекулируют на религиозном факторе, невнятно толкуют о том, что будто бы Москва «пошла в поход» против Ислама. Если кто и воюет в Сирии против мусульман – так это именно идеологи  «Исламского государства», извращающие светлый смысл и идеи подлинного Ислама. А Россия проводит боевую операцию против террористов, у которых за душой нет ни религии, ни национальности.
Россия защищает в Сирии и мусульман, не разделяя их на шиитов и суннитов и христиан.
Приходится констатировать, что многолетние провокационные и угрожающие действия Вашингтона в отношении Сирии, на защиту которой встала Россия, непрекращавшиеся до последнего времени попытки американцев в своих шкурных интересах организовать еще одну «цветную революцию», теперь уже в Сирии, которые намеревались уничтожить шиизм, – все это нанесло еще один мощный удар по репутации вашингтонских властей на международном уровне.
Москва не нуждается в газовых богатствах Сирии, чего нельзя сказать про Вашингтон и Эр-Рияд. Арктика открыла России двери в кладовую планеты, где сосредоточено (по данным американской газеты Breitbart) 13% мировых запасов нефти (90 млрд баррелей) и 30% природного газа (47 трлн кубометров). На их освоение уйдет весь XXI век.
Россия не позволит кому-либо ставить под сомнение свои национальные интересы в восточном Средиземноморье.

Banderalar törətdikləri cinayətlərə görə cavab verəcəklər

Hə, rusları arvad-uşaq-qoca-hamilə baxmadan ucdantutma qıran bandera dölləri! Etdiklərinizin bədəlini ödəmək vaxtı gəldi. Rus pazını dadmağa hazır olun. Ruslar hazır siyahılarla gəliblər.












25.02.2022

Bunlar üçün vacib olan Azərbaycan yox, Qərbin maraqlarıdı

Aftandil Babayev

Əli Kərimli Kəramət Böyukçölə müsahibəsində Azərbaycanın muharibədəki qələbəsini nəzərdə tutaraq kinayə ilə dedi: "O vaxt biz də rus qoşunlarını ölkədə saxlamaqla Qarabağda qələbə qazana bilərdik də".
Bu cümləyə heç kim əhmiyyət vermədi, amma əslində bu bir cümlə Azərbaycanın başına gələn bütun fəlakətlərin açar cümləsidi.
Əgər o vaxt rus qoşunları hesabına Qarabağda qalib gəlmək olardısa niyə imkan vermədiz qələbə qazanaq?!
Düşunun əgər o vaxt Azərbaycan qalib gəlsəydi nə olacaqdı. Bu 30 ildə on minlərlə vətəndaşımız şəhid olmayacaqdı, el-obalarından ayrı düşmuş milyonlarla insan olmayacaqdı, şəhərlərimiz yerlə-yeksan olmayacaqdı, ölkə iqtisadiyyatına, mənəviyyatına, mədənyyətinə bu qədər ziyan dəyməyəcəkdi. Yəqin indi tamam fərqli bir ölkədə yaşayardıq.
Məğlubiyyət isə bizi azı bir əsr geri atdı!
Demək bunlar üçun vacib olan Azərbaycan yox, Qərbin maraqlarıdı. Azərbaycana nə olursa olsun təki Rusiya burda olmasın.
Əslində heç bünu gizlətmirdilər də. Elçibəy açıq-aydın deyirdi ki "Qarabağı İran alıb bizə verəcəksə qoy elə ermənilərə qalsın".
İndi onlara əks fikir deyən hər kəsi vətən xaini, düşmən elan edən bü "demokratlar" əslində olduqları ölkələrə ən çox xəyanət etmiş, ziyan vurmuş insanlardı.  
Bunlara baxanda adamın İlham Əliyevə rəğbəti artır. Təkcə onun dövrundə ölkə işğal yox, qələbə qazanıb.
Çunki adam xarici siyasətdə reallığı dərk edir.
Elçibəylər, Paşiyanalar, Saakaşvililər, Zelenskilər və onların dəstəkçilərinin öz ölkələrini necə məhvə apardığını qısa tarix bizə göstərdi.
Tarixin bizə göstərdiyindən ibrət dərs çıxarmaq üçun isə kor olmamaq lazımdı sadəcə!

24.02.2022

Zor edirsən, cənab Putin!


Elçin Qəhrəmanov

Yaxşı eləmisən, cənab Putin!
İnanın səni qınayanlar sənin yerində olsa idi onlar da sənin elədiyini edərdilər. Zor edirsən.
Bəziləri deyir Ukrayna bizim yanımızda oldu, amma biz Ukraynanı tək qoyduq filan... Belələri sürü psixologiyası ilə yaşayanlardı.
Bu 44 günlük müharibədə bütün dünya bizim haqq olduğumuzu bilirdi. Bilə-bilə ABŞ, Fransa kimi sözükeçən ölkələr bizə dəstək durmadı. Biz işğal olunmuş torpaqlarımızı alırdıq, bizim yanımızda olanıar birmənalı haqqın yanında oldular, bunu inkar edən ölkə ola bilməzdi, heç Ermənistan özü belə Dağlıq Qarabağı tanımırdı.
Gedin dərindən araşdırın, maraqlanın görün niyə Rusiya belə elədi, niyə Putin belə edir, niyə İlham Əliyev Putinin yanında oldu?
Düzün bir başı var - bu düz o qədər şəffafdır ki heç bir Avropa ölkəsi belə Rusiyanın bu addımına pritenziya bildirmir. Çünki dediyim kimi düz düzdür, və hər bir vicdanlı adam da Rusiyaya haqq qazandırmalıdır.
Mən bizim camaata baxdım və haqqı tapmağın ən asan yolun tapdım artıq! Bu camaat, bu xalq, bu millət, ümumiyyətlə çoxluq nəyin tərəfindədirsə onun tərəfini saxlayım təfəkküründədir.
Amma mən bir çox məsələlər kimi bu məsələdə də qarşı tərəfin mövqeyini dəstəklədim saxladım - beləcə haqqın yanında buldum özümü!
Necəki hamı İranı söyəndə mən dedim İranın bu məsələlərə heç bir aidiyyatı yoxdur, kim nə deyir yalandır, kim nə paylaşır yalandır, axırda gördüm ki prezidentimiz belə çıxdı, İrana yanımızda olduğumuz üçün təşəkkür etdi, Hikmət Hacıyev təşəkkür etdi, bugün isti münasibətlərimiz də var.
İndi də camaat sosial şəbəkələrdə tökülüb Rusiyanın üstünə. Camaat elə bilir Rusiya torpaq davası edir!
Ay yazıqlar, bir araşdırın, maraqlanın! Nə vaxtda qədər sürü psixologiyasında yaşayacaqsız?
İndi də hamı Ukrayna deyir, mən isə Rusiya deyirəm! Niyə?
Çünki Rusiya ilə Amerika arasında 70 ildi müharibə söz konusudu, hər ikisi raketləri bir-birinə tuşlayub gözləyir. Necə ki o Amerika İranla da düşməndir və İranın ətrafında - Suriyada, İraqda, Ərəbistanda, Pakistanda, Əfqanıstanda, Küveytdə, Qətərdə, Türkiyədə öz bazaların yerləşdirib ki sabah İranla müharibə olsa İranı rahat vursun, eynən Rusiyanın da qonşusu olan Ukraynada öz bazasını yerləşdirmək istəyir, Rusiyaya qarşı fəaliyyət qurur, mühasirə yaradır. Öl yerə gir də Ukrayna! Səni artıq geopolitikada Rusiya ətrafında tampon dövlət adlandırırlar!
Qardaş, kişi kimi danışaq da! Rusu qınayırıq. Rus dəfələrlə dedi ki NATO alçaqlarını salma ölkəyə. Rusla aralarında sərhəd yoxdu demək olar. Durub rus dilini qadağan edir. Nəyin keyfidi axı? Uzun illərdi qonşusan, sənə Amerika lazım idi, ay Zelenski? Başını aşağı sal yaşa də, o boyda prezidentlik kürsüsünə çıxmısan.
Rus istəmir axı NATO gəlib girsin ağzının içinə, kəşfiyyat məlumatları yığsın.
Burda səhv addım yoxdu.
Düzgün düşünün və haqqın yanında olun.
Səhvi Zelenski etdi.
Amerikaya güvən yoxdu.
Normal əlaqələri saxlayıb top kimi də yaşaya bilərdilər. Hanı? Hamısı kuftankuf oldu.
İş orasıdı ki, Ukraynanın tək qalacağını özündən başqa hamı bilirdi.
Bilə-bilə camaatın qanını tökmək ən sonuncu hərəkətdi. Zelenski kimsəyə güvənməməli idi.
Çox axmaq hərəkət idi rusla döyüşə girmək.
Minlərlə gənci qırdırdı, o boyda ölkəni viran qoydu.
Hələ müharibə 5-6 saatdı gedir. Artıq Ukrayna məhv olmuş durumdadı.

Düşüncəsiz vətənpərvərlik sizin axırınıza çıxacaq


Mənim nəinki ölkəmin, Allahımın və dinimin tarixi düşməni də Amerikadır!
Yazırlar: Rus bizim tarixi düşmənimizdir.
Yazıram: Tarixi düşmən dediyiniz dövlətin tərkib hissəsində Ukrayna da var idi və ümumiyyətlə əzəldən Rusiya olub - Ukrayna olmayıb. Rusiya və Ukrayna həqiqətdə bir millət iki dövlətdir. Demək rus düşmənimizdirsə indiki Ukrayna da düşməndir.
Yazırlar: Rus bizə 20 yanvar Xocalı hadisəsi yaşadıb, torpaqlarımızın işğalında əli var.
Yazıram: 20 yanvar hadisəsində rus qoşununun içində milliyətcə ukraynalı əsgərlər də var idi. Xocalı soyqırımında torpaqlarımızın işğalında əli olan dövlətə xidmət edən qoşunun içində ukraynalılar da var idi.  
Düşüncəsiz vətənpərvərlik sizin axırınıza çıxacaq.
Çünki dini gətirib düşmənin hər an oynatdığı o balaca vətənpərvərlik hisslərinizin içində qərar verməklə batdıqca batacaqsız.
İndi sual edirəm sizə: Torpaqlarımızın işğalında, soyqırımda Amerikanın, sionizmin əli yoxdurmu?
Rus sənin tarixi düşmənindirsə Amerika və sionizim Allahın düşmənidir. 
Hansı vətənpərvərlikdən danışırsan sən? Elə düşüncəsiz ötəri vətənpərvərlik hislərinizdir ki düşmən 30 ildir istədiyi vaxt sizi öz məqsədlərinə görə istədiyi oyunda oynadıb qurban verir!

