Страницы

10.04.2022

Natalya Makeeva: Ukrayna liberlizm və aqressiv qərbçilik kokteylində qarışmış nasizmlə viruslanıb


Rusiyalı politoloq, Geopolitik Ekspertizalar Mərkəzinin direktor müavini Natalya Makeevanın sözlərinə görə, Ukrayna ərazisi elə bir virusa yoluxmuşdur ki, bu virus Covid-19-dan təhlükəlidir: “Belə bir mənzərə yaranır: Ukraynada rus, macar və ya yunan yaşayır. Amma ona deyirlər: sən Ukraynada yaşayırsan, demək ukrainsən, demək sən ukrain dilində danışmalısan və ukrain dəyərlərini bölüşməlisən. Bax Bandera ilə Şuxeviç elə budur! Bu sənin xoşuna gəlir, ya gəlmir – sənin öz problemindir, bizə dəxli yoxdur! Dövlət bu yolu tutanda qaçılmaz şəkildə nasizmin bu və ya digər formasına gəlib çıxır. Bunun kəskin formaları da olur ki, razı olmayanları fiziki cəhətdən məhv etməyə başlayırlar”.
Politoloq bildirmişdir ki, Ukraynada 2014-cü ildən başlayaraq rus əhalisi insan yerinə qoyulmur: “Bilirsinizmi, istənilən müharibə heç də kitablarda və dərsliklərdə yazılan kimi deyildir. Hər müharibədə dəhşətli şeylər baş verə bilər. Snayperlər qocalar və uşaqlar da daxil dinc əhaliyə atəş açmaqla əylənəndə, artilleriya bilərəkdən yaşayış massivinə atəş açaraq “drayv” tutanda, antiterror əməliyyatı keçirmək adı ilə Rusiyaya simpatiyası olan dinc sakinləri qırmaq planlaşdırılanda - əsl dəhşət başlayır. Bax nasizmin ifrat forması da elə budur”.
Makeevanın fikrincə, Ukraynadan fərqli olaraq Rusiya əks fikir sərgiləyənlərə hörmətlə yanaşır: “Rusiyanın nəzarətində olan Melitopolda heç kəs Ukraynaya simpatiyası olanları sıxma-boğmaya salmır. Yeri gəlmişkən heç Moskvada da ABŞ-a simpatiyası olanlara təzyiq edilmir. Bunun sadə səbəbi var. Rusiya olan yerdə nizam-intizam, mehribanlıq, mərifətli yanaşma, qanun, stabillik, xalqların və etnosların öz rəngarəngliyinə, dillərinə və yaşam tərzlərinə hüquqları olur”.

Комментариев нет:

Отправить комментарий