Страницы

01.02.2022

Həm 2 illik AXC, həm də indiki 30 illik mustəqilliyimizdən İngiltərə daha çox xeyir görub nəinki Azərbaycan özü

Aftandil Babayev

Yenə də azərbaycanlı bir korrupsionerin xalqdan oğurladığı milyonları ingilislər müsadirə edib, köçürdülər Britaniya büdcəsinə.
Yaxın tarixə baxsaq ingilislər Venesula, Liviya, Suriya, İraq və s. kimi ölkələrin bu formada milyardlarla dollarını müsadirə edərək öz büdcələrinə köçürüblər.
Maraqlıdı belə rejimlər bunu bilə-bilə niyə hələ də o pulları İngiltərə banklarına qoyur, amma Almaniya, İsveçrə banklarına qoymur?
Məsələ orasındadır ki, bu pullar qeyri-qanuni olduğu üçun alman, ya İsveçrə banklarına onları qoymaq çətin olur. İngilislər isə özləri bilə-bilə şərait yaradıb, hər yerdə bu cür hökumətləri dəstəkləyib pullarını öz banklarına yığır, sonra həmin ölkələri Liviya və İraqın gününə qoyub rahatca milyardları mənimsəyir.
Qəddafi və Səddamın timsalında biz bunun şahidi olmuşuq. Əsrlərdi beləcə İngiltərə büdcəsi xalqların qanı hesabına doldurulur. Həm 2 illik AXC, həm də indiki 30 illik mustəqilliyimizdən İngiltərə daha çox xeyir görüb nəinki Azərbaycan özü. Bu sistem belə işləyir, bu çarx belə fırlanır. 
Bu çarxa bir dəfə Hitler çomaq soxmağa çalışdı, o da SSRİ-yə hücum etməklə özü öz sonunu gətirdi.
Əsas sual isə budur: Bu sistemə qarşı çıxmağı bacaracaq yeni bir lider gələcəkmi birdə Yer üzünə?! 
Bəlkə həmin xilaskar lider xiristianların İsası, şiələrin İmam Zamanı olacaq, bəlkə də bizim Stalin!

Комментариев нет:

Отправить комментарий