Hüseynci Millət facebook səhifəsi

23.02.2022

Rusiya ədalətli mövqedədir

Nadir Qocabəyli

Donetsk və Luqansk ərazi baxımından heç Ukraynanın onda biri deyil. Nəhəng Rusiyanın isə yüzdə biri. Bu o deməkdir ki, Rusiyanın bu torpaqlara ehtiyacı yoxdur. O ərazilərə heç bufer zona da demək olmaz, çünki yeri gəlsə, Rusiyanı onların başı üzərindən də uzaq mənzilli raketlərlə vurmaq mümkündür.
Bəs niyə Putin belə bir addım atdı? Heç bir şübhə yoxdur ki, məhz o ərazidə yaşayan insanların, xüsusilə də rusların təhlükəsizliyini təminat altına almaq üçün. Rusiyanın bundan əvvəl atdığı bütün analoji addımlar məhz bu məqsədə xidmət edib.
Rusiya təbii ki, rusların taleyinə biganə qala bilməz və qalmır. O eyni zamanda böyük bir dövlət olaraq yaxınlığında yaşayan kiçik xalqların, həmçinin milli azlıqların problemləri ilə də maraqlanır.
Düşünürəm ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində də tərəflərdən hər hansının haqqının pozulmasını istəmir. Doğrudur, onun bi mövqeyi bir çox azərbaycanlını və ermənini qane etmir. Ancaq bu da təbiidir. Çünki millətçilər elə bir ədavət toxumu səpiblər ki, erməni gələcəkdə Gəncəni, azərbaycanlı da İrəvanı tutmağı xəyal edir. Bu cür insanları Rusiyanın barışdırıcı mövqeyi əlbəttə qane etməz. Rusiya isə hər kəsin SSRİ vaxtı yaşadığı evinə qayıtması strategiyasını yürüdür. Bu, ədalətlidir və rəsmi Bakı ilə İrəvan da bununla razılaşıblar...

Türkiyə serialları Azərbaycan xalqının mənəviyyatını çökürdür


İranla Turkiyənin misalı şeytanla mələyin misalı kimidi və yaxud kafirlə möminin misalı kimidir.
Biri Azərbaycan xalqını imana, əxlaqa dəvət edən təbliğat aparıb, digəri isə pozğunluğa, aqressiyaya və fəsada - insan əxlaqını alt-üst edən şeyləri təbliğ edir.
"Həzrəti Yusif" serialı, "İmam Rza" serialı buna misaldır.
Sadəcə "Həzrəti Yusif" serialından sonra Azərbaycanda yüzlərlə ailələr yeni doğulan uşaqlarına Yusif adını qoydular, "İmam Rza" serialından sonra minlərlə azərbaycanlı İmam Rza ziyarətinə getdi və mənəviyyatları yüksəldi.
Bəs Türkiyə serialı Azərbaycan xalqına nə verir?
Ailələr məhv olur, övlad valideynin üzünə ağ olur. Türkiyəlilərdən alınan örnək nəticəsində təcavüz və zorlama hadisələri çoxalır.
Təkcə "Kurtlar vadisi" adlı serialdan sonra Azərbaycanda gənclər arasında qrup toplayaraq kriminala meyillənmə hadisələri pik həddə çatdı.
Azərbaycanda üzdəniraqlığı yaymaq işində də Türkiyənin böyük rolu var, Türkiyə seriallarında bəzən yaxşı rollarda üzdəniraqlara yer vermək elə məhz şüuraltı təbliğatdır.
Ey Azərbaycan xalqı, mömin dostla kafir dostun qısaca izahnı vermək istədik. Özün düşün hansı sənin mənəviyyatını, dəyərlərini yüksəldər - o dostun əlindən tut və davam et.

Ali Huseyn facebook səhifəsi

21.02.2022

RUSİYA OLMASAYDI AZƏRBAYCAN ƏFQANISTAN OLARDI

Aydın Əlizadə
fəlsəfə elmləri doktoru

Belə sual verim. Bizim bu gün dünyagörüşümüzü formalaşdıran, bizi bir millət və dövlət halına gətirən Axundov, Ağaoğlu, Hüseynzadə, özündə onlarla yazarı və ictimai xadimi birləşdirən "Molla Nəsrəddinçilər" Rusiya İmperiyasından kənarda meydana gələ bilərdilər? O dövrdə Qacar və Osmanlıların arasında belə hərəkat, şəxslər, ideyalar yarandımı? Hələ mən Əfqanıstan ya Sudan kimi məkanları demirəm. Həmin Azərbaycan aydınları nəinki bizim, həm də bütün müsəlman Şərqinin oyanmasında xüsusi rol oynamışdırlar.
İndi gəlin fikirləşək. Rusiya İmperiyası olmasaydı bunlar olacaqdı? Məsələn, "Molla Nəsrəddinçilərin" fəaıliyyətinə hansı ənənəvi müsəlman cəmiyyəti imkan verərdi? Onların hamısını hələ fəaliyyətə başlamamış dar ağacından asardılar. Axundovun isə nəinki özünü, hətta nəslini tikələrə doğrayardılar. Necə ki indi müsəlman ölkələrində görürük. 
İndi əfsanələr söyləyirlər ki, guya biz böyük türk (ya bəzilərinin dediyinə görə iranlı) imperiyalar yaratmış xalqıq. Əslində isə uzaq keçmişə baxdıqca görürəm ki, türk (ya iranlı) orduları qarət məqsədi ilə təşkil edilmiş yürüşlər idi. Bir xanın, ya şahın iradəsindən asılı idi. O öləndən sonra qurduqları qurumlar da dağılırdı.
Yaxın tarix haqqında heç olmasa Sabirin yaradıcılığı təsəvvür yaradır. Onu və başqalarını oxuyanda məlum olur ki, onun dövründə bizim tərəflər Əfqanıstandan fərqlənmirdi.
İndi Rusiya dövründə başlamış və sonra Sovet dövründə davam etmiş maarifçilik olmasaydı biz nə gündə olardıq? Ən yaxşı halda İran Azərbaycanı kimi. Halbuki ona da bizim maarifçilər təsir edib indiki nisbətən babat hala gətiriblər. Yəni yenə də Rusiyanın təsiri ilə.
Tağıyevlər, Əsədullayevlər, Nağıyevlər kimi iş adamları və milli burjuaziya da Rusiya İmperiyasından kənarda formalaşa bilməzdi. Şərq hakimiyyətləri buna imkan verməzdilər, onları da dar ağacından asardılar.
Sovet dövründə davam edən maarifçilik, təhsil, sənaye, sosial həyatın və müasir infrastrukturun qurulması, dövlətçiliyimizim heç olmasa SSRİ tərkibində davam etməsi bu günkü varlığımızı təmin etdi.
Dövlətimiz də Rusiyanın İrandan qopardığı ərazilərdə yarandı. Bu yerlər Qacarlarda qalsaydı indi nə Azərbaycan Respublikası, nə də Azərbaycan milləti olmayacaqdı.
Eyni zamanda, əlbəttə bu uğurları biz özümüz əldə etmişik. Yəni Rusiyada yaranmış imkanlardan yararlana bilmişik və hərtərəfli inkişaf edib bu günümüzü qurmuşuq. Bu çox vacib amildir. Çünki yaranmış imkan hələ onu gerçək etmək demək deyil. İmkandan istifadə etmək bizim istedadlı xalq olduğumıza dəlalət edir. 
Buna görə də Rusiyanı təkcə mənfi obrazda görmək olmaz. Əlbəttə onlar həmişə öz maraqları ilə hərəkət ediblər, ancaq onların maraqları bizim maraqlarımızla üst-üstə düşməsi halları çox olub, indi də var. Heç kəs heç kəsi sevmir, maraqlarla hərəkət edir. Yəni ruslar bizə ancaq ziyan verib, erməniləri dəstəkləyib, dövlətçiliyimizi məhv edib demək gerçəkliyin yalnız bir tərəfidir. Başqa tərəfdən isə yazdıqlarım da var.
Bunu nəzərə alıb gələcəkdə də Rusiya ilə ehtiyatlı davranıb xeyrimizi almalıyıq.
Təbii ki, bəzən maraqlarımız kəsişə də bilər.
Ancaq o hallarda ağılla hərəkət etməliyik ki, zərbə bizə dəyməsin.

