Страницы

14.02.2022

Özümüz özümüzə danışırıq

Elxan Xəlilov

Azərbaycanda 1 litr suyun qiyməti 1 litr benzinin qiymətidir... Şorla pendirin qiymətinin eyni olduğu ölkədə heç bir ədalət olmaz...
***
Vətən uğrunda qolunu, qıçını, gözünü itirənlər Oka-da gəzsin, tikintilərdə işləsin, moykalarda işləsin, 50 manat pensiya alsın, efirdə hər gün bambılılıq edən mavi matişkə mügənnilər “Porşe”də, “Cip”də gəzsin, villalarda yaşasın, novostroykalarda yaşasın, yayı Bodrumda, Antalyada, Quş adasında keçirtsin... Sonra da desinlər ki vətən uğrunda ölmək bir borcdur, müqəddəsdir... Sonra da deyin ki bu vətən hamı üçün vətəndir... Belə qeyri-bərabər cəmiyyətdə yaşayırıq – Şərqin ilk demokratik respublikasında.
***
Bakıda fəxr etdiyimiz mentalitet, əxlaq, namus, qeyrət çoxdan buxarlanıb artıq...
***
Ərəblər artıq Bakıda ev alırlar. Bunların uşaqları, nəvələri potensial terrorçulardır... Sabah Fransada, Belçikada yaratdıqlarını burda da edəcəklər. Allah xeyir eləsin...
***
Qara qızılı yedik, indi keçək ağ qızıla...
***
Azərbaycan televiziyalarına baxanda elə bilirəm ki, Azərbaycanda hamı yaxşı yaşayır və ən fərsiz adam mənəm...
***
Biz elə bilirik ki hansısa harınlamış, xalqın pulunu yeyın nazirdən və ya məmurdan yazanda o bunu oxuyur və xəcalət hissi keçirdir, peşman olur... Əslində onlar heç bunu oxumurlar, heç belə yerlərə də vaxt sərf etmirlər, indi bəlkə Dubayda, ya İspaniya adalarında kefdədirlər. Bizim kimi bekar adamlar deyillər ki yayın cırcıramasında oturub status yazsınlar, oxusunlar... Bəlkə mən də olsaydım heç vecimə də almazdım kim nə yazır kim nə döşəyir döşəsin... Sadəcə insan psixologiyası belədir ki insan yazanda elə bilir kimsə oxuyur bunu, söz ünvanına çatır... Yəni özümüz özümüzə danışırıq... Dəyirman çak-çak edir... Dünya belə gəlib belə də gedəcək. Çalışmaq lazımdır pulun olsun. Pulun olsa güclüsən də, hər yerdə edalətlisən də... Dünya belədir...
***
Elə nazirlərimiz var ki qoyunları qığlayanda da qızıldan qığlayır. Allah tala pul tökür başından... Görəsən niyə? Bəs niyə kasıba vermir? O ki Allaha hər gün yalvarır, dua edir, namazını qılır, orucunu pozmur... Deyəcəklər sınaqdır, imtahandır filandır... Qurtarmadı bu sınaq? Elə bu yetimin alnına yazılıb bu imtahan? Niyə bəs bu peysərlərin başından pulu tökür? Bir nəfər bunun hikmətini açıqlayan var?
***
İsanın oğlu Kanadada, Pənahın uşağı Kiprdə, Arifin uşağı ABS-da, Əlinin oğlu Londondadır. Heç birinin də oğlu əsgərlikdə olmayıb. Bu siyahını uzatmaq da olar. Şəxsən mənə isə qalan xiyar əkmək oldu.
***
SSRİ yenidən bərpa olunandan sonra bu xalqı talayan, sovuran milyarderlər, harınlamış bank sahibləri, məmurlar, nazirlər, hansı ki xalqa bu illər ərzində zülmlər veriblər, faizə otuzdurublar, ev-eşiyini əlindən alıblar, onsuz da var-dövlətlərini, qızıllarını götürüb qaçacaqlar ya Avropaya, ya da Amerikaya. İçlərindən ağıllı adamlarının çoxunun malı-mülkü, daşınmaz əmlakı onsuz da çoxdan ordadı. Deyirəm görəsən yenə bunların çoxu ziyalı, xalqın qaymağı sayılacaq? Yenə deyəcəklər ki, Sovet dövləti millətin qaymağını burdan sürgün etdi, malını-mülkünü əlindən aldı, millətin ziyalısını məhv etdi?.. Sovet dağılandan gedib Amerikada öz kefində yasayan bəyxudaların, neft bəylərinin nəvə-nəticələrini tapmışdılar ki, bəs bunlar vətən həsrəti çəkir. Amma müstəqil olduq, bu 30 ildə bir köpəkoğlu vətən həsrəti çəkən azərbaycanlı vətənə qayıtmadı... Bir dəfə bunu etmişik axı...

Комментариев нет:

Отправить комментарий