Страницы

20.02.2022

Bizə belə müstəqillik lazım deyil

Əkrəm Məlikov

Müstəqillik kərə yağında bişib hazırlanmış və reklamı gözəl təsvir olunan bir nemətdir.
Ələlxüsus işi olmayıb, iş axtararaq tapıb işləyəndən sonra haqqını ala bilməmək lap ayrıca bir ləzzətdir. Çünki iş sahibi azad insandır, kefi nə istəyir onu da edir.
Lap yaxşı da eləyir.
Sosializm dönəmində fəhlənin pulunu kəsənin qulağını kəsərdilər.
32 ildir qulaqlara Sovet haqqında iftiralarla “züy” tuturlar.
Adama deyərlər ki, sən kimsən müstəqil olasan?
Hansı azad yaşamaqdan danışırsan? Ağızlarına söz düşüb. Bu çürümüş sözü xahiş edirəm tərgidin.
Azad yaşamağın son nəticəsi kimi dünənləri TİR sürücülərinin haqlı etirazında gördük.
30 ilin içində bu azadlığı nəyi var bizə kommunalların qiyməti, ərzaqların keyfiyyətsizliyi və günbəgün bahalaşmağı ilə “nuş olsun” deyib yedirtdilər.
Bu azadlıq dönəmində xalq öz dədə-baba yurdundan didərgin düşdü. 26 min nəfər insanı qətlə yetirdilər.
İndi qul kimdir?
Sosializmdə niyə bir əsgərin burnu qanamırdı?
Həmin dövrdə niyə ölmüş at-eşşək ətindən kolbasa-sosiska, dönər düzəltmirdilər?
Niyə onda məktəbli qızlar abort elətdirmirdi?
Bu qədər narkomaniya Sovet dövründə var idimi?
İntiharların sayı günbəgün silsilə şəklində artır.
Ağızlarına söz düşüb: “Qul kimi yaşayanların azad yaşamaq istəyinin olmadığı təbii haldır”.
Əgər ölkənin bütün ixracı və idxalı başqa ölkədən asılıdırsa, deməli o nə azaddır, nə müstəqil.
Üstəlik belə olan halda bir insan bunu görə-görə özünü azad hesab eləyirsə, o insan ya axmaqdır, ya da xəstə.

Комментариев нет:

Отправить комментарий