20.02.2022

Bizə belə müstəqillik lazım deyil

Əkrəm Məlikov

Müstəqillik kərə yağında bişib hazırlanmış və reklamı gözəl təsvir olunan bir nemətdir.
Ələlxüsus işi olmayıb, iş axtararaq tapıb işləyəndən sonra haqqını ala bilməmək lap ayrıca bir ləzzətdir. Çünki iş sahibi azad insandır, kefi nə istəyir onu da edir.
Lap yaxşı da eləyir.
Sosializm dönəmində fəhlənin pulunu kəsənin qulağını kəsərdilər.
32 ildir qulaqlara Sovet haqqında iftiralarla “züy” tuturlar.
Adama deyərlər ki, sən kimsən müstəqil olasan?
Hansı azad yaşamaqdan danışırsan? Ağızlarına söz düşüb. Bu çürümüş sözü xahiş edirəm tərgidin.
Azad yaşamağın son nəticəsi kimi dünənləri TİR sürücülərinin haqlı etirazında gördük.
30 ilin içində bu azadlığı nəyi var bizə kommunalların qiyməti, ərzaqların keyfiyyətsizliyi və günbəgün bahalaşmağı ilə “nuş olsun” deyib yedirtdilər.
Bu azadlıq dönəmində xalq öz dədə-baba yurdundan didərgin düşdü. 26 min nəfər insanı qətlə yetirdilər.
İndi qul kimdir?
Sosializmdə niyə bir əsgərin burnu qanamırdı?
Həmin dövrdə niyə ölmüş at-eşşək ətindən kolbasa-sosiska, dönər düzəltmirdilər?
Niyə onda məktəbli qızlar abort elətdirmirdi?
Bu qədər narkomaniya Sovet dövründə var idimi?
İntiharların sayı günbəgün silsilə şəklində artır.
Ağızlarına söz düşüb: “Qul kimi yaşayanların azad yaşamaq istəyinin olmadığı təbii haldır”.
Əgər ölkənin bütün ixracı və idxalı başqa ölkədən asılıdırsa, deməli o nə azaddır, nə müstəqil.
Üstəlik belə olan halda bir insan bunu görə-görə özünü azad hesab eləyirsə, o insan ya axmaqdır, ya da xəstə.
Beynəlxalq Avrasiya Hərəkatının eksperti
Darya Platonova:

ABŞ Ukraynada müharibə törətməklə Rusiyanı Avropa ilə bağlayan körpüləri dağıtmaq məqsədi güdür. Hal-hazırda dünyada iki dünyagörüş qarşı-qarşıyadır: Rusiyanın təmsil etdiyi realizm və Qərbin təmsil etdiyi qeyri-ənənəvi dəyərlər. Lakin avropalılar özləri get-gedə dəyişikliklərə ehtiyac duyurlar, qlobalizmin yaratdığı fəsadlardan qorunmağa çalışırlar. “Sarı jiletlilər” hərəkatı, azadlıq konvoyları, ənənələri dəyərləri qorumağa yönəlmiş və qlobalizmi tənqid edən bir sıra manifestasiyalar buna misaldır. Bu fonda Qərbdə özlərini sığortalamaq üçün Rusiyaya qarşı aparılan informasiya-psixoloji əməliyyatlar get-gedə artmaqdadır. Britaniya Xarici işlər nazirliyində “Rusiya dezinformasiyası” ilə mübarizə aparmaq üçün xüsusi şöbə fəaliyyət göstərir. Bu şöbə Rusiyaya qarşı hücum informasiya-psixoloji əməliyyatları həyata keçirmək üzrə ixtisaslaşıb.
Fin politoloqu və jurnalisti Yoxan Bekman:

Homoseksualizm ABŞ-da iki əsas trenddən birinə çevrilmişdir. İkinci trend isə rusofobiyadır. Qərbdə hal-hazırda iki əsas ideologiya var – homoseksualizm və rusofoboya. Bunu kütləvi informasiya vasitələrindən açıq-aşkar görmək olur. Xüsusən Pribaltika ölkələrini rusofobiya başını götürüb. Burda hətta rusların özünə rusca danışmaq qadağan olunub, onlara hətta pasport da verilmir. Ukraynada da indi eyni proseslər cərəyan edir. Olimpiadada Rusiya bayrağının və himninin istifadəsini qadağan etməyə çalışırlar. Qərbin fikrincə, ümumiyyətlə Rusiyanın yaşamağa haqqı yoxdur. Halbuki dünya üçün əsas təhlükə - NATO-nun özüdür. NATO dünyanın terrorçu təşkilatıdır və hal-hazırda Avropanı parçalamağı qarşısına məqsəd qoyub. NATO-nun əsas fəaliyyət istiqamətlərindən biri – İtaliyada “Qladio” əməliyyatında olduğu kimi öz arxasında gizli terror aktları törətməkdir. NATO-nun əsas məqsədi – dünya xalqlarını genosidə uğratmaqdır ki, biz bunu Yuqoslaviyada da gördük, Donbasda da.
Amerikan siyasi icmalçısı və blogeri, keçmiş hərbçi
Con Mark Duqan:

Bayden Pentaqonun iştahalarını təmin etmək üçün yeni Soyuq müharibəyə start vermək istəyir. Müharibə böyük gəlir gətirir. Məsələn, ABŞ Ukraynaya yüz tonlarla silah-sursat, Polşaya 250 “Abrams” tankı və Finlandiyaya 64 ədəd F-35 qırıcı təyyarəsi göndərib. Amerikanlar Rusiyanın ətrafını silah-sursatla doldururlar. Bu fonda Baydenin ailəsi xirtdəyəcən korrupsiyaya batmışdır. Onlar Ukraynada demokratiyadan danışırlar, amma demokratiya nə Ukraynada, nə də ABŞ-da vardır. ABŞ hakimiyyəti ölkədə ənənəvi dəyərlərin axırına çıxıb. ABŞ-da tolerantlıq və LGBT hətta orduda belə təbliğ olunur. Rusiya çalışmalıdır ki, öz ənənəvi dəyərlərini qorusun, planetin xərçəng şişinə çevrilmiş Qərbi dayandırsın və sərhədlərinə yaxınlaşmasına imkan verməsin.
Rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin:

Qərb müharibə olmasını istəyir və buna hazırlaşır. Bu müharibənin əsas məqsədi – Rusiyanı Avropadan kənarlaşdırmaq, Avrasiya məkanında geopolitik oxların yaranmasına mane olmaqdır. İkinci məqsəd Rusiyaya qarşı qlobal koalisiya formalaşdırmaqdır. Üçüncü məqsəd NATO-nu ümumi düşmənə qarşı konsolidasiya etməkdir, belə ki NATO çat verib dağılmaqdadır. Dördüncü məqsəd Rusiya elitalarını prezidentə qarşı qaldırmaq, bu yolla prezidentin devrilməsinə nail olmaqdır. Əgər Rusiya buna reaksiya verməsə Ukrayna NATO-nun irəliləməsi üçün plasdarma çevriləcək. Rusiya problemin həllini yubandırsa daha çox qan töküləcək – geopolitik qanunlar Rusiyanı daha sərt reaksiya verməyə məcbur edir.

Dünya ekspertləri informasiya müharibəsi ilə mübarizə aparmağın yollarını müzakirə etdilər


