Страницы

04.06.2022

Aleksandr Duqin: TÜRKLƏR ORDU-XALQDIRLAR


“Türklər anadangəlmə döyüşçülərdir. Absolyuta qaldırılmış müharibə onun aparılması üçün vacib olan iki xüsusiyyəti ön plana çəkdi: cəsurluq (qədim türkcədə bayatur) və qüvvət (qədim türkcədə böke). Lakin türk antropologiyasının kökünə oturan bu iki xüsusiyyət daha çox effekt vermələri üçün cəngavər sədaqətinin və şərəfinin strukturlarında sinxronizasiya etməliydi ki, bunun hesabına igidlər və qəhrəmanlar şəxsi hislərini dəf etsinlər, məğlubedilməz, qüdrətli, yolu üstündə hər şeyi darmadağın edən qarşısıalınmaz çöl döyüşkənliklərində konsentrasiya olsunlar. Beləcə Turan kontekstində “orda” anlayışı meydana çıxdı ki, eyni zamanda həm xalqı, həm də ordunu bildirir, özü də xalq ordu kimi, cəmiyyət ordu kimi anlamına gəlir. “Orda” anlayışının qədim rus analoqu kimi “polk” göstərilə bilər ki, etimoloji cəhətdən almanların “volk”, yəni xalq anlayışı ilə bağlıdır və müəyyən mənada yunan sözü olan “laos” ilə uzlaşır”.
Aleksandr Duqin, “Türklərin hərbi etosu: döyüşdə ekzistensiya olmaq”

Комментариев нет:

Отправить комментарий