Страницы

01.03.2022

Rusiya deyir yediyin çörəyə təpik atma

İsmayıl Şərbətov

Azərbaycanda bir çoxları yazır ki, bəs ruslar Putinə qarşıdı.
Vallah elə deyil, billah elə deyil.
Rusiyanın 3-cü ən böyük şəhərindəyəm. Hazırda kimdən Putini dəstəkləyib dəstəkləmədiyini soruşuram, dəstəklədiklərini bildirirlər. Bu ölkədə Putini doğrudan da çox sevirlər.
Çünki SSRİ dağılandan sonra Rusiyada özbaşınalıq vardı. Vaxt vardı kim kimi gəldi güllələyirdi. Hətta azərbaycanlıları, digər millətləri əzirdilər. Putin gələndən sonra isə qanunlar qoydu, nizam-intizam yaratdı.
Ruslar Putini qanunçuluğuna görə sevdilər.
Rusiyada elə vaxt olurdu 5 min, 10 min ukraynalı çıxıb etiraz edirdi, bu videokadrları görənlər də elə bilirdi ruslar Putinə qarşı etiraz edir.
Rusiyada Putinə münasibətə görə özünü dərdə-azara salan yoldaşlaradı sözüm. Özünüzü çox şırğalamayın. Rusiyada camaat lap bomba kimi yaşayır. Və bu yaşayışa görə məhz Putinə minnətdardırlar.
Oturubsuz orda, bizim geydirmə səhifələrə inanırsız.
Özüm neçə dəfə şahidi olmuşam ki, bizim camaat feyk xəbərləri ağına-bozuna da baxmadan həzmi-rabedən keçirir.
Rusiyadan qrant almıram, eləmirəm. Yalan deyən də şərəfsizdi, şər atan da. Amma həqiqəti demək lazımdı.
Hal-hazırda Rusiya ilə hər sahədə müttəfiqik.
Elə Qarabağı da əslində Rusiyanın hesabına aldıq. Reallığa qayıdın. Göylərdə çox uçursuz, bir arada yerə də enin.
Hardaydı sizin o üzünə bir dəfə qayıtmadığınız Avropa, Amerika? 30 il bizi süründürdülər. Hamısı erməniyə dəstək vermədimi? Haqqı niyə danırsınız?
Məhz Rusiya ilə düzgün diplomatik əlaqələr qurmaq hesabına Qarabağı azad edə bildik.
Rusiya nə deyir? Deyir yediyin çörəyə təpik atma. Yanımda ol, o zaman mən səni hər kəsdən qoruyacağam. Sənə qarşı bütün təhlükələrin qarşısını alacağam.
Amerika kimi ölkələr təkcə sözdə dəstək olur.
Sizə bir söz deyim. Azərbaycan Rusiya ilə yaxın olsa, inanın ki, lap bütün NATO hücum eləsə Azərbaycana heç nə edə bilməz.
Rusiya əməldə NATO-nun üzərinə qoşun yeridir. Suriyada təyyarələrini vurub salır, Ukraynada bazalarını raketləyib partladır. NATO da bir söz deyə bilmir, Rusiyanın qarşısında geri çəkilir. Reallıq budur.
Bizə belə müttəfiq lazımdı. Rusiya kimi güclü müttəfiq, kişi kimi sözünü deyə bilən müttəfiq. Daha Amerika kimi, Avropa kimi ağzı ilə dalı bir olanlar yox.
Bilirəm indi yenə tökülüşəcəklər kommentlərə, yenə başlayacaqlar ki, 20 yanvarı nə tez unutduz?
Ona qalsa tarixdə türklərlə yüz illərlə müharibə etmişik, Azərbaycanda adam qalmayıb qırıblar. İndi niyə onlara qardaş deyirsiz?
Bir çox xalqlar arasında belə hallar olur. Onda bütün xalqlar bir-birinə düşmən kəsilsin?
İndi başqa dövdü, başa düşün.
Özümüzə Rusiyanı düşmən yox, dost qazanmalıyıq.
2014-dən əvvəlki Ukrayna yağ-bal içində yaşayırdı. Hamı ora dincəlməyə, yaşamağa gedirdi. İndiki Ukraynaya baxın. Görün narıncı inqilabdan sonra o cür ölkəni nə günə qoydular Amerikanın bicbalaları?!
Rusiya daha yaxşı mühafizə edirdi Ukraynanı, yoxsa hazırki NATO?
Türk səhifələrini izləyirəm, hətta türklər belə Rusiyanı dəstəkləyir, amma bizimkilər yəhudi Zelenskiyə dəstək verir. Türklər bizim xilaskarımız Putindi deyirlər. Niyə? Rusiya olmasa idi Amerika Türkiyəni çökdürərdi. Vallah məhv edərdi. Amma Rusiyadan qorxduğundan bunu etmir. Türkiyədə Darbenin qarşısını kim aldı? Rusiya. Türkiyəni o vaxt Rusiya səni işğal edəcək adı ilə NATO-ya soxdular. Türklər deyir NATO-ya Türkiyənin təhlükəsizliyi lazım deyil, Türkiyənin əsgəri lazımdı. Rusiya olmasa idi Amerika dünyanın başına itin oyununu açardı. Türkiyə NATO üzvü ola-ola Amerika lirəni də çökdürdü. Amerika istəyir ki, dünya bundan asılı olsun. Dollları ürəyi istədiyi qədər kağız kimi buraxır, kefi istəyəndə dəyərini artırır, bu yolla dünya ölkələrinin iqtisadiyyatları ilə istədiyini edir. Hamını da öz müstəmləkəsi kimi görür. ABŞ hegemonluğuna qarşı tutarlı mübarizə aparan yeganə kişi Putindi. And olsun Allaha, Rusiyaya nəsə olsa Amerika dünyaya qan uddurar! Kölə edər hər kəsi. Nə qədər gec deyil, siz də türkiyəlilər kimi haqqı görməyə çalışın.
Papağınızı qabağınıza qoyub yaxşı fikirləşin. Çox səhv yoldasız.
Düzəlin, yoxsa zaman özü sizi düzəldəcək.


Комментариев нет:

Отправить комментарий