Страницы

24.04.2022


Nadir Qocabəyli:

20 Yanvarda dövlət onun cənub sərhədlərini sökən, yerli icra strukturlarını zorla zəbt edən, dinc vətəndaşları öldürən ekstremistlərə ordunun tədbir görəcəyi, atəş açacağı barədə qabaqcadan xəbərdarlıq etmişdi. Moskvanın yüksək vəzifəli nümayəndəsi Andrey Girenko Elçibəyə şəxsən dedi ki, insanları küçələrdən yığışdırın, yoxsa ordu atəş açacaq. Amma o bunu etmədən Becan Fərzəliyevin evində gizləndi və nə qədər adam öləcəyini gözlədi... Siz də itkilər daha çox olsun deyə "güllələr xolostoy olacaq" şayiəsini yaydınız. O axşam Yurd Birliyi üzrə müavininiz Qorxmaz İbrahimlinin bu işlə şəxsən məşğul olduğuna şahidəm. O mənə dedi ki, güllələr "xolostoy" olacaq və bütün BDU şöbəsi MK-nın qarşısına toplaşacaq. Ancaq mən MK-nın qarşısında 3-4 saat ərzində AXC BDU şöbəsindən heç kəsi görmədim. Təkcə Vəkil Hacıyev camaatı ölümə göndərməklə məşğul idi. Saat 12 radələrində İnşaatçılar metrosu tərəfdə gülləbarana düşəndə yanımdakı uşaqlara dedim ki, qaçmayın, güllələr xolostoydur. Ancaq onlardan biri dedi ki, bunlar həqiqi güllələrdir və biz qaçıb, canımızı güclə qurtardıq. Orda bir nəfəri öldürdülər. Mən bu haqda dəfələlərlə yazmış, telekanallarda danışmışam. Amma Qoxmazdan səs-səmir çıxmayıb. Mən yenə ondan, eyni zamanda sizdən soruşuram: bu informasiya hardan idi? Qoy o da mənbəni açıqlasın və biz insanları ölümə kimin göndərdiyini dəqiq bilək. Əlbəttə bu, birmənalı AXC-dir. Sadəcə konkret adlar olmalıdır ki, məhkəmə qarşısına onları çıxaraq. O gün yaxındadır, Əli bəy.

Комментариев нет:

Отправить комментарий