15 fevral 2022-ci ildə Moskvada İctimai Palatada müasir dünyada informasiya müharibəsinin yaratdığı fəsadlara həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Rusiya, ABŞ və Avtopa İttifaqından olan ekspert və jurnalistlər iştirak etmişlər.
Tədbirdə çıxış edən rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin bildirmişdir ki, Qərb müharibə olmasını istəyir və buna hazırlaşır. Bu müharibənin əsas məqsədi – Rusiyanı Avropadan kənarlaşdırmaq, Avrasiya məkanında geopolitik oxların yaranmasına mane olmaqdır. İkinci məqsəd Rusiyaya qarşı qlobal koalisiya formalaşdırmaqdır. Üçüncü məqsəd NATO-nu ümumi düşmənə qarşı konsolidasiya etməkdir, belə ki NATO çat verib dağılmaqdadır. Dördüncü məqsəd Rusiya elitalarını prezidentə qarşı qaldırmaq, bu yolla prezidentin devrilməsinə nail olmaqdır. Korovinin sözlərinə görə, əgər Rusiya buna reaksiya verməsə Ukrayna NATO-nun irəliləməsi üçün plasdarma çevriləcək. Onun fikrincə, Rusiya problemin həllini yubandırsa daha çox qan töküləcək – geopolitik qanunlar Rusiyanı daha sərt reaksiya verməyə məcbur edir.
Amerikan siyasi icmalçısı və jurnalisti Tim Kerbi çıxışında bildirmişdir ki, bu gün Soyuq müharibə dövrünə bənzər vəziyyət yaranmışdır - Qərb ilə Şərqin, təkqütblü dünya ilə çoxqütblü dünyanın qarşıdurması yenidən meydana çıxmışdır. Lakin Kerbi optimist əhval ruhiyyəyə kökləndiyini söyləmişdir, belə ki vəziyyət o həddi kritik deyil ki müharibə baş versin - onun fikrincə ABŞ-ın müharibəyə başlaması üçün Perl-Xarbor və ya 11 sentyabr teraktı kimi katalizatorlar lazımdır.
İtalyan publisisti Elizeo Bertolazi çıxışında bildirmişdir ki, ABŞ ürəyi istədiyi vaxt müharibə törədir, necə ki bunu Yuqoslaviyada, Əfqanıstanda, İraqda, Liviyada və Suriyada etdi. Lakin ABŞ Rusiya ilə birbaşa müharibə etməkdən qorxur, ona görə də bunu ukrain əsgərinin əli ilə etməyə çalışır. Publisistin fikrincə Ukraynadakı müharibə amerikan hərbi-sənaye kompleksi üçün sərfəli biznesdir, belə ki ABŞ Ukraynaya silah-sursat satır. Müharibə nəticəsində Ukraynanın nə qədər dinc əhalisinin qırılacağı isə qərblilərin heç veclərinə də deyil. Bertolazinin fikrincə Ukrayna NATO-ya Rusiya sərhədlərinə yaxınlaşmaq problemini həll etmək üçün lazımdır; Qərbdə Ukrayna məsələsinə özlərinin milli təhlükəsizlikləri çərçivəsindən yanaşırlar.
Amerikan siyasi icmalçısı və blogeri, keçmiş hərbçi Con Mark Duqan bildirmişdir ki, Bayden Pentaqonun iştahalarını təmin etmək üçün yeni Soyuq müharibəyə start vermək istəyir. Müharibə böyük gəlir gətirir. Nümunə üçün Duqan demişdir ki, ABŞ Ukraynaya yüz tonlarla silah-sursat, Polşaya 250 “Abrams” tankı və Finlandiyaya 64 ədəd F-35 qırıcı təyyarəsi göndərib. Amerikanlar Rusiyanın ətrafını silah-sursatla doldururlar. Duqanın sözlərinə görə Baydenin ailəsi xirtdəyəcən korrupsiyaya batmışdır. Onlar Ukraynada demokratiyadan danışırlar, amma demokratiya nə Ukraynada, nə də ABŞ-da vardır. ABŞ hakimiyyəti ölkədə ənənəvi dəyərlərin axırına çıxıb. ABŞ-da tolerantlıq və LGBT hətta orduda belə təbliğ olunur. Duqanın fikrincə Rusiya öz ənənəvi dəyərləri qorumağa can atmalıdır, planetin xərçəng şişinə çevrilmiş Qərbi dayandırmalıdır və sərhədlərinə yaxınlaşmasına imkan verməməlidir.
Fin politoloqu və jurnalisti Yoxan Bekman nəzərə çatdırmışdır ki, homoseksualizm ABŞ-da iki əsas trenddən birinə çevrilmişdir. İkinci trend isə rusofobiyadır. Qərbdə hal-hazırda iki əsas ideologiya var – homoseksualizm və rusofoboya. Bunu kütləvi informasiya vasitələrindən açıq-aşkar görmək olur. Xüsusən Pribaltika ölkələrini rusofobiya başını götürüb. Burda hətta rusların özünə rusca danışmaq qadağan olunub, onlara hətta pasport da verilmir. Ukraynada da indi eyni proseslər cərəyan edir. Olimpiadada Rusiya bayrağının və himninin istifadəsini qadağan etməyə çalışırlar. Qərbin fikrincə, ümumiyyətlə Rusiyanın yaşamağa haqqı yoxdur. Halbuki dünya üçün əsas təhlükə - NATO-nun özüdür. NATO dünyanın terrorçu təşkilatıdır və hal-hazırda Avropanı parçalamağı qarşısına məqsəd qoyub. NATO-nun əsas fəaliyyət istiqamətlərindən biri – İtaliyada “Qladio” əməliyyatında olduğu kimi öz arxasında gizli terror aktları törətməkdir. NATO-nun əsas məqsədi – dünya xalqlarını genosidə uğratmaqdır ki, biz bunu Yuqoslaviyada da gördük, indi də Donbasda görürük.
Beynəlxalq Avrasiya Hərəkatının eksperti Darya Platonova bildirmişdir ki, ABŞ Ukraynada müharibə törətməklə Rusiyanı Avropa ilə bağlayan körpüləri dağıtmaq məqsədi güdür. Hal-hazırda dünyada iki dünyagörüş qarşı-qarşıyadır: Rusiyanın təmsil etdiyi realizm və Qərbin təmsil etdiyi qeyri-ənənəvi dəyərlər. Lakin avropalılar özləri get-gedə dəyişikliklərə ehtiyac duyurlar, qlobalizmin yaratdığı fəsadlardan qorunmağa çalışırlar. “Sarı jiletlilər” hərəkatı, azadlıq konvoyları, ənənələri dəyərləri qorumağa yönəlmiş və qlobalizmi tənqid edən bir sıra manifestasiyalar buna misaldır. Bu fonda Qərbdə özlərini sığortalamaq üçün Rusiyaya qarşı aparılan informasiya-psixoloji əməliyyatlar get-gedə artmaqdadır. Britaniya Xarici işlər nazirliyində “Rusiya dezinformasiyası” ilə mübarizə aparmaq üçün xüsusi şöbə fəaliyyət göstərir. Bu şöbə Rusiyaya qarşı hücum informasiya-psixoloji əməliyyatları həyata keçirmək üzrə ixtisaslaşıb.
Tədbirdə çıxış edən geopolitika ru portalının baş redaktoru Leonid Savin danışmışdır ki, Britaniya Rusiya ilə informasiya müharibəsinə 82 milyon funt sərf etmişdir. Düşmən KİV-lərini biz görürük və onları identifikasiya etmək asandır - Bloomberg, NYT, Washington Post. Lakin bir sıra başqa KİV-lər də var ki, dost və yaxud neytral ölkələrdə, “proksi” işləyirlər. Düşmənlərimiz xüsusi qrup adamlardan, öz agentlərindən istifadə edirlər ki, bizə dost olan ölkələrdəki insanların şüurlarına təsir etsinlər və onları bizə qarşı yönəltsinlər. Strateji məqsəd – Rusiyanın obrazının demonizasiyasıdır. 
İtalyan filosofu Mauro Belardi  bildirmişdir ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ABŞ və Avropa maliyyə elitalarına sərfəlidir. Avropa İttifaqı əslində siyasi təsisat deyil, Avropa xalqlarını yumruqları altında saxlayan bankların toplusudur. Bilməyiniz vacibdir ki, real Avropada qlobalistlərin maliyyə tiraniyasına qarşı müqavimət vardır. Biz ziyalılar qlobalçıların Avropada hegemonluğuna qarşıyıq. Xalqda potensial qiyam qaynayıb daşır. Təəssüf ki düşmən güclüdür. Onun apardığı informasiya müharibəsinə biz mədəni müharibə ilə cavab verməliyik. Onların pulu var, bizim isə ruhumuz var. Görək kim qalib gələcək.
Tədbir iştirakçılarının gəldiyi yekdil nəticə bu olmuşdur ki, informasiya müharibəsinə həsr olunmuş tədbirləri tez-tez keçirmək lazımdır.

