Страницы

09.04.2022

"Azərlotoreya" xalqı talamaqda davam edir


Şəxsən rastlaşdığım dəhşətli mənzərələrdən biri...
"Azərlotoreya"nın əhaliyə kütləvi hücumu davam edir. Hər bir dayanacaq, hər bir metro çıxışı və ümumiyyətlə əhalinin sıxlığı olan ictimai yerlərdə "Azərlotoreya" açıq və nümayşkarcasına faktiki soyğunçuluq həyata keçirir.
Düşündürən isə odur ki, bu soyğunçuluğa reaksiya verməyə borclu olan dövlət qurumları, hüquq-mühafizə orqanı niyə əhalinin talanmasına göz yumur axı?
Bir ara səngimiş bu fırıldaqçılığa "Azərlotoreya" iki-üç şirnikləndirici uduş verməklə yeni nəfəs verib. Uşaq, böyük, qoca, cavan, qadın, kişi açıq şəkildə soyulur. İnsanlar bütün əmək haqlarını, pensiyalarını son qəpiyinə kimi uduzub ac yalavac qalır, ailələrdə sosial gərginlik yaşanır, məişət tarazlığı pozulur, ailələr dağılma səviyyəsinə çatdırılır. Məgər insanları, ailələri və qısası əhalini qorumaq dövlətimizin əsas vəzifəsi, borcu deyilmi?! Bəs onda dövlətimiz bu talançılığa niyə reaksiya vermir?

P.S. Hərçənd ki, insanlarımız özləri də günahkardır, necə deyərlər havayı pendir ancaq tələdə olar-bunu məgər bilməyən var?!

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas

Комментариев нет:

Отправить комментарий