17.02.2022

Yaqub Eyyubovun Avropadan Amerikaya qədər uzanan biznesi

2003-cü ildən bəri hökumət başçısının birinci müavini portfelini daşıyan Yaqub Eyyubovun ailə biznesinə həm də Bakıda işgüzar, səyahət və s. məqsədlər üçün istifadə olunan çamadan ticarəti də daxildir. Amma bu ailənin biznesinin bir hissəsi müxtəlif yollarla, o cümlədən ofşor şirkətlər vasitəsilə ölkədən kənara daşınıb. Bunun üçün çamadandan istifadə etmək heç də şərt deyil.
Orxan Eyyubov – Yaqub Eyyubovun kiçik oğlu – 10 il bundan öncə 27 yaşında ikən Londonda biznesə başlayarkən, şirkətə simvolik olaraq 1 funt yatırmışdı. İndi isə Dumanlı Albionun daşınmaz əmlak bazarında çalışan həmin şirkətin başgicəlləndirən məbləğdə kapitalı var.
“Unifood Liqors (UK) Limited” şirkəti 2009-cu ilin iyunun 9-da Londonda 55 Princes Gate Exhibition Road ünvanında qida və içki sənayesi sahələrində məsləhət xidmətləri göstərmək məqsədilə yaradılıb.
Hesabatlarda məsləhət xidmətlərinin kimə və harada göstərildiyi əks olunmasa da, şirkət öz direktoruna fəaliyyət başladığı elə ilk vaxtdan dövriyyəsi ilə müqayisədə yüksək hesab oluna biləcək məbləğlərdə mükafat və dividendlər qazandırıb. Birinci iki ildə orta hesabla illik 30 min funt gəlir götürən şirkət Orxan Eyyubova 19 800 funt mükafat və 9 500 funt dividend ödəyib.
2012-ci il şirkət üçün dönüş ili olub. Sentyabrda onun həm adı və ünvanı, həm də fəaliyyət sferası dəyişdirilib. “New Canada Capital Ltd” adı altında işini daşınmaz əmlak əməliyyatları sahəsində davam etdirən şirkət Londondan Ridinq (Reading) şəhərinə köçüb. Bura (One Forbury Square the Forbury) həm də Orxanın qeydiyyat ünvanı olur.
Sənədlərə görə, bu zaman Orxan Eyyubov artıq Britaniyada yaşamaq hüququ əldə etmişdi. Orxan özü isə bu şəhərə 2018-ci ilin aprelində köçüb. 2012-ci ilin oktyabrın 1-də o şirkətdəki payların 50%-i Günay Bayramovaya satır. Elə şirkətin sürətli inkişafı da bu tarixdən başlayır. Şirkət daşınmaz əmlaka 6 514 728 funt sərmayə yatırır. Hansı mənbədən – bu barədə sənədlərdə bir soz deyilmir.
30 iyun 2013-cü il tarixinə şirkət 132 290 funt mənfəət götürdüyünü elan edir. Növbəti maliyyə ilində (iyun 2013-iyun 2014) investisiyalar 8 244 489 funta, mənfəət isə 433 726 funta (2015 - 453 114 funt) qalxır. 2014-cü ilin aprelində Günay və Orxan bütün səhmləri 3 satış əməliyyatı ilə “Princeton Management Limited” şirkətinə ötürürlər. Mənşəyi məlum olmayan bu ofşor şirkət 2017-ci ilin mayınadək onun yeganə səhmdarı idi. Şirkət böyüməkdə davam edir: 2016-cı ilin iyununda “New Canada Capital Ltd” şirkətinin kapitalı qazanılmış mənfəət hesabına 500 000 funta çatdırılır. Şirkətin investisiya əmlakının dəyəri isə artıq 12 408 698 funt idi. 2016-cı ilnin dekabrın Orxan Eyyubov Kanada vətəndaşlığı əldə edir. Onun bu ölkədəki ünvanı sənədlərdə “Ontario, Oakville, Cornwall Road, 1300, mənzil 201” kimi təqdim olunur. Amma Orxan indiyədək Azərbaycan vətəndaşlığını da qoruyub saxlayır. 2017-ci ilin aprelində şirkətin kapitalına yenidən 250 000 funt yatırılır. Bir ay sonra isə şirkət Kanada əsilli iki şəxs: 31 yaşlı Klaudia Yanqın (Claudia Young), 59 yaşlı Con Makdonaldın (Cohn McDonald) və Orxan Eyyubovun birgə nəzarətinə keçir. Bu ölkədə Con Makdonald və Orxan eyni hüquqi ünvanda (50 Burnhamthorpe Road West, Suite 900, Mississauga, Ontario) qeydiyyatdadırlar. Az sonra Klaudia şirkəti tərk edir və iyun ayından Orxan Eyyubov “New Canada Capital Ltd” şirkətinin 75%-dək səhmlərinə nəzarəti əldə edir. Hazırda onun biznes ortağı Con Makdonalddır. 2018-ci ilin martında “New Canada Capital Ltd” şirkəti yeni ünvana, indi məskunlaşdığı Thames Tower Biznes Mərkəzinə köçüb. O vaxtdan şirkət “saatlarını” Miladi təqvimə (01 yanvar-31 dekabr) uyğunlaşdırıb. 2018-ci ilin iyul ayında şirkət kapitalını 12.484.534 furt – təxminən investisiya əmlakının dəyəri həcmində artırıb və hazırda o, 13.234.534 Britaniya funtu və ya təxminən 28,5 milyon manat təşkil edir.
Bu ilin may ayında Orxan Eyyubov şirkətdəki direktoru vəzifəsini Maykl Vitbi Smitə (Michael Whitby Smith) ötürüb. Orxanın atası Yaqub Eyyubovla həmyaşıd olan Maykl Birtaniyada daşınmaz əmlak bazarında 50 illik təcrübəyə malikdir və “Whitby Smith” şirkətinin idarəedici partnyorudur.
“Bizim əsas fəaliyyətimiz Böyük Britaniyanın bütün ərazisində daşınmaz əmlaka birbaşa investisiyaları idarə etməkdir. İntizamlı strategiyamız, Britaniyanın daşınmaz əmlak bazarının və ingilis hüququnun Avropanın qalan hissəsindən ənənəvi üstünlüyü sayəsində güclü və hər zövqə cavab verən bir özəl şirkət olmaq yolundayıq. Bu yolda istənilən iqtisadi tsikldə zamanın sınaqlarına tab gətirəcəyimizə əminik”.
Şirkətin korporativ saytında bu ambisiyalı məramnamədən başqa heç bir məlumat yoxdur.
Orxan Eyyubov Kanadada 2014-cü ilin avqustunda yaradılan “Canada Ltd” şirkətinin direktorlarından biridir. Bundan başqa, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun üstünü açdığı “Panama sənədləri”nə görə, o həm də 2012-ci ilin iyununda Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “Ellisfield Development Ltd” şirkətinin mülkiyyətçisi olub. Həmin şirkətin hüquqi ünvanı İsveçrənin Cenevrə şəhəri olub və 2017-ci ilin fevralında “Mossack Fonseca Co (Jeneva) S.A.” şirkəti onun könüllü ləğvinə başlandığını elan edib.
“Azərbaycan paltaryuyanı” adını alan və 2012-2014-cü illərdə 2,9 milyard ABŞ dolları məbləğində ölçülən vəsaitin Azərbaycandan çıxarılması, Avropa siyasətçilərinin ələ alınması və digər məqsədlər üçün istifadə edilməsindən bəhs edən beynəlxalq jurnalist araşdırmasında Orxan Eyyubovun sahib olduğu başqa bir ofşor şirkətdən istifadə olunduğundan da bəhs edilir.
Jurnalistlərin “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi” (OCCRP) 2017-ci ildə dərc etdiyi hay-küylü və ifşaedici araşdırmaya görə, “Metastar LLP” – pul yuyulmasında iştirak edən 4 əsas şirkətdən biri – Virgin adalarında (Britaniya) yaradılan “Velasco İnternational İNC” şirkətinə 2012-ci ilin iyulundan 2013-cü ilin may ayınadək 9 milyon dollardan çox pul ötürüb. Pullar şirkətin Macarıstandakı və Kiprdəki bank hesablarına hissələrlə köçürülüb. Şirkətsə Orxan Eyyubova məxsus imiş. Sızan onminlərlə sənəd arasında bunu da təsdiq edən sənəd var.
“Panama sənədləri”nə görə, “Velasco İnternational INC” şirkəti Macarıstanda ofşor şirkətlərin yaradılması sahəsində ixtisaslaşan “Levaco” hüquq agentliyinin sifarişi ilə Britaniyanın Virgin adalarında yaradılıb. Şirkətin yaradılması üçün Baham adalarında 2007-ci ilin noyabr ayında qurulan “Nottingham Holding Limited” şirkətindən istifadə olunub.
Beynəlxalq mediada “Panama Papers” kimi məşhurlaşan sənədlərinə görə, bu şirkətin yeganə sahibi Orxan Eyyubovdur. Üstündən illər keçsə də Orxanın Londondakı “New Canada Capital Ltd” şirkətinin 2012-ci ilin ortalarında birdən-birə “parlamasında” ofşor hesablardan axan pulların iştirakı araşdırılmayıb. Hərçənd Macarıstan mediası Orxan Eyyubovun ofşor şirkətlərinə yönələn pulları bir aspektdən – həmin illərdə bu ölkədə həbsdə olan azərbaycanlı hərbçi Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün qeyri-qanuni yollarla istifadə olunması ehtimalı üzərində araşdırıb.
“Atlasco” qəzetinin təhqiqatı ilə müəyyən olunub ki, “Velasco İnternational İNC” şirkəti bu ölkəyə investisiya edib: “Biopalmitin Tejtermék Gyártó és Kereskedelmi Kft” şirkətinin səhmlərinin müəyyən hissəsini əldə edib. Süd emalı ilə məşğul olan bu şirkətdəki payını Orxan 2011-ci ilin oktyabrında Kamran Eyyubova – əmisi oğluna satıb. Əmioğullarının Macarıstana gedib çıxan biznes ortaqlığının bir ucu Bakıdadır. Onların Müşahidə Şurasında təmsil olunduqları “İlrem” MMC 2009-cu ilin sentyabr ayında yaradılıb. Şirkətin təsisçiləri “İlkin Ko. Ltd” Məhdud Məsuliyyətli Müəssisəsi (Azərbaycan), “Ceu-Rem ZRT” (Macarıstan) və “Karakos Group S.A.” (Panama) şirkətləri olub. Müşahidə Surasının sədri Orxan Eyyubovdur. Şurada Kamran Eyyubov və iki Macarıstan vətəndaşı da təmsil olunur.
Macar jurnalistləri “İlrem” MMC-nin həmin ölkədəki biznes fəaliyyətini aşkara çıxara bilməyiblər. Elə Azərbaycanda da onun nə işlə məşğulduğu bəlli deyil. Bakıda, Murtuza Muxtarov küçəsi, 13 nömrəli evdəki mənzillərdən birində “İlrem” MMC ilə yanaşı, “İlkin Ko. Ltd” MMM (iyun, 2009), “Çeşmə-1” MMC (may, 1998) və “Səda 1992” MMC (iyul, 1998) təsis olunub.
“İlkin Ko. Ltd” və “Çeşmə” şirkətlərinə Yusif Əyyubov – Baş nazirin birinci müavini Yaqub Eyyubovun kiçik qardaşı – rəhbərlik edir. Baş nazirin birinci müavini həyat yoldaşı Mina Məcid qızı ilə birlikdə Bakıda Fəvvarələr Meydanının yaxınlığında yaşayır. Zeynalabdin Tağıyev küçəsindəki həmin binanın bir başqa mənzilində onların oğlu Orxan da qeydiyyatdadır. “Aspekt-Co” MMC atanın mülkiyyətində olan mənzildə 2003-cü ildə, Yaqub Eyyubov Baş nazirin müavini vəzifəsindən Baş nazirin “sağ əli” postuna gətirilən il, oktyabrın 29-da – doğum gününü qeyd edəndən 5 gün sonra dövlət qeydiyyatına alınıb. Şirkət “Park Bulvar” alış-veriş mərkəzi 2013-cü ildə istifadəyə verilən vaxtdan orda kiçik mağaza açıb. Mağaza Avropa istehsalı olan çanta və turist arabalarının satışı ilə məşğuldur. “Aspekt-Co” MMC “Samsonite” ticarət nişanı altında buraxılan məhsulların Azərbaycanda rəsmi satış təmsilçisidir. “Samsonite International S.A.” şirkəti ABŞ-da yaradılıb, amma əsas ofislərindən biri Lüksemburqda yerləşir.
Maraqlıdır ki, Emin Eyyubov – Yaqub Eyyubovun digər oğlu – Belçika Krallığında fövqəladə və səlahiyyətli səfir olmaqla yanaşı, 2007-ci ilin mayında həm də Lüksemburq Böyük Hersoqluğuna da səfir təyin edilib. Çanta, sakvoyaj və yol arabalarının Bakıda ticarətinin təşkil olunmasına onun “diplomatik fəaliyyətinin” rolu haqda sualı vermək üçün mağazada olduq. Burda telefon nömrəsini götürsələr də, cavab veriləcəyinə söz versələr də, əlaqə saxlamadılar.
Emin Eyyubov 2018-ci ilin oktyabrında Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Bir ay keçər-keçməz o Bakıda 10 000 manat kapitalı olan “Dipcon” MMC yaradıb. Ailənin ortancılı, 44 yaşlı Fərhad Eyyubov hüquq-mühafzə orqanlarında çalışır. 2015-ci ilin noyabr ayından bəri o Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsini daşıyır.
Yaqub Eyyubovun qardaşı Yusif də Azərbaycanda yüksək vəzifələrdə olub. Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının idarə edilməsi və istehsalın təşkili departamentinin direktoru işləyib, nazirliyin kollegiyasında təmsil olunub. 2001-ci ildə Xorvatiyada “Montevideo D.o.o” şirkətini yaradıb. Şirkətin mülkiyyətində Zaqrebdə Rijeçka küçəsi 10 ünvanında yerləşən zirzəmi nəzərə alınmaqla üçmərtbəli VITA Fitness SPA mərkəzi var. Burda voleybol da daxil olmaqla bir çox idman növü ilə qrup və fərdi şəkildə məşğul olmaq hər cür şərait var. Sauna, hovuz, kafe-bar da ki öz yerində. Yusif Eyyubov burda 10-da çox iş yeri açıb. Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin apardığı təhqiqat müəyyən edib ki, şirkətin təsisçisi onun yaradılımasına 19,9 milyon xorvat kunüsi (təxminən 3 milyon ABŞ dolları) yatırıb. Y.Eyyubov Azərbaycanla əlaqələrini də itirmir. 2017-ci ildə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası onu Xorvatiyada özünün nümayəndəsi təyin edib.
Yusif Eyyubov əsasən xaricdə yaşasa da, Azərbaycan vətəndaşlığını və burda şəxsi biznes maraqlarını qoruyub saxlayır. Bunu onun həyat yoldaşı Qənirə Ramis qızı Eyyubova ilə birlikdə iddiaçı qismində iştirak etdiyi bir neçə məhkəmə çəkişmələri də təsdiq edir. 2017-ci ildə onlar “Bakı Yükavtonəqliyyat” ASC-də üzərində mülkiyyət hüququ üğrunda “El Holding” şirkətləri qrupunun prezidenti Elçin Cəmşid oğlu Muradovla məhkəməyə çıxmaqdan də çəkinməyiblər. Lakin onların iddiasını məhkəmə təmin etməyib.
Yusif Eyyubovun oğlu Kamran həm elmi-pedaqoji, həm də geniş biznes fəaliyyəti ilə məşğuldur. O Azərbaycanda və Birtaniyada ali təhsil alıb, elmlər namizədidir. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının dosenti işləyib. Eyni zamanda Dövlət Gömrük Akademiyasının iqtisadiyyat və təbiət fənləri kafedrasının müdiri olub. Bununla bərabər o menecer və sahibkardır. Bakıda “Səbət” və “Fresco” pərakəndə ticarət obyektlərinin sahibi olan “Azeri Retail” MMC-nin baş icraçı direktoru işləyib.
Ötən ilin yanvarında “RDC” MMC-ni yaradıb. Şirkət biznes idarəetmə sahəsində məsləhət xidmətləri ilə bərabər ictimai iaşə, ticarət, anbar təsərrüfatı, logistika sahələrində fəaliyyət göstərir. “RDC” şirkəti ilə eyni ünvanda Badamdar qəsəbəsindəki mülklərdən birində 2018-ci ilin martında “İnspire Pilates Studio” MMC təsis olunub. Bu şirkət Bakıda Aşıq Alı küçəsindəki salonda fitnes xidmətləri təqdim edir. Yusif Eyyubovun Xorvatiyadakı obyekti kimi.
Baş Nazirin birinci müavini Yaqub Eyyubov oğlunun Böyük Britaniyadakı biznesinə şəxsi kapitalı hesabına yardım etməsi barədə Nazirlər Kabinetinin mətbuat xidməti vasitəsilə ünvanlaşmış suala cavabdan yayınıb.
Kamran Eyyubov da ilkin kapitalında atasının payının olub-olmaması, “Azeri Retail” MMC-də mülkiyyətçi kimi iştirakı, Macarıstandakı süd zavodundakı səhm payı və digər bu kimi yazılı suallara cavab verməyib.

Hafiz Babalı                   meydan.tv

“Aldığım rüşvətin 2,5 milyonunu Qarayevə otağında şəxsən vermişəm” – Şok ifadə

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun əməlləri ilə bağlı detallar bəlli olub.
Z.Sultanov istintaqa ifadəsində deyib ki, aldığı rüşvətin böyük əksəriyyətini sabiq nazir Əbülfəs Qarayevə verib.
Zakir Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul alıb. Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Z.Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub.
Məhkəmə materiallarına əsasən, Zakir Sultanovun Əbülfəs Qarayevə xidməti otağında verdiyi pulların məbləğini epizodlar üzrə təqdim edirik:

– 2018-ci ildə layihənin həyata keçirilməsinə şərait yaradılması üçün podratçı şirkətdən aldığı 900 min manatdan 700 min manatı;
– Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə görə icraçı şirkətdən aldığı 533 min manat, Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisini həyata keçirəcək icraçı şirkətdən aldığı 218 min manat, beləliklə iki layihə üçün ümumilkdə aldığı 751 min manatdan 600 min manatı;
– Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 300 min manatdan 240 min manatı;
– Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 200 min manatdan 160 min manatı;
– Bərdə şəhərində Allah-Allah türbəsinin təmir-bərpa və konservasiya işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 450 min manatın 360 min manatı;
– Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 80 min manatdan 60 min manatı;
– 2014-cü ildə isə daha bir layihə üzrə bağlanmış müqaviləyə əsasən icraçı şirkətdən aldığı 240 min manatdan 192 min manatı;
– Bakı şəhəri, Müslüm Maqomayev adında 26 saylı musiqi məktəbinin əsaslı təmir layihəsi üçün aldığı 7 min manat, Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin təmir layihəsi üçün aldığı 10 min 400 manat, Səbail rayonu, Bibiheybət qəsəbəsi Mədəniyyət evinin təmir layihəsi üçün aldığı 7 min 700 manat, Bakı Turizm peşə məktəbi binasının əsaslı təmiri layihəsi üçün aldığı 6 min manat, Sabirabad rayonu Mədəniyyət evinin əsaslı təmir layihəsi üçün aldığı 28 min 550 manat, Bərdə şəhəri Mədəniyyət Mərkəzi binasının tikinti layihəsi üçün 21 min 500 manat, Dram Teatrı binasının əsaslı təmiri layihəsi üçün aldığı 20 min 250 manat, Tovuz rayonu Mədəniyyət evinin əsaslı təmir layihəsi üçün aldığı 17 min 800 manat, Nərimanov rayonu 21 saylı musiqi məktəbinin əsaslı təmir və texniki təchizat layihəsi üçün aldığı 24 min 300 manat, Xəzər rayonu Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 21 min 250 manat, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 21 min 300 manat, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 19 min 300 manat, Dərbənd şəhərində Azərbaycan Mədəniyyət Evinin yeni binasının tikinti layihəsi üçün aldığı 50 min 600 manat (bu epizodlar üzrə bütün pullar eyni podratçı şirkətdən alınıb), ümumilikdə aldığı 255 min 950 manatdan 200 min manatı.

Xatırladaq ki, məhkəmə istintaqı dövründə Zakir Sultanov Əbülfəs Qarayevin məhkəməyə çağırılıb dindirilməsini tələb etsə də, vəsatət təmin olunmamışdı.
Z.Sultanov törətdiyi əməllər üzrə dövlətə vurduğu 5,3 milyon manat zərərin hamısını ödəyib. /hokm.az/

Maşın ustası Kamil, əsilzadə İlahəxanım, onun Roma merinə ərə gedən anası


İtaliyada çoxsaylı mülklərə, daşınmaz əmlaklara, restoranlara sahib olduğunu iddia edən Bakı şəhər sakini 51 yaşlı İlahəxanım Məmmədova analoqu olmayan dələduzluğa “imza atıb”.
Tanınmış biznesmen, Azərbaycan əsilli iş adamı Qod Nisanovla guya qohumluq əlaqəsi olduğunu uyduran qadın yalanlarına inandırdığı maşın ustasının pullarını ələ keçirib. Ömründə bircə dəfə də olsun İtaliyaya səfər etməyən, Romaya qədəm basmayan İlahəxanım öz toruna saldığı Kamil Babayevə Romadan ona sərfəli qiymətə restoran, ev alacağını vəd edib. Və bütün bunları təkbaşına deyil, qulluqçu kimi təqdim etdiyi ahıl anası Validə Məmmədova ilə birgə törədib. Ana-balanın cinayət işi üzrə ibtidai istintaq bu günlərdə yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
virtualaz org-un xəbərinə görə, İlahəxanım Məmmədova tanışı Kamil Babayevə özünü və ailə üzvlərini “imkanlı, Romada müxtəlif mülk sahibləri olan əsilzadə” kimi təqdim edib. Guya pandemiya ilə əlaqədar İtaliyanın paytaxtında restoran və evlərin çox ucuzlaşdığını, bu səbəbdən özlərinə Romada xeyli sayda restoran və mülk aldıqlarını deyib. Anasını isə K.Babayevə qulluqçusu kimi təqdim edib. Bildirib ki, “qulluqçusunun”  nəzarəti ilə Bakıda bağ evini təmir etdirir, amma pandemiyaya görə ölkə sərhədləri bağlı olduğundan Romadan Bakıya qayıda bilmir. “Əsilzadə” qadın “bağ evinin təmiri üçün lazım olan inşaat materiallarının alınması, ustalara zəhmət haqqı ödənilməsi” üçün “qulluqçu”ya müəyyən məbləğdə pul verməyi K.Babayevdən xahiş edib. Bunun əvəzində isə ona Romadan öz pulu ilə 25 min avroya restoran, 27 min avroya ev alacağını deyib, hətta onu İtaliya vətəndaşlığına qəbul etdirəcəyinə söz verib. Bu yolla K.Babayevin etibarını qazanan qadın onun üst-üstə 100 min manata yaxın pulunu ələ keçirib.
Zərərçəkənin şikayətindən sonra hüquq-mühafizə orqanları dələduzluq faktı üzrə cinayət işi qaldırıb. İ.Məmmədova barəsində Yasamal rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri, anası Validə Məmmədova barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən İlahəxanım Məmmədova ifadəsində uzun müddət saç ustası və kosmetoloq işlədiyini, sonralar bizneslə məşğul olduğunu, yaşadığı mənzili sataraq biznesə yatırdığını, lakin iflasa uğradığını, anası və oğlu ilə birgə kirayədə yaşadığını deyib.
İ.Məmmədovanın ifadəsinə görə, zərərçəkmiş Kamil Babayevlə tanışlığı 2018-ci ilə təsadüf edib. Avtomobilini təmir etdirmək üçün bir neçə dəfə K.Babayevin usta işlədiyi təmir sexinə aparıb. Söhbət əsnasında ona milliyyətcə yəhudi olduğunu deyib, qohumlarının, dayılarının İtaliyada və Rusiyada uğurlu bizneslərə malik olduqlarını söyləyib.
2020-ci ilin əvvəlində İ.Məmmədova ketrinq firması qurub yemək biznesinə girişmək istəyib. İcarəyə obyekt götürmək, aşpaz tutmaq, kuryerlə yeməklərin satışını həyata keçirməyi planlaşdırıb. Biznesə hazırlıq üçün isə ona pul lazım idi. Dediyinə görə, pula ehtiyacı onu Kamil ustanın yanına aparıb. Fikirləşib ki, borc alsın, firmanı işə salsın, qazandığı pulla da borcunu qaytarsın.
“Planlarımı reallaşdırmaq üçün Kamilə müəyyən yalanlar danışmaq məcburiyyətində qaldım. Yalandan dedim ki, anam Romanın meri ilə evlənib, hazırda orda yaşayır. Romada evimiz və restoranlarımızın olduğunu söylədim. Mən Kamillə ancaq “WhatsApp”la əlaqə saxlayırdım. Ona Romada olduğumu, anama məxsus restoranları işlətdiyimi, pandemiyaya görə İtaliyadan gələ bilmədiyimi, bağ evimizin təmiri üçün lazım olan pulu qulluqçumuza verməyi xahiş etmişdim” - qadın ifadəsində göstərib.
İtaliyanın adını eşidib üzünü görməyən İlahəxanım “qulluqçu” vasitəsilə Kamildən aldığı pulları sağa-sola xərcləyib. Borclarının əvəzinə ona İtaliyadan restoran almağı təklif edib. Ona deyib ki, Romadan alacağı restoranı sonra icarəyə verər, qazandığı pulla mülk sahibi olar. Hətta internetdən bir restoran fotosu taparaq Kamil ustaya yollayıb. Həmin restoranı onun üçün almaq istədiyini deyib. Kamil usta da razılaşıb. Təxminən 2020-ci ilin iyulunda Kamilə növbəti yalan sataraq öz restoranlarının yaxınlığında ona restoran aldığını yazıb.
2020-ci ilin avqust ayında gözəllik salonu açmaq, yemək biznesi qurmaq üçün anası ilə birgə Türkiyəyə yollanan İ.Məmmədovanın orda işləri alınmadığından Belarusa gedib. Uğursuz biznes onu yenidən Azərbaycana dönməyə məcbur edib. Yenidən Kamil ustadan pul qoparmağa başlayıb. Qadının “gəl sənə Romadan ev alım, İtaliyaya gələndə öz evində yaşayarsan” sözlərinə inanan  Kamil hətta qadına minnətdarlıq edib, ona “Allah səndən razı olsun” deyib və bağ evinə maddi dəstək (“qulluqçu”ya pul vermək) göstərməyə davam edib. İlahəxanım isə aldığı pullarla anası və oğlu ilə birgə iş qurmaq adıyla yenidən Türkiyəyə gedib, bir müddət orda yaşayıb. Türkiyədə olduğu zaman Kamillə əlaqə quraraq ona İtaliyada olduğunu deyib. Ötən ilin mart ayına qədər Türkiyədə qalıb. Kamil ustanın ondan narazılıq etdiyini öyrənən qadın yalanları ortaya çıxmasın deyə Azərbaycana qayıdıb, həm anasının, həm də özünün telefon nömrələrini dəyişib. Ötən il oktyabrın 1-ində isə mağazaya daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən Validə Məmmədova ifadəsində göstərib ki, qızının göstərişi ilə Kamil adlı şəxsdən pul alıb, qızına verib. Hər dəfə Kamil onunla telefon əlaqəsi saxlayanda kirayə yaşadıqları binanın həyətinə düşüb, ondan pulları götürüb.
“Qızımın Kamildən nə məqsədlə pul aldığını bilmirdim. Sonradan öyrəndim ki, pullar bağ evimizin təmiri üçün alınırmış. Əslində isə bizim Qala qəsəbəsində nə bağımız olub, nə də torpaq sahəmiz. Qızım Kamildən pul almaq üçün belə deyib. Qızımın məni dayə kimi təqdim etməsini bilməmişəm. İlahəxanım xaricdə biznes qurub borclarının hamısını qaytaracaqdı. Amma işi alınmadı. Pullar da hamısı xarici ölkələrə uçmaq üçün təyyarə biletlərinə, yol xərcinə, otellərə xərcləndi. Qızım tutulan günə qədər Kamilin bizdən polisə şikayət etdiyini bilməmişik”, - Validə Məmmədova belə deyib.
V.Məmmədova ifadəsində deyib ki, onların yəhudilərlə, eləcə də Qod Nisanovla heç bir qohumluq əlaqələri olmayıb. Qızının özünü yəhudi kimi təqdim etməsini bilməyib, bu barədə eşitməyib.
Zərərçəkmiş Kamil Babayev isə ifadəsində deyib ki, İlahəxanımı müştəri kimi tanıyıb, bir neçə dəfə onun avtomobilini təmir edib. Ərindən qalan “Lexus 570” markalı avtomobili təmirə gətirəcəyini deyərək onun əlaqə nömrəsini alıb.
“Deyirdi ki, cuhuduq, anamın adı Zərifədir, Qod Nisanovla xala uşağıyıq. Dayılarım İtaliyada, Rusiyada, İsraildə biznesmendirlər. İlk dəfə 2019-cu ilin martında zəng vurub Türkiyədə olduğunu, evdəki qulluqçunun müalicə üçün 300 manatı çatmadığını, həmin pulu “Validə nənə”yə verməyi xahiş etdi, mən də aparıb verdim. Yarım ay sonra İlahə ilə Bakıda görüşəndə pulu qaytardı. Söhbət zamanı Mərdəkanda bağ evi tikdirdiyini, Qalada torpaq sahələrinin olduğunu dedi. Bu söhbətdən bir müddət sonra zəng vurub Azərbaycanda olmadığını, Qaladakı evin təmiri üçün ustalara 500 manat lazım olduğunu, pulu Validə nənəyə çatdırmağımı xahiş etdi. Mən də aparıb verdim, sonradan bu borcunu da qaytardı”, - maşın ustası başına gələnləri belə nəql edir.
K.Babayevin ifadəsinə görə, onlar əsasən internet üzərindən əlaqə saxlayıblar. İlahəxanım ona İtaliyada olduğunu deyib, “WhatsApp”la bir qadının fotosunu göndərib. Həmin qadının anası Zərifə olduğunu, İtaliya meri ilə evləndiyini, orda yaşadığını deyib. Oğlu Toğrulun da (İ.Məmmədovanın Toğrul adlı oğlu olmayıb) fotosunu göndərərək, İtaliyada keçmiş ərinin aldığı oteli işlətdiyini bildirib: “Dedi ki, Romada aldığım mülkləri işlədirəm, anamın burada xeyli obyektləri, restoranları var. Onun biznesmen qadın olduğuna, Qod Nisanovla qohumluğuna və digər bu kimi məlumatlarına inanaraq Validə adlı qulluqçuya pul verməyə başladım”.
2020-ci ilin əvvəllərində Avropada karantin rejimi elan olunduğu dövrdə İlahəxanım İtaliyadan qayıda bilmədiyini, pandemiya ilə bağlı Romada restoranların bağlandığını, mülk sahiblərinin restoranları ucuz qiymətə satdıqlarını, özünə iki restoran aldığını deyib. “Mənə “atalığım hökumət adamıdır, bank vasitəsilə Romadan Bakıya pul köçürməyə icazə vermir, Qaladakı bağın təmirinin əvəzinə sənə burdan 25 min avroya restoran alım” dedi, mən də razılaşdım”, - zərərçəkən bildirir.
Kamil usta ifadəsini belə davam etdirir: “Dedim ki, sən orda restoranı al, mən burda təmir üçün pul lazım olanda Validə nənəyə verərəm. Sonradan zəng vuranda dedi ki, sənin adına restoran almışam, İtaliyaya gələndə səni qeydiyyata saldırarıq. Romada mülk sahibi olduğum üçün sevinirdim. Deyirdi ki, burda evlər çox ucuzdur, sənə 27 min avroya ev də ala bilərəm, gələndə oteldə qalmazsan. Dedim mənim o qədər pulum yoxdur. Dedi ki, narahat olma, sənə aldığım restoranı arendaya verərəm, yığılan puldan öz pulumu götürərəm. Mən də İlahənin ev almasına razılıq verdim”.
Zərərçəkmişin ifadəsinə görə, İlahəxanım ona həm özünün, həm də ailə üzvlərinin ingilis dilini öyrənməsini tapşırıb: “Dedi ki, Romaya gələndə obyekti özünü işlədərsiniz. Onun dediklərinə inanıb qohumdan, tanışdan pul tapıb  qulluqçu bildiyim Validə nənəyə verirdim. Validə nənə deyirdi ki, İlahənin anası Zərifənin İtaliyada geniş əlaqələri var, sənə yaxşı şərait yaradıb. Validə Məmmədovaya cəmi 55 min 650 dollar vermişəm. Pulun 15 min dollarını əmim oğlu Farizdən, 10 min dollarını isə qonşum Elşəndən borc almışdım. Axırıncı dəfə pulu verəndə gördüm “qulluqçu”nun əlləri əsir, elə bil nədənsə qorxurdu. Ondan sonra İlahə ilə əlaqə saxlaya bilmədim. Pulları verdiyim ünvana gedib Validəni oralarda axtardım, amma tapa bilmədim. Sonradan öyrəndim ki, qulluqçu bildiyim Validə Məmmədova İlahənin öz doğma anası imiş. Həmin binada kirayədə yaşayıblar, sonra köçüb gediblər”.
Aldanıldığını anlayan K.Babayev polisə şikayət edib, İlahəxanımla olan “WhatsApp” yazışmalarını istintaq orqanına təqdim edib. Bundan sonra İlahəxanım və Validə Məmmədovalar barəsində cinayət işi başlanılıb.

virtualaz.org

16.02.2022

Gərək siyasətçi olasan


Elxan Xəlilov

Deyir aslan günün 18 saatını yatır, eşşək isə günün 18 saatını işləyir. Əgər işləməklə olsaydı, elə meşənin kralı aslan olardı. Eşşəkdən çox işləyən yoxdur, amma ən hörmətsiz heyvandır… İnsana tabe olmayan, quduz, yırtıcı olan canavarı özümüzə ulu baba etmişik. Halbuki canavarın insanlara həmişə ancaq zərəri deyib. Həqiqətən həyatda hələ işləmək və düzgün olmaq o demək deyil ki hər şey yaxşı olacaq. Bu saat baxırsan moşenniklər iş başındadır. Gərək pis olasan... Baxırsan nə fərasət var, nə də başqa şey, amma iş başındadır... Mən şəxsən öz iş karyeram boyu düz olmuşam. Həmişə də lap aşağıda işləyən insanlarla çox yaxşı münasibətdə olmuşam, kömək etmişəm. Rəhbərliklə də həmişə bunun üstündə mübahisələr etmişəm. Amma baxıram ki düz düzdə qalır. Aşırı düzgün olmaq da bir şey deyil. Gərək siyasətçi olasan. Qalxmaq üçün ya gərək zalım olasan, ya mütləq pislik etməlisən. Öz həyat və iş təcrübəmdən bilirəm. Yüzlərlə belə misal gətirə bilərəm. Başqa millətləri bilmirəm, amma bizdə nə qədər zorlasan, nə qədər təpik altında saxlasan, o qədər də hörmətin olar. Nə qədər sıxırsan, o qədər də hörmətli olursan. Bunu özüm çox sınamışam. Çox sadə olmaq da bir şey deyil, çoxu deyir sadəlik qızıldır filan- boş şeylərdir. Hitlerin bir sözü var idi, səhvdir, düzdür bilmirəm. Deyirdi xalq fahişə qadın kimidir- zorlanmağı sevir. Lətifəsi bizdən uzaq.
***
Lap çoxdandır avtobusla yol gəlmirdim. 10 dəqiqədən bir siqaret çəkən adam, avtobus 50-60 km-lə gəlir, monitorda da Mikayılın bozbaşını qoyub Telli Borçalı, Baloğlan, həmişəki əttökən söhbətlər, ağı musiqisi... İşlərim düzəlməyib, onsuz da əsəb içindəyəm, bəlkə də dünyanın ən gərgin adamı mənəm bu saat... Şoferə dedim onun xodunu al bir az... Xodunu aldı. Arxadan biri qışqırdı ki ayə xod ver dana ona... Bir-iki arvad da çöndü mənə tərs-tərs baxdı... Elə bil sünnət toyuna gəliblər... Millətin bu optimistliyinə heyranam... Mən də 3-4 yaşımdan musiqi ilə məşğul olmuşam, yaxşı musiqi duyumum var, yaxsı pianist olmusam. Amma belə bambılılıqlar, bu qədər kütləvi musiqi mənim beynimə girmir... Yəni bu xalqın musiqidən, çalıb oxumaqdan başqa əyləncəsi, məşğuliyyəti, dərdi, peşəsi yoxdur? Millətdəki bu optimistlik ki var, bu çalıb oxumağa həvəs var, heç kim bizə bata bilməz... Millət niyə belə yüngülləşib? Yoxsa mən bədbinəm?!
***
Bayaq bir elan oxudum. Yazır ki xanımlar, qaynanam məni 2 uşaqla küçəyə salıb. Çox əziyyət çəkirik. Hava çox istidir. İstiyə qarşı yaxşı dəri kremi adı bilmirsiz hansıdır, qorxuram dərim xarab olar)))
***
Bir türk dostum var idi... Son Türkiyədəki hadisələrlə bağlı söhbət edirdik, mənə dedi bizdə salaq çoxdur. Mən də dedim bizdə daha çoxdur yalaq və salaq. O dedi xayr, abi, bizdə lap çoxdur. O dedi mən dedim, o dedi mən dedim... Axırda dedim bir millət iki dövlət... Beləcə razılaşdıq... Həqiqi olan söhbətdi.
***
Bir yaponla bir amerikan meşədə gəzirlər, birdən qarşılarına şir çıxır. Qalırlar belə. Yapon əyilir, şalvarının balağını corabının içinə salır. Yaponlar ağıllı olur axı. Amerikan dostu soruşur ki heyy dostum neynirsən? Sən şirdən qaçacağınımı düşünürsən? Yapon deyir yox, səndən bərk qaçdım bəsimdir...)))
***
Bir azərbaycanlı Moskvada mağazaya girir. Toyuq almaq istəyir, rus dilində başa sala bilmir. Yumurtanı əlinə alıb satıcıdan soruşur: A qde mama?)
***
Dünya TV-də “Qatarda” teatrı gedir. Rəhmətlik Yaşar Nuri... Fatı qalx sroçnı mənim məclisimi tərk elə...
***
Deyir Olimpiadada bir idmançımız üzgüçülük üzrə 42-ci yeri tutub... Yaxsı ki boğulmayıb...)
***
Görəsən bu ingilis dilində “məzələnmə” sözü var? Bizimkilər bayaq amerikan filmi verirdilər, orda biri o birinə deyir məzələnmə. Bir azdan qadan alım, canını yeyim zad deyəcəklər... Hər şey cəhənnəm, o gün “Nu poqodi” multfilmini də tərcümə etmişdilər. Canavar qışqırır Gözlə məni... Nə isə əşşi!
***
Deyir bütün münasibətlər “mən də səni...”, “mən də səni...” deyə başlar... Bir muddət sonra isə “hay mən sənin...”, “mən də sənin...” kəlmələri ilə bitər...)))
***
Müsəlmanlar da hər yeri zibilləyib... Hara çıxıb gedəsən bu məmləkətdən? Qardaşım İsveçə köçmüşdü. Artıq işləyirdi, yoldaşı da işləyirdi, uşaq isveç məktəbində oxuyurdu. Əməlli-başlı dili öyrənmişdilər, isvecli dostlar tapmışdılar, gedib gəlirdilər. Mən də sevinirdim ki, biz də çıxıb gedəcəyik. Canımız qurtaracaq bu bolotadan. 80 min Suriya, Əfqanıstan qaraçısını necə atdılarsa İsveçə, bunları da tərpətdilər... Qardasşım deyir qaraçı kimi gəzirlər. Arvadları ayaqyalın gəzirlər, başlarında da gümbəz. Amma əllərində bahalı Ayfon 6 telefonu... Özlərindən də it iyi gəlir... Nə çimmirlər, nə heç nə. Gümbəzlə yatıb gümbəzlə də dururlar. Bunları hökumət futbola, xokkeyə, voleybol yarışlarına aparır ki, bir növ cəmiyyətə alışsınlar, mədəniləşsinlər... Deyir bunlar ancaq ora çay və ya kofe içmək üçün gedirlər. Futbol-mutbol bunları maraqlandırmır. Qaraçılıq bunların kökündədir. Nə işləmək istəyirlər, nə dil öyrənmək istəyirlər. İsveç hökuməti də bunların hamısının dalından bir təpik vurub... Qardaşımgilə də Polşanı təklif ediblər yaşamağa. O da razı olmayıb, qayıdıb Ukraynaya... Amma İsveçdəki dostları iş vizası göndərəndən sonra yenə qayıdacaqlar... Bax bu qaraçı çiqanlar bütün Avropada yasayan həmyerlilərimizi belə narahat edirlər. Qurunun hesabına yaş da yanır... Səbirsizliklə bunların ora getməsini gözləyirəm. Ondan sonra asta qaçan namərddir...
***
20 ildir mən də Neft Akademiyasını diplomunu saxlayırdım... İndi də eşitdim neft qurtarır... Gərək pambıqçılığı oxuyaydım...
***
Orta məktəbdə oxuyanda həmişə dərsdə pəncərədən gəlib gedən adamlara baxardım, onlara həsəd aparardım ki azaddılar... Dərs yox, fizika yox, kimya yox, azad insanlardır... İllər keçdi, məktəbi bitirdik... Məktəbin həyətindən keçib işə-gücə gedəndə həsədlə məktəbin pəncərəsinə baxardım. Deyirdim kaş məktəb illəri olaydı... Qayğısız, şən... Qəribədir sonralar institutda oxuyanda da pəncərədən baxırdıq və fikirləşirdik ki, niyə camaat ora-bura gedir, bekardırlar, biz isə ağ xalat geyinib laboratoriyada kimyəvi elementlərlə məşğul olmalıyıq? Hərbidə zabit illərimdə də Bakıya gəlirdim evə məzuniyyətə, baxırdım camaat bekar gəzir, kim hara istəyir gedir. Paxıllığım tuturdu düzü... Mən isə evdən uzaq, müddətin sonu bilinməyən xidmətdəyəm... İndi bu illərə baxıram və fikirləşirəm ki kaş o illər olardı, mən indiki ağlımla başqa cür edərdim... Həyat doğrudan qəribədir... Hər günümüzü mənalı yaşamalıyıq ki, sonralar peşmançılıq çəkməyək... Həyat güclüləri və risk edənləri daha çox sevir... İndi fikirləşirəm gərək o vaxt belə qəti hərəkət edərdim, burda o səhvi etməzdim... Həyatda heç vaxt heç nəyə gec deyil... Hər gün bir başlanğıcdır... Mübarizə aparmalıyıq... Xoşbəxtlik üçün... İnsan həmişə nəyisə gözləyir... Vaxtında hər şeyi etməliyik...